Əsas Səhifə > Dünya > Al Jazeera 500 iş yerini ixtisar edir

Al Jazeera 500 iş yerini ixtisar edir


28-03-2016, 10:58
Al Jazeera 500 iş yerini ixtisar edir
Al Jazeera media şəbəkəsi 500 iş yerini ixtisar etməsi barədə məlumat yayıb.

Qətərdə mənzillənən şəbəkə martın 27-də bildirib ki, iş yerlərinin ixtisarı bütün ölkələri əhatə edəcək, ancaq ən çox Dohadakı qərargahda həyata keçiriləcək.

Al Jazeera bunu iş qüvvəsinin optimallaşdırılması məqsədilə edildiyini bildirir.

Qətər hökumətindən maliyyələşən Al Jazeera 1996-cı ildə yaradılıb, dünyada 70-dən çox bürosu var.

Bəzi müşahidəçilər ixtisarları neftin ucuzlaşmasına bağlayır. Belə ki, neftlə zəngin Qətər neft ixracından asılıdır.

Geri qayıt