İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Qərb ölkələri PKK-nı bitirməyə qərar verdilər? - İNCƏLƏMƏ...
Tarix: 8-06-2022, 12:17 | Çap et
Qərb ölkələri PKK-nı bitirməyə qərar verdilər?
Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasından sonra təkcə sözügedən Skandinav ölkələrinin deyil, bütünlüklə Qərb dövlətlərinin PKK-nın arxasından çəkildiyi müşahidə olunur. Məlum olduğu kimi, bu istiqamətdə ən bəlirgin addım NATO-nun Baş katibi Yen Stoltenberqdən gəlməkdədir. Baş katib öz çıxışlarında Türkiyənin etirazlarında kifayət qədər haqlı olduğunu və Ankaranı narahat edən məsələləri aradan qaldırılmasının vacibliyini açıq şəkildə dilə gətirir.

NATO-da əsas söz sahibi olan ABŞ Türkiyənin Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı hərbi əməliyyatlara qarşı çıxsa da, Ankaranın öz mövqeyində haqlı olduğunu da gizlətmir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında söylədiyi bəzi fikirlər Vaşinqtonun iki daş arasında qaldığının bariz örnəyidir. "Türkiyə sərhədindəki məşru təhlükəsizlik narahatlıqlarını anlayırıq. Bununla belə, yeni əməliyyatların regional sabitliyi daha da pozacağından narahatıq", - deyən sözçü faktiki olaraq, Ankaranın PKK-ya qarşı mövqeyinin və hərbi əməliyyat planlarının legitim əsaslara söykəndiyinə eyham vurmuşdu.

Maraqlıdır ki, bu zamanadək PKK-nı ən çox dəstəkləyən Almaniyadan da artıq terror təşkilatına qarşı sərt açıqlamalar gəlməyə başlayıb. Almaniyanın daxili kəşfiyyat qurumu Federal Konstitusiyanı Qoruma Təşkilatının (BfV) dünən yaydığı hesabat da bu qəbildəndir.

“PKK Almaniyada 2021-ci ildə ianə kampaniyası adı altında bir öncəki illə müqayisədə daha çox xərac toplayaraq təxminən 16 milyon 700 min avro əldə edib”.

Ovqat.com-un məlumatına görə, BfV-nin dünən yaydığı hesabatında belə deyilir.

Paytaxt Berlində keçirilən mətbuat konfransında açıqlanan hesabatda PKK-nın terror təşkilatları siyahısından çıxarılmadığı və fəaliyyətini davam etdirdiyi vurğulanıb.

BfV prezidenti Tomas Haldenvanq tərəfindən açıqlanan hesabatda terror təşkilatının Avropada topladığı xəracın məbləğinin 30 milyon avronu keçdiyi və həmin vəsaitin Türkiyədə terroru maliyyələşdirmək üçün istifadə olunduğu açıq şəkildə vurğulanır. Hesabata görə, PKK Almaniyadakı türk hədəflərinə qarşı təhdidlərini sürdürür və terror təşkilatına cəlb olunan insanların Yaxın Şərqə göndərilməsinə rəhbərlik edir. Bildirilir ki, 2013-cü ildən bu günə qədər Almaniyadan 295 nəfərin PKK sıralarına qoşulmaq üçün Yaxın Şərq ölkələrinə göndərilib, onlardan 30-u döyüşlərdə ölüb 150 nəfər isə Almaniyaya geri qayıdıb.

PKK-nın Almaniyadakı təşkilati strukturunun 4 sahəyə, 9 əyalətə və 31 bölgəyə bölündüyü və üzvlər arasında bir liderin olduğu bildirilən hesabatda vurğulanır ki, bu təşkilat ölkədəki ekstremist xarici ünsürlər arasında ən böyük terrorçu qrupdur. Kəşfiyyat məlumatına görə, PKK-nın Almaniyada 14.500 üzvü var.

Hesabatda həmçinin zorakılığın PKK ideologiyasında “strateji variant” olaraq qaldığı qeyd olunur, onun Almaniyadakı əsas əsas fəaliyyətinin təşkilata maddi-texniki və maliyyə dəstək göstərilmək, yeni üzvlər qazanmaq, təbliğat məqsədilə mitinq və digər tədbirlər düzənlənləmək olduğu bildirilir.

Qeyd edək ki, Almaniyanın Daxili İşlər naziri Nensi Feaser də “PKK-ın beynəlxalq terror təşkilatı” olduğunu deyib və ona qarşı mübarizənin davam edəcəyini bildirib.

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasının fonunda Almaniya kəşfiyyat orqanının builki hesabatında PKK-ya geniş yer ayırması və onu ölkədə ən geniş yayılmış terror təşkilatı kimi təqdim etməsi təsadüfi görünmür. Belə aydın olur ki, Türkiyənin öz təhlükəsizlik məsələsini ciddi şəkildə gündəmə gətirməsi müttəfiq dövlətlər tərəfindən də ciddi qəbul edilib. İstər NATO-nun Baş katibinin Türkiyəni açıq şəkildə dəstəkləməsi, istər ABŞ-ın Dövlət Departamenti sözçüsünün bu təşəbbüsləri Ankaranın legitim haqqı olduğunu vurğulaması, istərsə də Almaniya kəşfiyyat orqanının dünən yaydığı hesabat PKK-nın bitirilməsinə qərar verildiyi ehtimalını ağla gətirir. Baxmayaraq ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qoyduğu vetosunda zahiri məqsədinə tam nail ola bilməyib, hər iki ölkə hələ də Ankaranın tələblərini yerinə yetirməyib. Amma razılaşaq ki, bunun da obyektiv səbəbləri var: Finlandiya və İsveçin PKK-ya qarşı aktiv mübarizə aparması qanunvericilik bazalarını dəyişdirməkdən keçir. Bunun üçün referendum keçirilməli və ölkə qanunları dəyişdirilməlidir.

Zənnimizcə, sözügedən Skandinav ölkələrinin NATO-ya üzvlüklə sınağa çəkilməsi də əslində bu məqsədə xidmət edir. Çünki bu ölkələrdə Türkiyənin tələblərinə hökumətlər yox, xalqlar qərar verməlidir. Xalqların rus təhlükəsi və Ankaranın tələbləri arasında qalması onları istəməsələr belə, milli təhlükəsizlik naminə qanunlarına yenidən baxmağa vadar edə bilər. Və yəqin ki, yaxın zamanlarda bu addımın atılmasının şahidi olacağıq.

Sual oluna bilər: bu zamana qədər PKK-nı Türkiyəyə qarşı təzyiq vasitəsi kimi əllərində saxlayan Qərb dünyası niyə birdən-birə bu silahdan vaz keçir?

Zənnimizcə, Qərb ölkələrinin PKK-ya qarşı mövqelərini tədricən geri çəkilməsi dünyanın geosiyasi təmayülündə baş verən dəyişikliklərlə əlaqədardır. Bunlardan biri, son zamanlar Rusiya-Qərb qarşıdurmasında Türkiyənin oynaya biləcəyi roldan qaynaqlanır. Sirr deyil ki, Türkiyə NATO ölkələri içərisində hərbi qüdrəti və geosiyasi əhəmiyyətinə görə asanlıqla vaz keçilməsi mümkün olmayan gücdür. O, NATO-nun konvansional hərbi qüdrətinə görə, ikinci böyük gücüdür və kimin yanında dayanması savaşın seyrini dəyişdirə bilər.

Üstəlik, Rusiyanın dünyaya açılan ən mühüm qapısı da Türkiyənin nəzarətindədir. Qara dənizi Aralıq dənizinə bağlayan İstanbul boğazının rus hərbi donanmasına qapadılması Rusiyanın okeanlara çıxışını əngəlləyə və bölgədəki rus hərbi dəniz qüvvələrini işləksiz hala gətirə bilər. Təbii ki, Rusiya ilə ziddiyyətlərin getdikcə kulminasiya nöqtəsinə yüksəldiyi indiki məqamda ABŞ və müttəfiqləri Türkiyənin əks cəbhədə dayanmasını istəməzlər.

Digər önəmli səbəb Ukrayna müharibəsinin başlanması ilə Qərb ölkələrinin enerji strategiyalarının dəyişilməsindən doğur. Məlum olduğu kimi, bu zamanadək Rusiyanın enerji asılılığından qurtulmaq istəyən Qərb ölkələrinin əsas alternativ layihələrindən biri də İraq və Suriyanın karbohidrogen ehtiyatlarını Aralıq dənizi vasitəsilə Avropaya nəqli ssenarisi idi. Plana görə, regionun karbohidrogen ehtiyatları İraqdan Suriyanın şimalında açılmış dəhliz vasitəsilə Aralıq dənizinə daşınacaq və Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəməri (EastMed) layihəsinə bağlanacaqdı. Amma sözügedən layihənin xeyli baha başa gələcəyini və uzun müddətli olmayacağını anlaşıldı. Beləcə yeni layihələr ortaya çıxdı. Yeni layihədə həm İraq və Suriya, həm Fars körfəzi, həm də Aralıq dənizindəki qaz və neft ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya nəqli nəzərdə tutulur.

Təsadüfi deyil ki, ABŞ bu ilin ilk günlərində əvvəl açıq şəkildə dəstəklədiyi Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəmərindən (EastMed) geri çəkdiyini bəyan etdi. ABŞ-ın Afinadakı səfiri Geoffri Pyatt sosial mediada “EastMed” layihəsinin uğursuzluqlarından bəhs edən məqalə paylaşaraq Vaşinqtonun mövqeyini ortaya qoydu. Bu bəyanatın Yunanıstandan paylaşılması səbəbsiz deyildi. Çünki layihəni Yunanıstan irəli sürmüşdü. Yunan mediasında geniş əks-səda doğuran bu mesaj “EastMed”-in təxirə salınması kimi yozuldu və Afinanı qəm dəryasına batdı. Yunanıstanın hökumətə yaxınlığı ilə seçilən mediası ABŞ-ın bu qərarını Türkiyənin təzyiqinin nəticəsi kimi qələmə verdilər. ABŞ isə layihədən uzaqlaşmasının səbəbini bir neçə amillə əsaslandırır:

Əvvəla, bu layihə ekoloji baxımdan səmərəli deyil.

İkincisi, kəmərin çəkilişi illərlə vaxt alacaq və Avropanın 2030-cu ilə qədər enerji qaynaqlarında dəyişikliyə gedəcəyi təqdirdə ümumiyyətlə əhəmiyyətini itirəcək.

Üçüncüsü, bu layihə NOTA ölkələrinin Rusiyaya qarşı vahid mövqedən çıxış etməsinin tələb olunduğu bir zamanda müttəfiqlər arasında konfliktlərə yol açır və ixtilafı daha da körükləyir. Nəticədə Rusiyanın NATO-nu parçalamaq siyasətinə qulluq edir.

Dördüncüsü, Türkiyənin irəli sürdüyü alternativ layihə ilə müqayisədə xeyli uzundur və rentabelli deyil. Məlumata görə, İsrailin Leviathan ve Tamar yataqlarından Kipr adasını keçməklə Aralıq dənizi vasitəsilə Yunanıstana çəkilməsi planlaşdırılan “EastMed” qaz kəməri 6 milyard dollara başa gələ bilərdi. Halbuki, eyni qazın Türkiyə üzərindən nəqli üçün çəkiləcək qaz kəmərinin dəyərinin 1.5 milyard dollar olacağı gözlənilir.

Bundan əlavə, “EastMed” qaz kəməri üçün ən azı 1900 km.-lik əraziyə borular döşənməlidir və həmin boru xəttləri dənizin dibindən keçməlidir. Bu isə həm qazın maya dəyərini, həm də ərsəyə gəlmə müddətini xeyli artırır. Halbuki, qaz ehtiyatının toplandığı yataqdan Türkiyəyə qədər olan məsafə cəmi 500-550 km.-dir. Üstəlik, Türkiyədən Avropaya nəql olunan mövcud qaz kəmərləri var. Türkiyə svop mübadiləsi yolu ilə İsraildən aldığı miqdarda qazı digər kəmərlər vasitəsilə Avropaya nəql edə bilər. Yəni İsraildən aldığını özünə götürər, bunun əvəzinə TANAP vasitəsilə Azərbaycandan aldığına toxunmaz və onu Avropaya göndərər.

ABŞ-ın “EastMed” layihəsindən çəkilməsindən sonra İsrail Baş naziri İsaaq Herzoqun Türkiyəyə səfəri və Rəcəb Tayib Ərdoğanla görüşündə enerji transferi nəqli müzakirə etməsi də təsadüfi deyil. Maraqlıdır ki, bu səfərdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev də Türkiyəyə getdi. Türkiyə və Azərbaycan liderlərinin 12 mart tarixində Antalyada baş tutan görüşündə iştirak edənlərdən biri də Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Barzani idi. Məlumata görə, bənzər 3-tərəfli görüş daha əvvəl fevralın 2-də keçirilmişdi. İlham Əliyev və Neçirvan Barzani ilə sonuncu görüşündən bir gün sonra Rəcəb Tayib Ərdoğan martın 13-də İstanbulda Yunanıstanın baş naziri Kiryakos Mitsotakisi, ertəsi gün isə Almaniya kansleri Olaf Şolzu qəbul etmişdi. Hazırda həmin iki liderdən biri – Yunanıstan Baş naziri Kiryakos Mitsotakisi Türkiyəyə qarşı lobbiçilik fəaliyyəti ilə məşğuldur, Olaf Şolzun idarə etdiyi Almaniyanın kəşfiyyat orqanı isə dünən açıqladığı hesabatında PKK-ya geniş yer ayrır. Sizcə, bütün bunlar təsadüf ola bilərmi? Məndən soruşsanız “xeyr” deyərdim. Belə görünür ki, həmin görüşlərdən istədiyini nəticəni ala bilməyən yunan lider projeni əngəlləmək üçün qollarını çırmalayıb. Şolz Almaniyası isə daha rentabelli olan Türkiyə üzərindən neft nəqlinin önünü açmaq üçün PKK-nın bitirilməsi işinə girişib.

İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın Antalyadakı görüşündə Barzaninin də iştirak etməsinə gəlincə, zənnimizcə, burada məqsəd Şimali İraq neftinin və qazının Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan yeni enerji layihəsi ilə əlaqədar ola bilər. Təsadüfi deyil ki, martin 12-də baş tutan bu görüşdən cəmi 1 həftə sonra, martin 18-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali İraqda Pence-Kilit əməliyyatının başlandığını elan etdi. Şimali İraq Kürd Muxtariyyəti isə nəinki bu əməliyyata qarşı çıxmadı, əksinə, haqlı olaraq PKK-nı qardaş ölkədə təxribatlar yaradaraq, Türk Silahlı Qüvvələrini kürd torpaqlarını terrorçulardan təmizləməyə vadar etməkdə günahlandırdı. Əməliyyatların keçirildiyi ərazilərə nəzər yetirsək, Kərkük-Yumartalıq neft kəməri ətrafında aparıldığını görə bilərik. Başqa sözlə, bu əməliyyatların ən mühüm məqsədlərindən biri Türkiyənin sərhədlərini qorumaq, digəri isə Kərkük enerji xəttinin keçdiyi ərazilərin təhlükəsizliyini təmin etməkdir.

Bu məntiqdən çıxış edərsək, Kərkük enerji xəttinin Ceyhan limanına bağlantısını gücləndirdikdən sonra Suriyanın şimalından keçməsi planlaşdırılan və şərti olaraq “Kürdüstan xətti” adlandırdığımız enerji zolağı, “EastMed” layihəsinin tarixə qovuşması ilə tamamilə əhəmiyyətini itirir. Çünki xəyali “Kürdüstan xətti”nin əsas resursları Şimali İraqda cəmləşib və bu resurslar olmadan sadəcə Suriyanın şimalındakı mənbələrin yeni kəmərlə nəqli iqtisadi baxımdan ümumiyyətlə səmərəli deyil. Yaxın gələcəkdə həmin resursların da Türkiyə üzərindən Avropaya daşınması mümkündür və yəqin ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Yeni enerji layihəsi isə, təbii ki, PKK-nın nəzarəti altında həyata keçirilə bilməz, ən azı ona görə ki, buna Türkiyə razılıq verməz. Bu vəziyyətdə Suriyanın şimalının PKK-dan təmizlənməsi və bölgənin Türkiyə ilə dost qüvvələrə ötürülməsi günün vacib tələbinə çevrilir.

PKK-nın bitirilməsini şərtləndirən digər mühüm məqam Ukrayna savaşı səbəbilə Rusiyanın öz qınına çəkilməyə məcbur olmasıdır. Sirr deyil ki, Rusiya artıq öz ordularını Suriyadan çıxarıb nəzarətində olan əraziləri İrana bağlı qüvvələrə ötürmək istəyir. Bu isə İsraili və onun strateji müttəfiqi olan ABŞ-ı narahat etməyə bilməz.

Ən əsası, Rusiyanın Suriyadan çəkilməsindən sonra Qətər qazının Avropaya nəqlinin yolu da açılır. 2011-ci ildən indiyədək bu projenin qarşısında dayanan əsas problem Rusiya və İranın Bəşər Əsəd rejimini öz himayələrinə alması idi. İndi isə həmin əngəllər də ortadan qalxır və Suriyanın ərazi bütövlüyü üçün geosiyasi zəmin yaranır. Təbii ki, bu da Suriya ərazilərinin PKK-dan arındırılmış mümkündür. Rusiya və İranın “himayəsi”ndən qurtulan Əsəd rejimi də ya beynəlxalq sifarişlə razılaşacaq, ya da Suriyanın ərəb müxalifətinin yenidən başladacağı dirəniş hərəkatı ilə ömrünü sonlandıracaq. Ölkə əhalisinin cəmi 7-10%-ni təşkil edən kürd etnik qrupunun təmsilçiliyi iddiasına düşən, amma hətta onların böyük əksəriyyəti tərəfindən belə, qəbul olunmayan PKK ünsürləri ilə bu hədəfi reallaşdırmaq mümkün deyil və bu istiqamətdə yürüdülən toplum mühəndisliyi Suriyada vətəndaş müharibəsini ancaq körükləyə bilər. Nəticədə mövcud geosiyasi konyukturanın tələb etdiyi vahid Suriya dövləti prinsipi təhlükə ilə üzləşər.

Bütün bunlar onu göstərir ki, Suriyada və İraqda PKK-nın bitirilməsi üçün ciddi zəmin yaranıb, Türkiyə də bu fürsəti dəyərləndirmək əzmindədir.

Heydər Oğuz,
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru