Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                 

“Ukrayna Rusiyanın arxa cəbhəsi ilə ön cəbhəsi arasındakı logistik kanalları dağıdır” - GƏLİŞMƏ
Tarix: 18-08-2022, 15:39 | Çap et
“Ukrayna Rusiyanın arxa cəbhəsi ilə ön cəbhəsi arasındakı logistik kanalları dağıdır”
Avqustun 16-da Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Krım Tatarları Məclisinin sədri Refat Çubarovun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Yanğın Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarında qeydə alınıb. Bundan bir neçə saat sonra isə Canköy rayonunda ikinci partlayış baş verib. Belə ki, ərazidəki transformator yarımstansiyasında da partlayış olub.

Partlayışlardan sonra yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılıblar. Bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib. Məlumata görə, onlar öz maşınları və ya qonşuları ilə birlikdə kəndi tərk ediblər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə ediliblər.

Rusiya Müdafiə Nazirliyi Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib. Qeyd edilib ki, hadisə nəticəsində ciddi itki olmayıb.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə apardığı vaxtda, ilhaq edilən Ukraynanın Krım bölgəsində baş verən üçüncü partlayışdır. Bundan əvvəl Krımın qərb hissəsində yerləşən Saki aviabazasında güclü partlayış baş vermişdi. Ukraynadan rəsmi açıqlamada hadisənin Kiyev tərəfindən törədildiyi təsdiqlənməsə də, aviabazanın raketlə vurulduğu ehtimalı ön plandadır.

Ukraynalı analitiklər hesab edirlər ki, Krımda Rusiyaya məxsus hərbi obyektlərə mütəmadi olaraq zərbələr endirilməlidir ki, ilhaqdan sonra orada yaşayan əhali də, hərbi qüvvələr də təhlükəsizliklərinə təminat olmadığını anlasınlar.

Rəsmi Kiyev hər zaman Ukraynanın ərazi bütövlüyünün bərpa ediləcəyini, Krımın geri qaytarılacağını bəyan edir. Ölkə Prezidenti Volodimir Zelenski də bəyanatında bildirib ki, "müharibə Krımın işğalı ilə başladı, Krımın azadlığı ilə də bitəcək". İndi Krımda baş verən partlayışlar, təlaş onu deməyə əsas verir ki, Ukrayna məqsədə doğru irəliləyir. dia-az.life xəbər verir ki, prosesləri AYNA-ya müsahibəsində şərh edən Avropada yaşayan tanınmış azərbaycanlı politoloq Rauf Mirqədirovun sözlərinə görə, Qərbdən olan müttəfiqləri Ukraynadan xahiş edirlər ki, verdikləri silahdan Rusiya əraziləri vurulmasın, bombalanmasın:

- Beynəlxalq aləm Krımı Ukrayna ərazisi hesab edir, Rusiyanın Ukrayna ərazisini işğal etdiyini qəbul edir. Demək ki, Qərb üçün Krım Rusiyanın yox, Ukraynanın müvəqqəti işğalda olan ərazisidir. Avropadan verilən bəyanatlara diqqət etmək lazımdır. Bu günlərdə Almaniya kansleri Olaf Şolts Ukraynaya silah verilməsinin səbəbini açıqladı və bildirdi ki, bu silahlar Ukraynaya ona görə verilir ki, ərazi bütövlüyünü bərpa etsin. Yəni ki, ərazi bütövlüyünün bərpası formuluna Krım da daxildir. Ona gör də Qərb Krım ərazisindəki partlayışı, raket atəşini və s. kifayət qədər normal qarşılayır. Açıq şəkildə təqdir etməsə də, Krımın vurulmasına neqativ yanaşmır, tənqid etmir. Çünki Krım Ukrayna ərazisidir.

- Zelenski də bəyanatında Krımın azad olunmasının mütləqliyini vurğulayır...

- Bəli! Bu gün Zelenski Krım körpüsünü nişangah kimi göstərir. Bildirir ki, Rusiya ordusunun təminatı üçün bu körpüdən istifadə edilir ki, ora hədəfdir. Əslində demək olar ki, müharibə yeni mərhələyə daxil olub. Müharibə Rusiyanın hüquqi baxımdan özününkü saydığı əraziyə keçib. Düzdür, dünya Krımı Rusiyanın ərazisi saymır. Amma Rusiya qanunlarına görə, Krım bu ölkənin "ayrılmaz hissəsidir", Rusiya Konstitusiyasına əsasən, Krımın başqa bir dövlətə verilməsi qeyri-mümkündür.

Krımda baş verən hadisələr çox ciddi hadisələrdir. Mən hərbi hava qüvvələrində xidmət etmişəm, aerodromun nə demək olduğunu bilirəm. Söhbət ondan gedir ki, Saki aerodromunda Rusiyaya məxsus təyyarələr məhv edilib. Aerodrom vurulub və bu, o deməkdir ki, həmin obyektin təchizat sistemi sıradan çıxıb. Aerodrom hərbi məqsədlər üçün hazırda yararsız vəziyyətdədir, qısa müddətdə bərpası mümkün deyil. Bu, Rusiya üçün çox böyük itkidir.

Daha bir vacib məsələ isə Krımın təhlükəsizliyi ilə bağlıdır. Əvvəllər Rusiya rəsmiləri bəyan edirdilər ki, Krım elə müdafiə olunub ki, oradan quş uça bilməz. Qeyd edirdilər ki, hava hücumundan müdafiə sistemi tam möhkəmdir, eyni zamanda, qoşunlar yerləşdirilib və s.

- Amma aerodromun vurulması ilə deyilənlərin yalan olduğu ortaya çıxdı...

- Mən məhz Krımda hərbi hava qüvvələrində hərbi xidmətdə olmuşam, oranın hava müdafiə sistemi barədə məlumatlıyam. Saki aerodromunun vurulması ilə nələrin məhv olduğunu ən azından təsəvvür edirəm. Söhbət müasir aviasiyanı təmin edən uçuş zolaqlarından getmir. Hərbi aerodromu idarə etmək sistemi məhv edilirsə, təyyarələr oradan havaya qalxa bilməz. Eyni zamanda, yerlə əlaqəli naviqasiya sistemləri var ki, bunların məhvi böyük məsələdir. Naviqasiya sistemi işləmirsə, komanda mərkəzi olmasa, o təyyarə faktiki olaraq kordur. Saki aerodromunun vurulması onu göstərdi ki, Rusiya rəsmiləri yalan danışırmışlar, Krımın hərbi baxımdan təhlükəsizliyi təmin olunmayıb. Və müxtəlif silahlarla Krımda hərbi obyektləri vurmaq olar. Biz bilmirik ki, Saki aerodromu hansı silahla vurulub. Bir çox müasir silahların adı çəkilir. Hər halda onu demək olar ki, Krım Rusiyanın iddia etdiyi qədər möhkəm müdafiə olunmur. Eyni zamanda, Ukrayna qüvvələri Krım üzərində işləyiblər və nəticə əldə ediblər. Rusiyanın Krımın müdafiəsinin yüz faiz təmin edildiyi barədəki mifi də dağılmış oldu.

- Belə fikirlər var ki, Kiyev Krımdakı hadisələrlə Rusiyanın diqqətini hazırda müharibə gedən ərazilərdən yayındırmağa, cənubda işğal olunmuş ərazilərin qaytarılmasında uğur əldə etməyə çalışır...

- Sözsüz ki, burada taktiki maraqlar da var. Amma nəzərə almaq lazımdır ki, Ukrayna Krıma hücum etməyib. Ümumiyyətlə, o istiqamətdə hərbi əməliyyatlar aparmayıb. Söhbət vacib və kritik hərbi infrastrukturlara zərbələrdən gedir. Əlbəttə, diqqəti yayındırmaq üçün taktiki gediş ola bilər. Yəni ki, bu, istisna deyil. Lakin hesab edirəm ki, əsas vacib məsələ Rusiyanın arxa cəbhəsində xaos yaratmaq, təlaşı çoxaltmaqdır. Krımda vurulan hərbi obyektlərin ətrafında yaşayış var. İnsanlar görürlər ki, zərbələr vurulur, dəqiq zərbələr endirilir. Baxın, mülki infrastruktur vurulmur, ancaq hərbi obyektləra, yaxud da, logistik infrastruktura zərbələr vurulur. Bu, həm Rusiyanın hərbi gücünə ziyan vurmaqdır, həm də oradakı əhali arasında qorxunun, ajiotajın yaranmasına gətirib çıxarır.

- Yəni ki, insanlar təhlükəsizliklərinin təmin olunduğundan əmin deyillər...

- Əlbəttə, əmin deyillər. Çünki onlar görürlər ki, yaşadıqları yerdə aerodrom dəqiq zərbə ilə məhv edilir. Zelenski açıq şəkildə Krım əhalisinə dedi ki, "xahiş edirəm, evlərinizdən çıxmayın, hər şey baş verə bilər". "Hər şey baş verə bilər" xəbərdarlığı çox böyük qorxu hissinə səbəbdir. Yəni ki, "özünüzü qoruyun, biz sizi vurmaq istəmirik, amma müharibədir, hər şey ola bilər, siz müharibə zonasındasınız" deməkdir. Belə bir məlumat yayıldı ki, artıq Krım körpüsü də bağlanıb. Rusiya rəsmiləri əvvəllər deyirdilər ki, “Krım körpüsünün vurulması mümkün deyil, təhlükəsizliyi qorunur, ona heç kəs yaxın düşə bilməz” və s. İndi isə Rusiya rəsmiləri etiraf edirlər ki, Krım körpüsü üçün təhlükə var. Krım körpüsü isə faktiki olaraq Rusiya ilə Krımı birləşdirən əsas logistik əlaqə sistemidir. Bu gün o logistika pozulur. Xerson vilayətində bütün körpülər dağıdılıb. Bu, Krımda yaşayanlar üçün böyük təlaşdır və qorxu hissini gücləndirir. Onlar hara qaçacaqlarını düşünürlər. Krımda bu ümidsizlik hissini yaratmaq çox vacibdir və Ukrayna bunu yaradır.

Əslində, Rusiya Krım vasitəsilə Ukraynanın cənubundakı əməliyyatları apara bilirdi. Rusiyadan hərbi təminat Krıma gətirilirdi, oradan da cəbhəyə yönləndirilirdi. İndi bu logistik sistem təhlükə altındadır. Ən vacib olan isə odur ki, bu, Zelenskinin bəyanatlarının tonunu dəyişdirir. Bu taktiki döyüşlərlə Ukraynanın müharibədə vəziyyəti yaxşılaşır, əməliyyatları asanlaşır. Müasir silahların hesabına Ukrayna Rusiyanın arxa cəbhəsi ilə ön cəbhəsi arasındakı logistik kanalları dağıdır. Logistik kanallar dağılanda Rusiyanın vəziyyəti ağırlaşır. Silahlar arxa cəbhədən ön cəbhəyə vaxtında çata bilmir və Rusiya vaxt itirir. Bu, müharibənin taleyi üçün vacib amildir. Logistikanın məhvi uğurlu hücum əməliyyatlarının keçirilməsinə mane olur. Fikir verirsiniz, Rusiya harada irəliləyibsə, bunu böyük qurbanlar və uzun vaxt hesabına edib. Bəzən söhbət heç irəliləyişdən yox, tutduğun mövqedə möhkəmlənmədən gedir. Bir aydan çox döyüşür, amma bir balaca qəsəbəni tam nəzarətə götürə bilmir. Bunun səbəbi logistikadakı problemdir.

- Krıma müdaxilə Rusiyanın nüvə silahına əl atması ilə nəticələnə bilərmi?

- Ümumiyyətlə, Putinin nə vaxt nəyi edəcəyini Allah bilir. Bəndə bunu proqnozlaşdıra bilməz. Putin hakimiyyətini qorumaq, hakimiyyətinin təkrar istehsalı üçün hər vasitəyə əl atacaq insandır. Hakimiyyətinin təkrar istehsalına nail olmaq üçün hər şeydən, o cümlədən, millətçilikdən, rus xalqının imperiya ruhundan istifadə edir. Ölkənin gələcəyini böyük zərbə altına qoyan Putindən hər şey gözləmək olar. Amma Rusiya rəsmilərinin müharibənin əvvəlindəki bəyanatlarına diqqət yetirmək lazımdır. Onlar bildirirdilər ki, Rusiyanın Ukraynada hərbi əməliyyat keçirmə səbəbindən biri odur ki, bu ölkə NATO-ya daxil olmasın. Deyirdilər ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə Alyans arasında birbaşa hərbi qarşıdurmaya, hətta nüvə silahından istifadəyə səbəb ola bilər. “Nə üçün” sualına isə cavab verirdilər ki, “Ukrayna ilə Rusiya arasında ərazi mübahisəsi var”. Bununla yanaşı, Rusiya anlayır ki, Ukrayna öz iddialarından əl çəkmək niyyətində deyil.

Bilirsiniz, nəyisə etmək üçün ən xırda məsələni bəhanə gətirmək olar. "Xüsusi hərbi əməliyyat"ın səbəblərindən biri kimi Rusiya Donbasdakı rusların "hüquqlarının qorunması"nı göstərmədimi? Əslində, bu, bəhanədir. Sabah Rusiya taktiki nüvə silahından istifadəyə bəhanə kimi bir sıra məsələləri, o cümlədən, Krımdakı hadisələri ortaya qoya bilər. Amma hesab edirəm ki, Putin nüvə silahına o zaman əl atar ki, məğlubiyyət hamı üçün aydın olacaq. Onsuz da Rusiya üçün uzun vədə üçün məğlubiyyət qaçılmazdır. Ekspertlər, siyasilər üçün Rusiyanın məğlubiyyəti aydındır. Söhbət “qara camaat” üçün də məğlubiyyətin aydın olmasından gedir. Hər kəs müharibədə məğlubiyyəti dərk edəndə Putin taktiki nüvə silahından istifadə edə bilər. Bu, Kreml sahibinin son şansıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru