Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir? - Küçələrdə əsgərlər, səkilərdə qan...
Tarix: 13-07-2022, 08:09 | Çap et
Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir?
İyulun əvvəlində Özbəkistanda 2005-ci ildə Əndican qırğınlarından sonra ən böyük etiraz aksiyaları baş verdi. Səbəb ölkə konstitusiyasına edilməsi nəzərdə tutulan və qəbul edilsə, Qaraqalpaqıstan Respublikasının muxtariyyətini ləğv edəcək dəyişikliklər təşəbbüsü olub. Etirazlar tez bir zamanda iğtişaşlara çevrildi və bir neçə gün dayanmadı. Hüquq-mühafizə qüvvələri ilə toqquşma nəticəsində 18 nəfər həlak olub. Asayişi bərpa etmək üçün hakimiyyət güzəştlərə getdi: parlament Qaraqalpaqıstan Respublikasının suverenliyinin qalacağına səs verdi. Buna baxmayaraq, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, iğtişaşlar xarici qüvvələr tərəfindən təhrik edilib. Onun sözlərinə görə, bu, hətta bütün Mərkəzi Asiya regionunda vəziyyətin mürəkkəbləşəcəyini proqnozlaşdırmağa əsas verir. Özbəkistanda etirazların nəyə səbəb olduğu və onların Mərkəzi Asiyanı necə təhdid etdiyi barədə “Lenta.ru” saytında araşdırma dərc edilib. AYNA həmin yazını istinadla təqdim edir:

Səhra və dəniz

Qaraqalpaqstan Özbəkistanın ən böyük bölgəsidir, lakin ənənəvi səfər yerlərinə - Daşkənd, Səmərqənd, Buxara və Xivəyə üstünlük verən turistlər və səyahətçilər Qaraqalpaqıstanı çətin tanıyarlar. Ümumiyyətlə, özbəklərin özləri ölkənin şimal-qərbindəki bu periferik bölgə haqqında çox az şey bilirlər: ora ən kasıb yer olmaqla yanaşı, pis ekologiyaya malikdir və uşaqlarda çoxlu anadangəlmə xəstəliklər var. Paradoksal olaraq, Özbəkistanın müstəqilliyinin 30 ilində Qaraqalpaqıstan ən çox BMT, ÜST, UNICEF və qeyri-hökumət fondlarının marağına səbəb olub. Dünya təşkilatlarının narahatlığı onunla bağlıdır ki, regionda ən böyük ekoloji fəlakət baş verib - Aral dənizi quruyub.

Sovet dövründə bu dənizi qidalandıran çayların - Amudərya və Sırdəryanın sularından pambıq və çəltik sahələrinin suvarılması üçün istifadə olunurdu. Su ehtiyatlarının həddən artıq çıxarılması dənizin boş səhraya çevrilməsinə səbəb olub, torpaqda illərlə yığılmış kənd təsərrüfatı kimyəvi maddələri onu zəhərləyib. Toz fırtınaları insanların sağlamlığı üçün pis olan təhlükəli şoranı hava ilə aparır.

Sovet dövründə Qaraqalpaqıstanda “Barxan” biokimyəvi laboratoriyasının fəaliyyət göstərməsi vəziyyəti daha da gərginləşdirir. Labarotoriya Aral dənizinin cənub-qərb hissəsindəki Vozrojdeniye adasında yerləşirdi və 1942-ci ildən burada bioloji silah nümunələri heyvanlar üzərində sınaqdan keçirilib. Poliqon 1992-ci ildə bağlanıb, lakin torpaqdan götürülən testlər göstərir ki, hələ də ərazidə kimyəvi maddələr qarayara xəstəliyinə səbəb olur. Bu, regionda onsuz da çətin olan ekoloji vəziyyəti daha da fəlakətli edir.

Ekoloji problemlərlə yanaşı, Qaraqalpaqstanda işsizlik səviyyəsi yüksəkdir. İnsanlar işləmək üçün daha zəngin Özbəkistan bölgələrinə və ya qonşu Qazaxıstana, Rusiyaya gedirlər. Nəticədə, hakimiyyət regionun inkişafı üçün stimulları demək olar ki, itirib. Daşkənddən gələn qaraqalpaqlara dəstək üçün hansısa xüsusi tədbirlərdən danışmağa ehtiyac yoxdur. Nukus, Muynak, Kunqrad vaxtaşırı turizm proqramlarına daxil edilir, lakin onlara böyük tələbat yoxdur.

Bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir

İyulun əvvəlində Qaraqalpaqıstanda baş verən kütləvi etirazlar aydın şəkildə göstərir ki, bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir. Lakin Qaraqalpaqıstandan Özbəkistanın muxtar vilayəti kimi danışmaq tam düzgün deyil. Sovet İttifaqının dağılmasından sonra bölgə Qaraqalpaqıstan Respublikasına çevrildi, baxmayaraq ki, bundan əvvəl - 1924-cü ildən 1930-cu ilə qədər Qazaxıstan SSR tərkibində muxtariyyət statusuna malik idi. Eyni zamanda, 1993-cü ildə Qaraqalpaqıstanın Özbəkistanın tərkibinə könüllü daxil olması haqqında 20 il müddətinə dövlətlərarası müqavilə imzalanıb və muxtar respublikanın referendum yolu ilə ölkədən çıxarılması hüququ da orada təmin edilmişdir.

Həmin il qaraqalpaqlar öz konstitusiyasını, gerbini, himnini və bayrağını qəbul etdilər. Belə görünürdü ki, 30 il ərzində qaraqalpaqlar özbəklərlə tamamilə assimilyasiyaya uğrayıblar və respublikadan ayrılmaq hüququ formal xarakter daşıyır. Nə o vaxtkı Prezident İslam Kərimov tərəfindən 2005-ci ildə Əndicanda etirazların zorla dağıdılması, nə 2010-cu ildə Oşda özbəklərlə qırğızlar arasında baş verən toqquşmalar, nə də respublikada hakimiyyət dəyişikliyi və Şavkat Mirziyoyevin gəlişi muxtar respublikada narazılıq yaratdı.

Etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub

Bölgənin müstəqilliyinin genişləndirilməsi üçün təbliğat aparan yerli fəallarla az adam maraqlanırdı. Qaraqalpaqıstana kasıb və səssiz periferiya kimi davranılmaqda davam edirdi. Heç kim gözləmirdi ki, hakimiyyətin Özbəkistanın Konstitusiyasını dəyişmək və ondan öz müqəddəratını təyin etmək hüququ ilə bağlı maddələri çıxarmaq cəhdləri kütləvi etirazlarla nəticələnəcək. Demək olar ki, rəsmi Daşkənd sürprizlə qarşılaşdı.

2021-ci ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya dəyişiklik təklif edəndə Qaraqalpaqıstanın muxtariyyət statusundan məhrum edilməsindən söhbət gedə bilməzdi. Konstitusiya islahatı əsasən prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırmaq məqsədilə başladılıb. Ana qanunda ümumilikdə 200-ə yaxın düzəlişin edilməsi planlaşdırılırdı, lakin onların hamısı formal xarakter daşıyırdı. Mərkəz özünü təhlükəsiz saxlamaq və Özbəkistan Konstitusiyasından Qaraqalpaqıstanın ayrılmasına icazə verən maddələri çıxarmaq qərarına gəldi. Görünən odur ki, bununla hakimiyyət separatizmlə bağlı müzakirələrin aparılması ehtimalının belə qarşısını almağa çalışıb. Lakin tam əksi oldu. Qaraqalpaqstanın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı müddəaların ləğvi muxtar respublikanın həm də öz gerbindən, bayrağından və himnindən məhrum olması demək idi. Kəskin sosial-iqtisadi problemlər fonunda bu atributların itirilməsi yerli sakinlər üçün də həddən artıq həssas oldu: qaraqalpaqlar özlərinin varlığını elan etdi və mərkəz onları eşitməli oldu.

Qaraqalpaqstanda baş verənlərin tam mənzərəsi aydın deyil. Sosial şəbəkələrdə iyulun 1-də keçirilən çoxsaylı etiraz aksiyalarından videolar yayılıb. Onlar göstərir ki, Konstitusiya dəyişikliklərinə qarşı nümayişlərdə on minlərlə insan iştirak edib. Ən kütləvi mitinqlər Nukus, Çimbay və Muynakda keçirilib. Etirazçılar sosial şəbəkələrdə xüsusi təyinatlıların nümayişçilərə qarşı güc tətbiq etdiyini göstərən nümayişlərdən görüntülər yayımlayırlar. İyulun 2 və 3-də etirazlar yenidən və daha güclü şəkildə alovlandı.

Şahidlərin sözlərinə görə, etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub. O, nəşrlərində qaraqalpaq dilinin ictimai sahədə daha geniş istifadə olunmasını müdafiə edir, sakinləri öz kimliklərini unutmamağa təşviq edirdi. 2021-ci ildə o, “Qaraqalpaqlar özbəklərin çətiri altında yaşayan xalqdır” deyən məşhur özbək müğənnisi Yıldız Usmanovanı məhkəməyə verib. Eyni zamanda, 2022-ci ilə qədər Tacmuratov həm də məşhur “Telegram” kanalının administratoru oldu və özünü müstəqil jurnalist kimi göstərməyə başladı. Jurnalist iyunun sonunda Özbəkistanın Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsinin dərcindən az sonra fəal insanları etiraz aksiyası keçirməyə təşviq etməyə başlayıb. O, iyulun 5-də keçirilən aksiya ilə bağlı hakimiyyətlə razılaşdığını bildirib. Amma insanlar daha əvvəl küçələrə çıxıblar. Nəticədə fəalın saxlanılması kütlənin qıcığını daha da artırıb.

“Xarici təxribatçılar” barədə konkret məlumat yoxdur

Qaraqalpaqstanda baş verənlər dəqiq məlum deyil. Regionda internet və mobil rabitədə fasilələr mövcuddur. Sosial şəbəkələrdə yerli sakinlər bildirirlər ki, hakimiyyət xüsusi olaraq internetə girişi əngəlləyir. Bununla belə, hakimiyyətin tam susmasından danışmağa ehtiyac yoxdur. Hələ iyulun 1-də Özbəkistanın Daxili İşlər Nazirliyi (DİN) respublikada ictimai asayişin bərpa olunduğunu və insidentə səbəb kimi Qaraqalpaqıstan sakinlərinin “konstitusiya islahatlarını yanlış şərh etməsi” olduğunu bildirib.

Bir gün sonra Qaraqalpaqıstan Respublikası hökuməti və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, etirazçıların “dövlət institutlarını ələ keçirməyə və bununla da cəmiyyəti parçalamağa cəhd etdiklərini” açıqlayıb. Etirazçıların hərəkətlərinin qarşısı alındığı, iğtişaşların təşkilatçıları və təxribatçıların saxlanıldığı da bildirilib. Bundan başqa, bəyanatda “xaricdən gələn müəyyən qeyri-sağlam xarici qüvvələrin” vəziyyətin inkişafına təsir etmək cəhdlərindən bəhs edilir. Lakin bu “xarici təxribatçılar” dedikdə kimin nəzərdə tutulduğu barədə konkret məlumat yoxdur.

Hakimiyyət orqanlarının əmri ilə bütün Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi, saat 20:00-dan 07:00-a kimi komendant saatı tətbiq edilib. Hadisələrin şahidlərinin sözlərinə görə, bu, regionda vəziyyətin sabitləşməsindən danışmaq hələ tez olduğunu və yeni kütləvi etirazların istisna olunmadığını təsdiqləyir.

“Hətta İslam Kərimov bunu etməmişdi”

Yerli sakinlər Özbəkistan Prezidentinin Qaraqalpaqıstanda baş verənlərə necə reaksiya verəcəyini gözləyirdilər. Müşahidəçilər Kərimovun vaxtında olduğu kimi etirazçılara heç bir güzəştə getməyəcəyinə inanırdılar. Lakin gözlənilmədən çoxları və ilk növbədə qaraqalpaqların özləri üçün Mirziyoyevin bəyanatı sürpriz oldu. Prezident bildirib ki, əgər Qaraqalpaqıstan xalqı narazıdırsa, o zaman Özbəkistanın Konstitusiyasına respublikanın statusu ilə bağlı düzəlişlər edilməyəcək. Üstəlik, o, şəxsən regiona gedib, respublika sakinləri və yerli deputatlarla görüşüb. Mirziyoyev etiraf edib ki, toqquşmalar dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərə səbəb olub. Lakin o, qurbanların dəqiq sayını açıqlamayıb.

Eyni zamanda o, etiraz aksiyalarını Özbəkistanın ərazi bütövlüyünə təhdid və “bədxah qüvvələrin konstitusiya islahatlarına etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi və stabilliyi pozmaq cəhdi” adlandırıb. Prezident sosial şəbəkələrdə yayılan küçələrdəki qan gölməçələrini “saxta görüntülər” adlandırıb. Səlahiyyətlilərin bildirdiyinə görə, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarının içindəki su qırmızıya boyanıb. Amma sakinlər bu versiyanı inandırıcı hesab etmirlər.

Qaraqalpaqıstanda baş verənləri şərh edən yerli politoloq Rafael Səttarov regionun Özbəkistandan ayrılması tərəfdarlarının çoxluğuna şübhə ilə yanaşır. İndiki etirazların mərkəzində o, sakinlərin sosial-iqtisadi problemlərdən yığılıb qalmış yorğunluğunu və hakimiyyətin vəziyyəti düzəldə bilməməsini görür. Analitikin sözlərinə görə, düzəlişlər əlavə qıcıqlandırıcı faktora çevrilib: “Hətta keçmiş Prezident İslam Kərimov səlahiyyət müddətini bərpa edərkən heç vaxt Qaraqalpaqıstanın statusuna toxunmayıb və Özbəkistan Konstitusiyasının bu respublikanın statusu ilə bağlı maddələrini dəyişməyib”.

Əgər mərkəzi hakimiyyət həqiqətən də separatizmdən qorxursa, o zaman ekspertin fikrincə, konstitusiyanı dəyişmək yox, qaraqalpaqların həyat şəraitini yaxşılaşdırmaq lazımdır: “Qaraqalpaqların artan narazılığının səbəblərinə diqqətlə nəzər saldıqda, onların narazılığının üç söz ətrafında cəmləşdiyini görmək asandır: işsizlik, su çatışmazlığı, qiymət artımı. Yəni səbəblər siyasi yox, sosial-iqtisadidir. Ona görə də qəzəbə separatizm nöqteyi-nəzərindən baxmaq düzgün olmaz”.

“Etirazlar inkişaf edə bilər, amma qaraqalpaqların etirazları bölgənin heç bir şəkildə ayrılmasına səbəb olmayacaq. Çünki bunun nə daxili, nə də xarici səbəbləri var. Lakin mərkəzin tələsik hərəkətləri ucbatından özbəklərlə qaraqalpaqlar arasında münasibətlər gələcəkdə bəzi yerlərdə problemlər yarada bilər”, Sattarov fikrini yekunlaşdırıb.

“Sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər”

Mərkəzi Asiya üzrə mütəxəssis, Karnegi Fondunun tədqiqatçısı Temur Umarov isə deyib ki, Qaraqalpaqstanda baş verənlər Özbəkistanda son 17 ildə ən böyük siyasi böhran sayılır: “2005-ci ildə Əndicanda siyasi böhran baş verdi. Mirziyoyev üçün Qaraqalpaqstanda baş verən hadisələr onun şəxsi “Əndican”ına, yəni bu cür böhranlı vəziyyətlərin öhdəsindən gəlmək bacarığına çevrildi”.

“Qaraqalpaqıstandakı prosesləri mərkəz özü başlayıb. Əgər hakimiyyət Özbəkistan Konstitusiyasının Qaraqalpaqstanın statusu ilə bağlı maddələrində edilən dəyişikliyin nə ilə nəticələnəcəyini başa düşsəydi, çətin ki, bu islahatla razılaşardı”, - ekspert qeyd edib.

Buna baxmayaraq, Umarov hesab edir ki, sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər.

Müəllif: Turan Abdulla
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru