Polşa ABŞ-dan 250 milyon dollarlıq raket alır
Tarix: 12-12-2014, 09:40 |
Çap et
Polşanın müdaifə naziri Tomaş Semonyak bildirib ki, ABŞdan aldığı raketlər regionda yaranan indiki gərginliyə görə xüsusi ilə lazımdır.
Semonyak Baltik dənizi regionunda Rusiyanın hərbi-hava və hərbi-dəniz qüvvələrinin sonuncu fəaliyyətini "görünməmiş" hal kimi qiymətləndirib.
Dekabrın 11-də 250 mln dollarlıq sövdələşmənin imzalanma mərasimində Semonyak çıxış edərkən qeyd edib ki, amerika istehsalı raketlər Polşanın bu zamana kimi aldığı ən müasir hərbi texnikadır.
ABŞ dövlət departamenti bu sövdələşməyə oktyabr ayında razılıq verib.
Raketlər növbəti ildə Polşaya gətiriləcək.