Əsas Səhifə > Dünya > Rusiya əsgərinin vəkilinin Ukraynada cəsədi tapılıb

Rusiya əsgərinin vəkilinin Ukraynada cəsədi tapılıb


26-03-2016, 09:28
Rusiya əsgərinin vəkilinin Ukraynada cəsədi tapılıb
Ukrayna rəsmiləri cümə günü terrorizm ittihamları ilə mühakimə olunan iki rus əsgərindən birini müdafiə edən vəkilin ölü tapıldığını bildirib.

Yuri Qrabovski ötən may Ukraynanın şərqində davam edən separatçı münaqişəsinə bağlı olaraq terror ittihamları ilə həbs olunan Aleksandr

Aleksandrovun vəkili idi. Qrabovki Kiyev yaxınlığında torpağa tapşırılıb.

Aleksandrov və digər əsgər Yevgeni Yerofeyevin ötən il Ukrayna sərhədini keçən Rusiya ordusunun üzvü olduqları ehtimal edilir.

Rusiya əsgərlərin sərhədi keçməsi ilə əlaqəsinin olduğuna dair iddiaları rədd edir və hər iki əsgərin müharibə zonasına getmədən öncə xüsusi qüvvələrdən ayrıldıqlarını bildirir. Əsgərlər rəsmi Moskvanın bəyanatını təkzib edib və əməliyyat zamanı Rusiya ordusunun əsgəri olduqlarını və Ukraynaya kəşfiyyat missiyasının hissəsi olaraq göndərildiyini iddia edirlər.

Qrabovksi martın 5-də yoxa çıxıb və bu səbəblə polis iki nəfəri həbs edib. Həbs olunan şəxslərdən biri isə müstəntiqləri Qrabovksinin cəsədini tapmağa yardım edib.

Ukraynanın baş hərbi prokuroru Anatoli Mtios cümə günü müxbirlərə Qrabovskinin “vəhşicəsinə öldürüldüyünü daha sonra isə ona odlu silahla atəş açıldığını” deyib.

Matiosun dediyinə görə, şübhəli şəxslər Qrabovskini öldürmək üçün külli miqdarda pul alıb. O, Ukrayna rəsmilərinin “bunun xüsusi planlşdırılmış bir əməliyyat olduğu” ehtimalını araşdırdığını və bu məhkəmənin təxirə salınmasının “Rusiyanın maraqlarına” uyğun gəldiyini deyir.

Rusiya isə Qrabovkinin ölümündə əli olduğunu rədd edir. Rusiya Xarici İşlər Nazirliyi cümə günü “Ukrayna hökümətini vəkili müdafiə edə bilməməkdə günahlandıran” bəyanat yayıb.

Matios Qrabovskinin iştirakı olmadan da əsgərlərin məhkəməsinin planlaşdırıldığı kimi davam edəcəyini deyib.

Bu həftənin əvvəli Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Rusiya rəsmiləri Nadiya Savçenko daxil olmaqla, ukraynalı məhbuslar mübadilində bu iki əsgəri Rusiyaya geri göndərə bilər ("Amerikanın səsi").

Geri qayıt