“Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                 

ABŞ “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır - TƏHLİL
Tarix: 21-08-2021, 08:41 | Çap et
ABŞ   “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır
İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə Hafta.az üçün bu dəfəki söhbətimizdə son günlər Əfqanıstanda baş verən proseslər, “Taliban”ın gözlənilmədən hakimiyyətə qayıda bilməsinin səbəbləri, ABŞ-ın bu hərəkatla bağlı gizli planları, Çin və Rusiyanın “Taliban”la hansı məqsədlərlə əməkdaşlıq etməsi, bütün bunların regiondakı qlobal layihələrə mümkün təsiri və s. barədə danışdıq.

-Teymur bəy, Əfqanıstanda nə baş verir? Necə oldu ki, 300 minlik hökumət ordusu cəmi 9 gün ərzində vur-tut 70 minlik Taliban qarşısında çökdü?

-Əfqanıstan uğrunda 100 ildən çox öncə Çar Rusiyasi və İngiltərə, yəni Böyük Britaniya Krallığı müharibə aparıb. Sonda İngiltərə qalıb gəlib. Amma əvəzində Britaniya Çar Rusiyanın istəyini qəbul edib. Çar Rusiyasının ingilislərdən istəyi bu olub ki, Mərkəzi Asiyaya daxil olmayın, oradakı siyasi proseslərə qarışmayın. Çunki Əfqanıstan strateji məkanda yerləşir. Çar Rusiyasi həm də İngiltərə bu ölkə vasitəsilə İranı, Hindistanı, Çini mühasirəyə almağa çalışırdılar. Digər tərəfdən, Əfqaniıstan Orta Asiyaya çixiş qapısıdır. 100 il sonra Sovetlər Əfqanistana daxil oldu. Daxil olmasının əsas səbəbi yenə strateji cəhətdən önəmli olan yollara nəzarət etmək idi. O zaman ABŞ-ın da bu ölkəyə daxil olmaq planları var idi. İçəridə kifayət qədər işlər də görmüşdu. Ancaq oraya Sovetlər girdi və sonda ABŞ-n qurduğu tələyə düşərək məğlub oldu. Sonra, yəni 2001-ci ildə ABŞ Britaniya ilə birlikdə Əfqanıstana soxuldu. Və yenə eyni strateji məqsədlə. Onların planı Əfqanıstandan istifadə edərək Çin, Rusiya Orta Asiya, İran və Hindistana nəzarəti əldə etmək idi.

ABŞ və koalisiya 20 ildə yüz milyardlarla pullar xərclədi, amma nəticədə Əfqanıstanda onların istəyinə uyğun normal dövlət qurulmadı. Amerika ekspertləri özləri deyirdi ki, Əfqanıstan ordusu taliblər qarşısında 6 ay dözə bilər. Ancaq heç bir ay da dözə bilmədi və nəticə olaraq “Taliban” Kabili yenidən aldı. Baydenin dediyi kimi, əfqan xalqı öz dövlətini qoruya bilmədi. Bunun əsas səbəblərindən biri bu oldu ki, Əfqanıstan ordusunda ruh düşkünlüyü yaşandı. İkincisi, başıpozuqluq və ordu rəhbərliyində insanların bacarıqsizliğı səbəblərdən biri oldu. Ən önəmlisi, prezident Əşrəf Qəni pərdə arxasında İran, Rusiya və Çinlə birgə ABŞ-a qarşı oyunlar oynadı. Rusiya və İranın “Əfqanıstan müstəqil olsun, ABŞ çıxsın buradan” vədləri Qənini tələyə saldı və nəticədə Əfqanıstan qaranlıq günlərindən çıxa bilmədi. Ölkədə uzaqdan görünən işıq da söndü. ABŞ öz dövlət maraqları üçün bir zamanlar özünün yaradıb dəstək verdiyi “Taliban”la Əfqanıstan hökümətini baş-başa qoydu. Onu da deyim ki, əslində “Taliban”ı İngiltərənin maliyyə dəstəyi ilə Pakistan kəşfiyyatı yaradib...

-Sizcə, 2001-ci ilin müəmmalı 11 sentyabr terror olaylarından sonra Əfqanıstana “beynəlxalq terrorçuluğa qarşı mübarizə”, “Ben Ladenə ölüm, “demokratiya”, azadlıq” və s. hay-küyü işə soxulan və BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətini devirən işğalçı ABŞ 20 il ərzində bilərəkdən ölkədəki vəziyyəti bu həddə gətirib çıxardı, yoxsa hər şey kortəbii proseslərin nəticəsi oldu?

-Öncə onu deyim ki, Əfqanıstanda demokratiya qurmaq utopiyadir. Əfqanıstanda demokratiya hec vaxt olmayacaq. Olması üçün işıq ucu da yoxdur. Bunun əsas səbəbi odur ki, Əfqanıstanda heç vaxt millətləşmə, dövlətləşmə prosesi getməyib. İkincisi, Əfqanıstan İslam ölkəsidir. Və əslində Qərb dunyası müsəlman ölkələrində əsl demokratiya olmasını da istəmir. ABŞ Əfqanıstanda ilk illərdə dövlət qurmaq istəyirdi. Ancaq sonrakı proseslər onu göstərdi ki, əfqan xalqı bunu istəmir. Və bunun da öz səbəbləri var. Ona görə ABŞ Əfqanıstanda dövlət, vətəndaş cəmiyyəti işlərinə pul verdi, ancaq nəticəsiz olacağını özü yaxşı bilirdi və elə də oldu. Əfqanıstan həm də ona görə Qərbmeyilli dövlət bilmədi ki, buna qarşı olanlar ölkədə yaxşı işlədilər. İran, Rusiya və Çin Hindistana, ABŞ-a qarşı muvaqimət göstərdilər. Adlarını çəkdiyim ölkələr hazirda “Taliban”la pərdəarxası oyunlar oynayırlar. Ancaq Ağ Ev də Əfqanıstandan çəkilməsi ilə gizli məqsədlər güdür:

1. “Taliban”ı tələyə salıb birdəfəlik məhv etmək;

2. “Taliban”dan Orta Asiyada öz dövlət maraqları üçün istifadə etmək;

3. “Taliban”ı bəhanə edərək Rusiya, Çin və İrandan öz istədiklərini almaq;

4. Pakistan-Çin-Rusiya üçbucağını Əfqanıstanda tələyə salmaq.

-BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban”ın quracağı hökuməti aparıcı dünya dövlətləri necə, hansı əsaslarla tanıyacaq?

-Əvvəala, onu deyim ki, Rusiyanın “Taliban”ı terror təşkilatı kimi tanımasına səbəb bu hərəkatın 1990-cı illərdə hakimiyyətdə olarkən Çeçenistanı müstəqil dövlət kimi tanıması olub. “Taliban” hətta çeçenlərə 4 milyon dollara yaxın yardım etmişdı. İndi isə siyasi proseslər dəyişib. Rusiya hələki bir zamanlar ona qarşı vuruşan “Taliban”la birlikdə ABŞ-a qarşı hərəkət etməyə çalışır. Qaldi “dunya dövlətləri Talibani taniyacaqmı” məsələsinə, Almaniya, Fransa, Türkiyə, hətta ABŞ “Taliban”la masaya oturmaga hələki razılıq veriblər. Çünki indilik başqa çarə qalmayıb. Gələcəkdə “Taliban”ın beynəlxaq arenada daha geniş miqyasda tanınması isə onun quracağı hökumətin gerçək daxili və xarici siyasətində asılıdır...

-“Taliban” rəhbərliyi bəzi vədlər verir. Onlara inanmaq olarmı?

-“Taliban” hələki bundan öncə hakimiyyətdə olduğu dövrdə etdiyi səhvləri etmir. Praqmatik, səbirli, təmkinli gedişlər etməyə çalışır. “Taliban” ona qarşı vuruşanların əfv olunduğunu bildirib. Qadınların huquqlarını tanıyacağını bəyan edib. Mətbuat azadlığının ola biləcəyini bildirib. Ancaq hesab edirəm ki, hələ “Taliban”a tam inanmaq olmaz...

-Əfqanıstandakı proseslər region üçün nələr vəd edir? Məsələn, həmin ölkə ərazisindən keçən və Azərbaycanın, o cümlədən açılması planlaşdırılan Zəngəzur dəhlizinin də daxil olacağı Çin və Britaniyanın da arxasında durduğu “Bir kəmər – bir yol” layihəsi haqda nə demək olar?

-“Bir kəmər- bir yol” layihəsi Çinin projesidir. ABŞ da bu projeni istəmir, ona qarşı gəlir. Burada iddialar var və Amerika sözügedən layihəyə qarşı “Taliban”dan istifadə etmək istəyir. Ancaq Çin uzaqgörənlik edib “Taliban”la danişıqlar aparıb və razılığa gəlib. Əsas razılıq da ondan ibarətdir ki, “Taliban” uyğur türklərinə dəstək verməyi dayandıracaq. Əvəzində Çin Əfqanıstana yardım etməyə davam edəcək və ölkənin inkişafı üçün sərmayələr yatıracaq. Onu da demək lazımdır ki, Çinin “Taliban”ın özəyini təşkil etmiş hərəkatlarla əməkdaşlığı Sovetlər Əfqanıstana daxil olandan başlayıb. Ona görə də hazırda Kabildə Rusiya və Pakistanın səfirlikləri ilə birlikdə Çinin səfirliyi də fəalliyyət göstərir və “Taliban” tərəfindən qorunur...

Zəngəzur dəhlizinin açılmasına gəldikdə, bunu Çin də öz maraqları, yəni “Bir kəmər- bir yol” layihəsinin rahat həyata keçməsi üçün istəyir. Ancaq Zəngəzur dəhlizinin açılması Çindən yox, Rusiyadan asılıdır. O da var ki, son onilliklərin beynəlxalq siyasəti gözlənilməzliklərlə doludur. Yəni hər an hər şey dəyişə bilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru