Əsas Səhifə > Dünya > Merkel deyib ki, razılaşma əldə olunmasa, “B planı yoxdur”

Merkel deyib ki, razılaşma əldə olunmasa, “B planı yoxdur”


29-02-2016, 08:53
Merkel deyib ki, razılaşma əldə olunmasa, “B planı yoxdur”
Almaniya kansleri Angela Merkel Avropa liderlərini qaçqın böhranının birgə həllini tapmağa çağırıb.

Fevralın 28-də ARD televiziyasına danışan Merkel deyib ki, razılaşma əldə olunmasa, “B planı yoxdur”. Avropa Suriya, İraq, Əfqanıstan və digər yerlərdən Avropaya qaçqın axınını yavaşıtmaqdan ötrü Türkiyəyə anlaşmağa çalışır.

Kanslerin fikrincə, Avropa Yunanıstanın sərhədini bağlamasına və xaos yaratmasına imkan verə bilməz.

Ancaq Merkel Avropanın böhranın həlli üçün vahid mövqedən çıxış edəcəyinə “nikbin yanaşdığını” da sözlərinə əlavə edib.

“Bu, tariximizdə ən vacib mərhələdir”, Merkel deyib.

Avropa və Türkiyə liderləri martın 7-də görüşüb böhranı müzakirə edəcək. Ötən il Avropaya 1 milyondan artıq qaçqın gedib.

Geri qayıt