Əsas Səhifə > Dünya > Qadının daşqalaqla öldürülməsi – 20 il cəza

Qadının daşqalaqla öldürülməsi – 20 il cəza


8-03-2016, 09:49
Qadının daşqalaqla öldürülməsi – 20 il cəza
Əfqanıstan Ali Məhkəməsi qadını Quranı yandırmaqda ittiham edənə 20 il həbs cəzası kəsib. Həmin qadın bu saxta ittiham ucbatından ötən il Kabildə daşqalaqla öldürülmüşdü.

27 yaşlı Farkhunda Malikzada-nın ölümünə görə 12 nəfərə 10 ildən 20 ilədək həbs cəzası kəsilib.

Ali Məhkəmə martın 7-də qərarını elan edib.

Zainuddin və daha 3 nəfər əvvəlcə ölüm cəzasına məhkum edilmişdilər. Ancaq sonradan bu cəza 20 ilə salındı, birinin cəzası isə 10 illə əvəzləndi.

Geri qayıt