Əsas Səhifə > Dünya > Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi müvəqqətidir

Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi müvəqqətidir


26-03-2016, 09:15
Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi müvəqqətidir
Türkiyə və Rusiya arasında mövcud münaqişə müvəqqəti xarakter daşıyır. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyənin ikitərəfli münasibətləri məsələsi ABŞ-ın dövlət katibi Con Kerri ilə Moskvada müzakirə olunmayıb.

Bununla yanaşı, XİN nümayəndəsi bildirib ki, Rusiya Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirərkən ölkədə gedən vətəndaş müharibəsinə müdaxilə etmiş olmayıb.

"Orada vətəndaş qarşıdurması var, lakin Hərbi Kosmik Qüvvələrin əməliyyatlarının ona heç bir adiyyəti yoxdur", — deyə Zaxarova bildirib.

Daha əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da Rusiya - Türkiyə münasibətlərinə dair açıqlama verib. O bildirib ki, Moskva Ankara ilə münasibətlərinin donunu açmağa həmişəki kimi hazırdır

"İki ölkə arasında “buzların əriməsi” Türkiyə tərəfinin "Su-24" təyyarəsini vurması ilə əlaqədar öz məsuliyyətini etiraf etməsindən sonra mümkün ola bilər", - Matviyenko bildirib.

Rusiya ilə Türkiyə arasında əlaqələrin pozulmasına səbəb ötən ilin noyabr ayında "Su-24" hərbi təyyarəsinin vurulması olub. Türkiyə təyyarənin hava məkanını pozduğunu deyir, Rusiya isə bunu təkzib edir.

Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tədbiq edib, bir tərəfli qaydada viza rejimini bərpa edib. Vətəndaşlara Türkiyəyə səfərlərdən çəkinmək barədə çağırış olub.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər.

Geri qayıt