Əsas Səhifə > Dünya > ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək

ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək


5-03-2016, 11:30
ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək
ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək.

Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Maykl Karpenter söyləyib. Onun sözlərinə görə, Krım uzun illər sonra olsa da, Ukraynanın tərkibinə qaytarılacaq:

“Bir müddət öncə biz Velles deklarasiyasının 75 illiyini qeyd etdik. Bu deklarasiyaya əsasən, ABŞ 1940-cı ildən bu yana SSRİ-nin Baltikyanı ölkələri işğal etməsini tanımayıb. Biz bu mövqemizi uzun onilliklər ərzində qoruduq. Məncə, Krımla bağlı da mövqeyimiz belə olacaq. Bu anneksiya beynəlxalq normalara tam ziddir”.

Qeyd edək ki, 1939-cu ilin avqustunda SSRİ və nasist Almaniyası arasında imzalanan müqaviləyə (Molotov-Ribbentrop paktı – red.) əsasən, Litva, Latviya və Estoniyanı Moskva anneksiya edib. Bu, Qərb dövlətlərinin kəskin etirazına səbəb olub. 1940-cı ildə isə o zaman ABŞ-ın Dövlət katibi olan Velles üç Baltikyanı ölkənin SSRİ tərəfindən işğalını pisləyib və hər üç ölkənin müstəqil olduğunu bəyan edib.

Krım Ukrayna ərazisidir. Yarımada Rusiya tərəfindən 2014-cü ilin martında anneksiya olunub.

Geri qayıt