Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                 

Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin: - “Bu, iftira və qisas cəhdidir”
Tarix: 11-08-2023, 10:35 | Çap et
Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin:
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin ünvanına ağır ittihamlar səsləndirib. Baş nazir 2008-ci ildə baş vermiş hadisələrdə əsas günahkarın Saakaşvili olduğunu bəyan edib.

“Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub. Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, - deyə Qaribaşvili söyləyib.

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Saakaşvili bu ittihamlara cavab verib. O, “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü iddia edib. Bildirib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.

Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddətinin 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib: “Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə, bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparırlar. Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər”.

Bu arada, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolu ilə getdiyinə dair iddia ilə çıxış edib: “Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni aqibət Zelenskini də gözləyir”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Saakaşvilinin Rusiyaya bağlı olmasını iddia etmək mənasız siyasi cəhddir: “Saakaşvili aşırı iddiaları olan adamdır. İstər prezidentliyi, istər Ukraynada fəaliyyəti, istərsə də Gürcüstana son qayıdışı bunun bariz nümunəsidir. O, Rusiyaya və Putin adminstrasiyasına qarşı amansız mövqeyi ilə fərqlənib. Hesab edib ki, regionun parlaq gələcəyi Rusiyanın iştirakı olmadan mümkündür. Məhz bu mövqeyinə görə, dəfələrlə Kremlin təqiblərinə məruz qalıb”.

“Rusiyanın Gürcüstana hücumu, işğalçılıq siyasəti, Saakaşvilinin hakimiyyətdən getməsinə nail olunması, bu gün ağır şərtlər daxilində həbsxana həyatı yaşaması - bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. Moskvanın onunla anlaşmaq və ya nəzərətə almaq üçün bir balaca şansı olsaydı, bu gün o, ağır məhrumiyyətlər altında məhbus həyatı yaşamazdı”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Mişaya qarşı iddiaları əsassız hesab etdiyini söyləyib: “Hakim “Gürcü Arzusu”nun rəhbərliyi Saakaşvilidən qisas alır. Mixail Saakaşvili demokratik Gürcüstan dövlətinin qurucusudur. Məhz onun rəhbərliyi dövründə qonşu ölkədə dərin islahatlar aparıldı. Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə başladı. Hansı ki, ona qədər Gürcüstan da avtoritar üsullarla idarə olunurdu. Saakaşvili istər Gürcüstandakı, istərsə də Ukraynadakı fəaliyyəti ilə Rusiyaya, Putin adminstrasiyasına qarşı qətiyyətli mübarizə aparıb. Moskvanın regional dayaqlarının zəiflədilməsində onun xidmətləri olub”.

“İndi durub demək ki, Saakaşvili Rusiyanın adamıdır, bu, uğursuz siyasi ritorika və blefdir. Saakaşvili mövcud Gürcüstan iqtidarının rusmeyilli siyasətini ifşa edirdi. Buna qarşı mübarizə aparırdı. Onun ağır şərtlər daxilində həbsxanada saxlanılması həm hakim “Gürcü arzusu”nun, həm də onlara yaxınlığı şübhə doğurmayan Moskvanın qisas cəhdidir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Onun fikrincə, Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu: “Düzdür, bəlkə də alternativ yol qalmırdı. Saakaşvili islahatları bəzən zorakılıqla aparırdı ki, bu da Gürcüstan cəmiyyətini qane etmirdi. “Gürcü arzusu” isə bundan öz xeyrinə yararlandı. Onların seçkilərdə qələbə qazanması da bununla bağlıdır”.

“Digər yandan “Gürcü arzusu” elə rəy yaratmağa çalışır ki, daxildə sabitlik məhz onların yürütdüyü siyasətin nəticəsində yaranıb. Ukrayna nümunəsini misal göstərirlər. Baxmayaraq ki, ukraynalılar öz azadlıqları və gələcəkləri uğrunda döyüşürlər, bu yanaşma heç də hamı tərəfindən qəbul olunmur. Elə insanlar var ki, sabitliyi gələcəkdən üstün tuturlar. Görünür, Gürcüstanda da belə yanaşanların sayı çoxdur”, - deyə Cəfərli fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru