Əsas Səhifə > Dünya > ABŞ-da 134 maşın toqquşub

ABŞ-da 134 maşın toqquşub


15-03-2016, 08:34
ABŞ-da 134 maşın toqquşub
ABŞ-ın Şimali Karolina ştatında 134 maşın toqquşub, 25 nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisənin səbəbi əlverişsiz hava şəraiti və sürücülərin səhlənkarlığı olub.

Çoxsaylı qəzalar bir-birinin ardınca bazar günü axşam baş verib. Qatı duman və güclü yağış yağmasına baxmayaraq, bir çox sürücülər avtomobilləri yüksək sürətlə hərəkət edirdi və maşınlar arasında az məsafə saxlayırdı.

Geri qayıt