Yəmənin paytaxtında törədilən partlayışda azı 30 nəfər ölüb
Tarix: 7-01-2015, 12:24 |
Çap et
Yəmənin paytaxtı Sanada törədilmiş partlayışda azı 30 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Polisin məlumatına görə ölümə gedən intiharçı minalanmış maşını, akademiyaya qəbula gələn kursantların ətrafında partladıb.
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Bundan əvvəl bu cür terror aktlarına görə cavabdehliyi adətən Ərəb yarmadasındakı Əl Qaidə üzərinə götürürdü.