Minskdə Ukrayna ilə bağlı növbəti görüş keçiriləcək - Bu gün
Tarix: 26-12-2014, 10:23 |
Çap et
Ukraynanın şərqində münaqişənin sülh yolu ilə həllinə dair "Əlaqə" qrupunun növbəti üçtərəfli görüşü bu gün – dekabrın 26-da Minskdə baş tutmalıdır.
Bu barədə Ukraynanın yerli mətbuatı məlumat yayıb. Dekabrın 24-də olduğu kimi bu dəfə də görüş bağlı qapılar arxasında keçəcək.
Bundan öncə isə ikinci görüşün baş tutub-tutmayacağı hələ dəqiq deyildi.
Ukraynanın Təhlükəsizlik xidməti təsdiqləyib ki, 225 separatçı girovun 150 ukraynalı hərbi xidmətçi girovlara dəyişdirilməsi barədə təxmini razılaşma əldə edilib. Amma o da deyilib ki, hələ tam razılıq əldə olunmayıb, danışıqlar başa çatmayıb.
Dekabrın 24-də baş tutan görüşdə ATƏT-in nümayəndəsi, Ukraynanın keçmiş prezidenti Leonid Kuchma, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov iştirak ediblər.