Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                 

“İşğal altındakı Krımın qaytarılması üçün dəqiq bir proqram yoxdur” - Aleksandr Kovalenko
Tarix: 23-08-2021, 10:57 | Çap et
 “İşğal altındakı Krımın qaytarılması üçün dəqiq bir proqram yoxdur”
Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko AYNA-ya müsahibəsində ölkəsində yaşanan gərginlik, Krım məsələsi və digər məqamlara toxunub. Beləliklə:

- Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edir. 1991-ci ildə gələcəyə dair gözləntilərin nə olduğunu xatırlayırsınızmı?

- Müasir Ukrayna müstəqillik əldə edəndə mənim cəmi 10 yaşım var idi. O zaman bunun yaxşı və ya pis olduğunu və prosesin nə qədər əhəmiyyətli olduğunu tam anlamırdım, amma başqalarının, böyüklərin reaksiyasını görürdüm. İnsanlar ya sevinirdilər, ya da çaşqınlıq içərisində idilər. Bəziləri gələcəyə inam və ümidlə baxarkən, bəziləri qarışıq vəziyyətdə idi, indi SSRİ olmadan necə yaşayacaqlarını tam anlamırdılar. SSRİ-nin dağılmasından peşman olanların sayının çox az olduğu aydın idi.

- Ən böyük səhvlərdən birinin Ukraynanın nüvə dövləti statusundan imtina etməsi olması fikri ilə razısınızmı?

- Bu, xüsusən Rusiyanın Ukrayna ərazilərini işğal etməsi fonunda müzakirə üçün ən aktual məsələdir. Cavab: həm bəli, həm də xeyr. Fakt budur ki, nüvə silahının saxlanılması çox yüksək bir iqtisadi potensiala malik olan ölkələr və ya Şimali Koreya və Rusiya kimi belə iqtisadiyyata malik olmayan, lakin əhalinin ehtiyaclarını nəzərə almayaraq, belə bir arsenal saxlamağa hazır olan ölkələr üçün də çox bahalı bir zövqdür. Buna görə də nüvə silahından imtina ilk növbədə iqtisadi rasionallıqdan irəli gəlirdi.

Digər tərəfdən, hesab edirəm ki, Ukrayna bu imtina üçün çox az beynəlxalq zəmanət aldı. Və bu zəmanətlər maksimuma çatdırıla bilməsə belə, imtinanın özü çox sürətli oldu. Belə bir addım atmadan əvvəl Ukrayna silahlı qüvvələrə nüvə silahı potensialını kompensasiya edə biləcək raket silahları verən bir çox layihəni tamamlamalı idi. Məsələn, gəmi əleyhinə raket sistemlərinin, habelə əməliyyat-taktiki raket sistemlərinin inkişafını başa çatdırmaq.

Təəssüf ki, ölkə rəhbərliyi nəinki raket qalxanını inkişaf etdirməyə başlamışdı, üstəlik, ölkənin keçmiş liderlərinin fikrincə, təhlükəsizliyimizi təmin edən Rusiya və Qərblə "dostluğa" əsaslanaraq, bu layihələri uzun illər unutmuşdular. Təəssüf ki, yalnız ölkəmizə qarşı başlayan müharibə bu layihələri reallaşdırdı və Ukrayna Silahlı Qüvvələri artıq ilk ən yeni gəmi əleyhinə raket sistemləri olan "Neptun"u alır və OTRK "Qrom-2" də sınaq mərhələsindədir. Ancaq yenə də çox vaxt boşa getdi.

- Ukrayna prezidentlərindən hansının yaxın tarixində ən parlaq iz buraxdığı, hansının dövlətə ən çox xidməti olduğu düşüncəsindəsiniz?

- Sual olduqca çətindir, çünki ölkə rəhbərlərinin hər birinin vəzifə müddətində birmənalı və əhəmiyyətli addımlara məcbur edən vəziyyətlər yaranıb. Bu, müstəqilliyin ilk illərinə düşən Ukraynanın ilk Prezidenti Leonid Kravçuka, Qərblə sürətli bir yaxınlaşmanın ifadə edildiyi və ölkənin Avropaya inteqrasiya perspektivinin daha aydın göründüyü Viktor Yuşşenkoya da aiddir. Ancaq eyni dərəcədə çətin bir yükü, işğalçı Rusiya ordusunun hücumu altında, hətta sabaha inam olmayanda belə, ölkənin Prezidenti olan Pyotr Poroşenko götürdü. Əslində Poroşenko 2014-cü ildə qeyri-müəyyənliyə addım atdı. Və bu qeyri-müəyyənlikdə o, ölkəni nəinki xilas edə bildi, həm də iqtisadi, siyasi, sosial, mədəni uçuruma sürüşməsinə imkan vermədi.

- Hazırkı dövlət başçısı Vladimir Zelenskinin fəaliyyətini necə qiymətləndirirsiniz, onun Krımın və Donbassın qaytarılması üçün aydın proqramı varmı?

- Əminəm ki, işğal olunmuş Krımın, eləcə də Luqansk və Donetsk vilayətlərinin işğal olunmuş hissələrinin qaytarılması ilə bağlı dəqiq bir proqram yoxdur. Bu vəziyyət istər Rusiyanın özündə, istərsə də işğal etdiyi ərazilərdə həm xarici, həm də daxili vəziyyətin sürətlə dəyişməsindən qaynaqlanır. Məsələn, 2014-2015-ci illərdə Donbassın işğal olunmuş hissəsini azad etmək üçün hərbi plan uyğun idisə, indi taktika daha balanslı və rasional yanaşma tələb edir. Krım məsələsi, prinsipcə, işğaldan azad edilmə yolunda gücüdən istifadə etməyi istisna edir. Buna görə də, vəziyyətin müntəzəm olaraq tənzimləməyə, ən azından desək, konsepsiyanı bu şəkildə tamamilə yenidən düzəltməyə məcbur etməsi səbəbindən, aydın bir proqram haqqında danışmağa ehtiyac yoxdur.

- Növbəti 30 ildən sonra Ukraynanı necə görürsünüz?

- Ukraynanı vahid, ilk növbədə ayrılmaz sərhədlərində və firavan bir Avropa ölkəsi olaraq görürəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru