İyulun 16-dan 17-nə keçən gecə pravoslav dindarlar keçmiş Rusiya imperatoru II Nikolayın ailəsinin bolşeviklər tərəfindən edam edildiyi yerdə ucaldılmış “Qan üzərində məbəd”dən ölənlərin cəsədlərinin məhv edildiyi güman edilən Qanin quyusuna xaç yürüşü keçiriblər. DİA.AZ-ın məlumatına görə, noderator.az bu haqda Rusiya nəşrlərinə istinadla xəbər verir.
Uraldakı kütləvi aksiya hər il Rusiyadan və dünyanın digər ölkələrindən on minlərlə zəvvar toplayır. Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəsləşdirilən Nikolay ailəsinin qətlinə həsr olunmuş tədbir monarxistlər və qüdrətli dövlətçilər tərəfindən onların ideyalarının təbliği mərkəzinə çevrilib.
Bəhs edilən hadisəyə həsr olunmuş "ümumdünya rus xalq şurası"nın forumunda təşkilat rəhbərinin müavini Konstantin Malofeyev “İmperiya. Gələcəyin obrazı" mövzusunda mübarizə oxuyub. Bu haqda o, öz telegram-kanalında da məlumat verib.
Malofeyevin sözlərinə görə, tədbir zamanı “çarlıq şəhidləri”nə, həmçinin “artıq Rusiya İmperiyası Bosfor əməliyyatına və Konstantinopolun – Çarqradın(İstanbul-S.L.) azad edilməsinə hazırlaşdığı 1917-ci ildə bizdən oğurlanan Rus Qələbəsi” haqqında dua mərasimi keçirilib.
P.S. Rusiyada hər bir qondarma görünən ideyanın, "dua"nın gələcəyi təhlükəli olduğu üçün bu dövlətlə müttəfiqliyin gələcəyi də qaranlıqdır... Vaxtı ilə Jirinovskinin dediklərinə barmaqarası baxırdıq. Ukraynaya təcavüzdən sonra onun Putin üçün imperiyanın əsas ideoloqlarından biri olduğu bilindi...