Yüz ilin seçimi: Sol sola, sağ mərkəzə qarşı - NƏ BAŞ VERİR?
Tarix: 17-04-2023, 11:08 | Çap et
Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə bir aydan da az vaxt qaldı. Hazırda prezidentliyə namizədlər və parlamentdə yer qazanmaq istəyən partiyalar təbliğat-təşviqat kampaniyası keçirirlər. Ekspertlər bildirirlər ki, bu seçkilər Türkiyə tarixinin ən önəmli siyasi hadisəsidir.
Türkiyə prezidentliyinə 4 siyasətçinin namizədliyi rəsmən qeydə alınıb. Namizədlərin adları əlifba sırası ilə - “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası təmsil olunur. Sabiq Baş nazir Nəcməddin Ərbakanın yaratdığı və hazırda oğlu Fatih Ərbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyası və Hür Dava Partiyası da Ərdoğanın namizədliyini dəstəkləyir. “Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli qardaş ölkədəki seçki prosesi ilə bağlı fikirlərini AYNA ilə bölüşüb. DİA.AZ həmin söhbəti təqdim edir:
- Prezidentliyə namizədlər artıq dəqiqləşib. Dörd şəxs prezidentlik postu uğrunda mübarizə aparacaq. Deyə bilərəm ki, seçki kampaniyası çox demokratik şəkildə həyata keçirilir. Hər bir namizəd istədiyi yerdə görüşlərini təşkil edir, mitinqlərini keçirir, seçicilərlə bir araya gəlir. Heç kəs də başqasına mane olmur.
- Hansı namizəd çağırışlarında xalqa daha yaxın görünür?
- Bütün namizədlər xalqa yaxın, xalqın içərisindən çıxmış insanlardır. Bu mənada, birinə xalqa yaxın, birinə xalqdan uzaq demək olmaz. Hər kəs xalqa, seçicilərinə vədlər verir və inanıram ki, bu vədlərində səmimidirlər.
- Namizədlərin şanslarını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, əsas yarış iki siyasi qüvvənin – “Cumhur İttifaqı” ilə “Millət İttifaqı”nın namizədləri arasında gedir. Bir də namizədlər arasında olan Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə var ki, bunu gözardı etmək olmaz. Proqnozlara görə, Məhərrəm bəyin 10-15 faiz səs qazanmaq şansı var. İncə ötən seçkilərdə Ərdoğana rəqib idi və 35 faiz səs toplamışdı. Ondan əvvəl də uzun müddət CHP-nin əsas siyasi fiqurlarından olub, uzun illərdir siyasi aləmdədir. Xüsusilə, zəlzələ zamanı bölgəyə səfərlər təşkil etdi, insanların yanında oldu. Eyni zamanda, İncənin bir müddət əvvəl zəlzələ ilə bağlı söylədikləri sosial mediada yayıldı, hansı ki, dediklərində həqiqət yükü çox idi. Bəzi məsələlərdə də fikirlərini açıq şəkildə bildirir ki, son dövrlər əsasən gənclərin rəğbətini qazanıb, populyarlaşıb. Amma yenə də deyirəm, seçki yarışı iki şəxs arasında gedəcək – Ərdoğan və Kılıçdaroğlu arasında.
- Dağıcıdı zəlzələ seçki prosesinə hansı təsiri göstərdi?
- Təbii ki, zəlzələ seçimlərə təsir göstərir, insanların fikirlərində önəmli roy oynayır. Zəlzələnin fəsadları və son dövrlərdəki bahalaşma hakim AKP-nin səslərinə ciddi təsir göstərir. Hesab edirəm ki, keçən seçkilərə nisbətən bu seçkilərdə AKP-nin səslərində geriləmə ola bilər. Amma Ərdoğanın səs faizində geriləməni gözləmirəm. Çünki Ərdoğanla ümumilikdə, AKP-ni bir-birindən ayırmaq lazımdır. Seçkilərdə bülletenlər iki olacaq – həm millət vəkili seçkiləri üçün, həm prezident seçkisi üçün. Ola bilər ki, parlament seçkilərində AKP az səs alsın. Amma Ərdoğanın alacağı səslərdə geriləmə gözlənilmir. Çünki Türkiyədə insanlar məsələlərə bir az fərqli baxırlar.
Düzdür, prezident idarəetməsi olduğu üçün ölkədə neqativlərin hamısı prezidentin adına bağlanır. Amma elə məsələlər var ki, Türkiyənin mühafizəkar kəsimi həmin məsələlərə obyektiv yanaşmağı bacarır. Ərdoğanın hakimiyyətdə olduğu müddətdə apardığı siyasət, xüsusilə dünyadakı xaos ortamında Ərdoğanın qətiyyəti, çəkisi, hərbi sənayedəki inkişaf, son vaxtlar türk dövlətləri çərçivəsindəki fəaliyyəti mühafizəkar seçicinin diqqətini cəlb edir. Ona görə də hesab edirəm ki, Ərdoğan o qədər də səs itirməyəcək.
Amma Kılıçdaroğlunun səslərində Məhərrəm İncə faktoru ilə əlaqəli bölünmə var. Çünki İncənin də tərəfdarları əsasən CHP kökənlilərdir. Nəzərə alsaq ki, İncə təxminən 10 faizə yaxın səs ala bilər, bu, Kılıçdaroğlunun alacağı səslərə ciddi təsir deməkdir.
- Seçki gününə az qalmış İncə Kılıçdaroğlunun lehinə namizədliyini geri götürə bilərmi?
- Məşhur deyim var: “Siyasətdə 24 saat çox önəmlidir”. Son anda İncənin Kılıçdaroğlunun xeyrinə seçimlərdən çəkilib-çəkilməyəcəyini indidən söyləmək olmaz. Kılıçdaroğlu-İncə görüşü və ya görüşləri olacaqmı, olacaqsa, nələr danışacaqlar, razılaşmalar olacaqmı, olacaqsa hansı səviyyədə olacaq və s. Bunlardan çox şey asılıdır. Bir dəfə görüşdülər, amma heç bir bəyanat vermədilər, gücləri birləşdirmək barədə hansısa addım atıldığını görmədik. Hər halda seçimlərədək vaxt var. Siyasətdə hər şey ola bilər. Bu gün baxırıq ki, solçu partiya ilə ultra-sağçı partiya artıq bir koalisiyada seçkiyə gedir. Yəni ki, siyasətdə ideoloji fərq də qalmadı. Seçkiyə bir neçə gün qalmış bu məsələlərə aydınlıq gələcək.
- Seçkilərin demokratik şəraitdə keçəcəyinə şübhə varmı?
- Türkiyədə gözəl seçki kampaniyası gedir ki, əsas olan da budur. Tam demokratik proses getməkdədir və seçkilərin tam demokratik keçəcəyinə heç bir şübhəm yoxdur. Bəziləri fərqli düşünürlər, amma mən uzun illərdir Türkiyədəyəm və prosesləri yaxından izləyirəm, müşahidə edirəm. Burada seçkilər sözün həqiqi mənasında nümunə götürülə biləcək prosesdir. Ən əsası, xalqın iradəsi seçki qutusunda əksini tapır. Ərdoğana diktator deyənlər, təkhakimiyyətli deyənlər son bələdiyyə seçkilərinin nəticələrinə baxsınlar. Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərinin bələdiyyə rəhbərliyi müxalif partiyalardadır. Faktiki olaraq Ərdoğan hakimiyyəti əlindəki resurslardan istifadə edib seçki saxtakarlığına getmədi. Bu, sadəcə bir nümunədir. Ona görə də Türkiyədə mayın 14-də keçiriləcək seçkilərin demokratik keçəcəyinə heç kəsdə zərrə qədər şübhə olmasın. Türkiyə vətəndaşlarının doğru seçim edəcəyinə inanıram. Bu seçkilərin qardaş ölkəmiz üçün uğurlu olmasını diləyirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|