“KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur” - FAKT BUDUR!
Tarix: 30-06-2022, 10:45 | Çap et
usiyanın Ukraynaya qarşı "xüsusi əməliyyat" adı altında apardığı işğalçı müharibədə, bu dövlətin də təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin heç biri iştirak etmir. Hərbi təşkilatda olan dövlətlər nəinki işğalçı müharibədə əsgəri güclə iştirak etmir, hətta siyasi anlamda Kremlə dəstək də ifadə edilmir. Belarusdan başqa, KTMT-də təmsil olunan dövlətlərin rəsmi şəxsləri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər.
Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Qasım Comərd-TokayeviSankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin qarşısında Ukraynanın Luqansk və Donetsk bölgələrindəki qondarma qurumları "kvazidövlət" adlandırdı və onların "müstəqilliklərini" heç vaxt tanımayacaqlarını bəyan etdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstan KTMT-nin əsas dövlətlərindən biridir.
KTMT-nin işğalçı müharibədə Rusiyanın yanında dayanmaması, əksinə, bu ölkələrin rəhbərləri səviyyəsində dolayısı ilə Ukraynaya dəstək verilməsi sözügedən hərbi təşkilatın de-fakto ləğv edildiyini göstərir. Rusiyanın istər rəsmi, istərsə də qeyri-rəsmi siyasi dairələrində KTMT ölkələri tənqid olunur, televiziyalardakı siyasi verilişlərdə Kremlə yaxın analitiklərin dilindən "KTMT Rusiyanın yanında deyilsə, o zaman bu təşkilat bizim nəyimizə lazımdır?" deyə ritorik suallar verilir.
Rusiyanın işğal müharibəsinə dəstək verməyən KTMT-nin dağıldığını söyləmək olarmı? dia-az.life-ın məlumatına görə, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya deyib ki, Qazaxıstan Prezidenti Tokayevin Putinin qarşısındakı çıxışı Rusiyanın apardığı müharibəyə də, KTMT-yə də münasibətin göstəricisi idi: “Rusiyanın xarici siyasəti ciddi böhran altındadır. Rusiyanın postsovet məkanındakı nüfuzu ciddi şəkildə azalmaqdadır. Tokayevin bəyanatı onu göstərir ki, Qazaxıstanla bağlı rəqabət mühiti yaranıb. Qazaxıstana yönəlik əvvəl Rusiya əsas oyunçu idisə, indi Çin də var. Qazaxıstan Prezidentinin belə açıq şəkildə bəyanatı, Rusiyaya qarşı fikirləri sıradan deyil”.
“Ola bilsin ki, qlobal güclər tərəfindən Qazaxıstana təhlükəsizlik təminatları da verilib. Eyni zamanda, Qazaxıstanda, Orta Asiyada Türkiyə fəallaşıb. Bu gün Qazaxıstanda Qərb şirkətləri də mövcuddur. Bu baxımdan, Rusiyanın təsirindən, KTMT-dən qopma mümkündür”, - deyə həmsöhbətimiz bildirib.
Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini də xatırladıb: “Orada səslənən fikirlər, hansısa simvolik addımlar, tərcüməçisiz çıxışlar onu göstərir ki, türk dövlətlərinin birliyi aktullaşır, Türk Dövlətləri Təşkilatı güclənir. Bu dəyişikliklərə baxanda, əlbəttə, demək olar ki, KTMT kimi, Rusiyanın çətiri altındakı postsovet təşkilatlarının əhəmiyyəti azalacaq. Bəzi təşkilatlar tamamilə siyasi səhnədən gedəcək. Buna heç kəsin şübhəsi yoxdur”. dia-az.life-ın məlumatına görə, Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov isə AYNA-ya şərhində KTMT-nin heç vaxt ciddi təşkilat olmadığını söyləyib: “Rusiya zəiflədikcə bu hərbi təşkilatdakıların mövqeyi də dəyişir. Rusiya müharibədə məğlub olduqda bu təşkilat da tarix olacaq. Baxın, bu gün dünyada əsas hərbi qurum NATO-dur. Hazırda NATO-ya yeni üzvlərin daxil olması müzakirədədir. Türkiyə üzvlərin qəbulu ilə bağlı şərtlər irəli sürür, öz maraqları naminə istifadə edir. NATO-nun digər dövlətləri, ABŞ Türkiyənin mövqeyinə münasibət bildirir, problemin həlli üçün müəyyən səylər göstərirlər və s”.
“Deməyim odur ki, NATO-da bir sistem var. Hətta Alyansdakı balaca dövlətlər, aparıcı olmayan ölkələr də öz maraqlarını müdafiə etməyi bacarır, buna imkanları var. Düzdür, Türkiyə balaca dövlət deyil, amma Qərbin aparıcı ölkəsi də deyil. Yaxud da, Macarıstan. Macarıstan rəhbərliyinin siyasəti heç xoşagələn deyil, amma öz maraqlarını müdafiə edir, müəyyən qərarların qəbuluna imkan vermir. KTMT-də belə sistem yoxdur axı”, - deyə analitik vurğulayıb.
Müsahibimiz KTMT-də əsas bir dövlətin söz sahibi olduğunu qeyd edib – Rusiya: “Bu təşkilatda təmsil olunan digər dövlətlərin nə səs hüququ var, nə qərar verə bilmək hüququ var, nə də hansısa prosesin qarşısını ala bilirlər. Bu gün çox absurd bir situasiya yaranıb. Əslində Tokayevin Sankt-Peterburqda Putinin qarşısında verdiyi bəyanat həmin absurd vəziyyəti gözlər önündə canlandırdı. Ukraynadakı qondarma qurumları Tokayevin "kvazidövlətlər" adlandırması Qazaxıstanla Rusiyanın necə müttəfiq olduğunu, KTMT-nin necə mənasız qurum olduğunu göstərdi. Çünki Tokayevin "kvazidövlətlər" adlandırdığı "respublikalar"ı Rusiya tanıyır, həmin separatçı qurumlarla Moskva diplomatik münasibətlər qurub. Eyni zamanda, Rusiya həmin "dövlətlərin" müraciəti əsasında, həmin "dövlətlər"ə görə Ukraynaya qarşı elan olunmamış müharibə aparır”.
Mirqədirov qeyd edir ki, hərbi-siyasi blok çərçivəsində Qazaxıstan KTMT-dəki müttəfiqi Rusiyanı yox, Ukraynanı dəstəkləmiş oldu: "Bu, absurdun absurdudur. Əgər sən Rusiyanın uğrunda müharibə etdiyi qondarma qurumları "kvazidövlətlər" adlandırırsansa, onların "müstəqillikləri"ni tanımağı qeyri-mümkün sayırsansa, o zaman gərək KTMT-dən çıxasan. Çünki həmin təşkilatın əsas dövləti Ukraynaya qarşı işğalçı müharibə aparır. KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|