Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər - İNCƏLƏMƏ...
Tarix: 19-05-2022, 08:53 | Çap et
Rusiyanın Ukraynadakı hərbi təcavüzünü heç bir faktor tormozlaya bilmir. Üç aya yaxındır ki, davam edən müharibədə Qərbdən Kiyevə siyasi və hərbi dəstəyə, eləcə də maliyyə yardımı ayrılmasına, Rusiyaya isə ağır sanksiyalar tətbiq edilməsinə baxmayaraq, yenə də “Z” ordusunu geri oturdacaq əsaslı dönüş baş vermir. Hərgah Rusiyanın 28 mindən çox canlı itkisi var, xeyli hərbi texnikası vurulub, sanksiyalar ölkə iqtisadiyyatını silkələyib, di gəl yenə də siyasi-hərbi rəhbərlik “dur” əmri vermir. Müharibənin elə bir mərhələsidir ki, burada hansı tərəf dayansa, məğlubiyyəti etiraf etmiş olacaq. dia-az.life-ın məlumatına görə, “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, ona görə də İstanbul razılaşmasından sonra nə Kiyevlə Moskva arasında danışıqlar aparılır, nə Zelenski özü dialoqda maraqlı görünür, nə də savaş səngiyir. Bəli, deyilə bilər ki, Ukrayna ordusu Xarkovu rus hərbçilərindən təmizlədi, döyüşlər cənub və şərq istiqamətlərində gedir, lakin bu ərazilərdə də Xerson və Mariupol kimi şəhərlərə nəzarət əldən çıxıb. Ukrayna ordusu isə Konqresin təsdiqlədiyi 40 milyardlıq yardım paketini, ağır və hücum silahlarını gözləyir ki, əks-hücum əməliyyatlarına başlaya bilsin.
Yəni Rusiya Ukraynanın şərqini işğal etsə belə, bu bölgədə möhkəmlənməsi çətin olacaq. Putin müharibəyə son qoymaq istəsə də, ABŞ-NATO istəməyəcək. Nəticədə böhranın ömrü uzanacaq. Ukrayna rəsmiləri də qeyd edirlər ki, həlledici döyüşlər avqustun sonuna təsadüf edəcək, ilin axırında isə müharibə tamamilə yekunlaşacaq. Böyük Britaniyanın baş naziri Boris Conson isə 2023-cü ilin sonunadək müharibənin davam edəcəyini istisna etməmişdi. Hazırda rus ordusu Odessa, Sumı və digər istiqamətləri də raket atəşinə tutur. Bir nüansı da qeyd etmək lazımdır ki, rusların əsas gücü raket zərbələri endirməkdədir. Ukrayna ordusu isə gözləmə mövqeyində və hücumları dəf etməkdədir, hücum əməliyyatları hələ ki aparmır.
Bu arada, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Mariupolun “Azovstal” zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı son 24 saat ərzində təslim olub. Onun sözlərinə görə, Mariupolda “Azov” millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib. Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar “DXR”in Novoazovsk xəstəxanasına göndərilib.
Beləliklə, kollektiv Qərbin Ukraynaya siyasi, hərbi, maddi dəstəyi, paraleldə Rusiyaya ağır sanksiyaları müharibənin taleyini, ümumi gedişatını ciddi dəyişmir. Rusiya hücumdadır, Ukrayna müdafiə olunur. Bu vəziyyət hara qədər davam edəcək? Müharibə nə vaxta kimi davam edəcək? Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilərmi? Qərbdən gələcək yeni yardımlar əhəmiyyətli dönüşə gətirib çıxara bilərmi?
Üstəlik, burada rus və Qərb silahlarının prestij baxımdan mübarizəsi gedir. Uduzan tərəfin texnikası dünya silah ticarətində dəyərini itirəcək. Həmçinin psixoloji və strateji savaşın şahidiyik. Nə ABŞ-Britaniya, nə Rusiya geri çəkilir. Və bu kor dalanda geriyə addım atan tərəf məğlub sayılacaq, uğurla çıxan dünya siyasətində ikiqat hegemon görünəcək. Bu proksi müharibədən kim üstün çıxacaq?
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası, bütün Avropada yeni geosiyasi situasiya yaradıb: “Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq. Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron ”Putinin sifətini qorumağın" vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini savaş səbəbi sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir. Mümkündür ki, hər şey plan üzrə gedir. Amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil".
Ekspert Ramiyə Məmmədova Ukraynanın qələbə şansının anti-Rusiya koalisiyasından asılı olduğunu düşünür. Onun fikrincə, bu mübarizədə kollektiv Qərb riyakarlıq etməsə, sona qədər dəstəyini davam etdirsə, gec-tez nəticə əldə olunması mümkündür. Təhlilçinin sözlərinə görə, Britaniyanın bu məsələdə rolu çox vacibdir və oradan rus ordusu zəfərlə ayrılarsa, dünya kollektiv Qərbin üzünə tüpürəcək, xalqlar içində inamını itirmiş olacaq: “Sizcə, ABŞ və NATO buna imkan verərmi? Rusun əngini dağıtmadan əl çəkməyəcəklər, müharibəi uzadacaqlar. Hədəf Ukraynada atəşkəs deyil, rusu təngə gətirmək, yormaq və peşman etməkdir. Buna nail olmaq üçün Qərb imkanlarını səfərbər edəcək. Əgər Donbas Rusiyaya birləşsə, Putinin təkbaşına dünya ilə mübarizədən qələbəsi sayılacaq. Ona görə Qərb buna imkan verməyəcək, çünki özünün dəfni, Rusiyanın Avrasiya və bütövlükdə dünyada yüksəlişi sayılacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|