Əsas Səhifə > Dünya > Oğurlanmış sənədlər Rusiyaya qaytarıldı

Oğurlanmış sənədlər Rusiyaya qaytarıldı


4-03-2016, 08:29
Oğurlanmış sənədlər Rusiyaya qaytarıldı
Birləşmiş Ştatlar 18-19-cu əsrlərə aid 28 sənədi Rusiyaya qaytarıb.

Sənədlər martın 3-də Moskvada ABŞ səfirinin iqamətgahında təqdim olunub.

Sənədlər içində imperiya fərmanları, hərbi qeydlər, arxitektura əsərləri var. Onlar Rusiya Dövlət Arxivindən oğurlanıb, daha sonra hərraclar, incəsənət qalereyaları, fərdlər tərəfindən satışa çıxarılıb.

ABŞ daha öncə də Rusiyaya yüzlərlə sənədi və tarixi inciləri qaytarıb.

Geri qayıt