Rusiyanın yeni Dəniz Doktrinası, düşmənliyin rəsmi elanı və kritik cəbhə xətti - NƏ BAŞ VERİR?
Tarix: 2-08-2022, 08:23 | Çap et
İki gün əvvəl Rusiyada təsdiq edilən yeni Hərbi Dəniz Doktrinasının və Hərbi Dəniz Nizamnaməsinin imzalanma mərasimi olub. Sankt-Peterburq Dövlət Tarix Muzeyində keçirilən mərasimdə Rusiya Silahlı Qüvvələrinin daxili xidmətini təyin edən fərmanda da dəyişiklik edilib. Bununla da, sonuncu dəfə 2015-ci il iyunun 17-də qəbul edilən Dəniz Doktrinası qüvvədən düşmüş olub.
Bu arada, elə həmin gün Ukraynadan zərbə gəlib. Rusiyanın Qara dəniz donanmasının Krımdakı qərargahı SİHA (silahlı və pilotsuz uçuş aparatı) tərəfindən vurulub. Rus mediası hadisəni sadə bir hücum kimi qiymətləndirsə də, 6 nəfərin yaralandığı partlayışa görə Sevastopolda Hərbi Dəniz Günü tədbirləri ləğv edilib.
Putin isə mərasimdəki çıxışında hərbi donanmanın imkanlarının daim təkmilləşdirildiyini vurğuladı: “Donanma ölkəmizin sərhədlərində və dünya okeanının istənilən bölgəsində strateji vəzifələri uğurla yerinə yetirir. O, bizim suverenliyimizə və azadlığımıza hücum etmək qərarına gələn hər kəsə ildırım sürəti ilə cavab verə bilər”.
Mərasimdə ən kritik məqamlardan biri də "Zirkon" hipersəs raketlərinin bir neçə ay sonra Rusiya donanmasının istifadəsinə veriləcəyi xəbəri oldu. Putin bu raketləri “maneəsiz” ifadəsi ilə dəyərləndirib.
Səs sürətindən 9 dəfə çox (saatda 10.000 km-dən çox) hərəkət qabiliyyətinə malik olduğu bildirilən “Zirkon” hipersəs raketləri ilə bağlı məlumat elə həmin gün Britaniya mətbuatında da yer almağa başladı. Douglas Patience imzası ilə ilə yayımlanan məqalə tez bir zamanda xəbər portallarında peyda oldu.
Sözügedən məqalədən çıxarışda deyilir: “Son bir il ərzində Rusiya hərbi gəmilərdən və sualtı qayıqlardan atılan “Zirkon”un çoxlu sınaqlarını həyata keçirib. Belə yüksək sürətlə hərəkət edən raket təxminən beş dəqiqəyə Londona çatacaq”.
Rus mətbuatının yazdığına görə, “Zirkon”la təchiz edilmiş ilk gəmiyə “Admiral Qorşkov” adı veriləcək. Qorşkov Qara dəniz və Azov dənizlərində SSRİ dövrünün rəsmi komandan adıdır.
Yeni doktrinaya gəlincə, ən mühüm dəyişiklik ondan ibarətdir ki, 2015-ci il sənədində xarici təhlükə “NATO-nun Rusiya xəttinə doğru irəliləməsi” idisə, indi real təhlükə “ABŞ və onun müttəfiqləri” kimi açıq şəkildə ifadə olunub. “ABŞ və müttəfiqləri” ifadəsi tez-tez istifadə olunur.
Yaxşı, burada, məsələn, Yunanıstan və Cənubi Kipr Rusiyanın dəniz müdafiə bölgəsində hansı düşmən sinfindədir? Türkiyə bu prosesdə “Mavi Vətən” doktrinasını hansı çərçivədə inkişaf etddirəcək? Çox güman ki, bu sənəd Rusiya ilə yeni əməkdaşlıq sahələri meydana çıxaracaq, eləcə də şəraitdən asılı olaraq yeni qarşıdurmaların üzə çıxarılmasına təkan verəcək. Bu sahədə ekspertlərin yeni rus doktrinasını təhlil etmələri faydalı olardı.
Sənədə görə, ABŞ və müttəfiqlərinin Rusiyanın Dünya Okeanındakı hüquq və maraqlarını məhdudlaşdırmaq istəyi və bu istiqamətdə ərazi iddiaları təhlükə kimi müəyyən edilir. Bu gün Litva sahillərində sıxılıb qalmış kimi görünən Kalininqrada çatmaq üçün Ust-Luqa və Sankt-Peterburq limanları arasında bərə xəttinin yaradılması nəzərdə tutulur.
Həmçinin, doktrinada milli təhlükəsizlik xəttinə Kuril və Baltik boğazları, Qara dəniz və Aralıq dənizinin şərqi, Asiya və Afrika sahilləri boyunca geniş dəniz nəqliyyat xətti daxildir. Mövcud müttəfiqlərlə dəniz əməkdaşlığının artırılacağı, Arktika, Asiya-Sakit okean, Xəzər dənizi və Hind okeanında düşmən bölgələrinin izlənəcəyi bildirilir.
Xüsusilə, doktrinanın mətnində Qara dəniz və Krımda donanmaların gücləndirilməsi və karbohidrogen kəşfiyyatı fəaliyyətlərinin sürətləndirilməsinin vurğulanması Türkiyənin orta və uzunmüddətli perspektivdə Qara dənizdə mövcudluğu və geostrateji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir. Bu bölgədəki sabitliyi pozan balans dəyişiklikləri həm Türkiyənin suveren hüquqları, həm də Montrö müqaviləsinin davamlılığı baxımından diqqətlə araşdırılmalıdır.
Müəllif: Prof. Dr. Kürşad Zorlu Mənbə: "haberturk.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|