İranda İŞİD-ə qoşulmaq istəyən 3 nəfər həbs olunub
Tarix: 5-01-2015, 10:30 |
Çap et
İranın şimal-qərbində sərhədi keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 3 nəfər həbs olunub. Bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rezayi deyib.
Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, Q.Rezayi həbs olunan 3 nəfərin hansı ölkənin vətəndaşları olduğunu və adlarını açıqlamayıb.
Onun sözlərinə görə, həmin şəxslər gecə sərhədi keçmək istəyərkən həbs olunublar.
Q.Rezayi bildirib ki, onların üzərində partlayıcı qurğular olub və həmin qurğular müsadirə edilib.
İranın şimal-qərbində Qərbi Azərbaycan əyaləti yerləşir. Bu əyalət Azərbaycan, Türkiyə və İraqla həmsərhəddir.