Co Baydenin Əfqanıstan planı: - “Talibanla” zəhmət çəkib “özləri savaşsınlar”
Tarix: 11-08-2021, 13:00 | Çap et
“ABŞ son 20 il ərzində Əfqanıstanı “Taliban”dan xilas etmək üçün 1 trilyon dollardan çox vəsait xərcləyıb. 300 mindən artıq əfqan hərbçisinə təlim keçib və müasir avadanlıqlarla təchiz edib”. Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Əfqanıstandan çəkilmək qərarını şərh edərkən belə deyib. Onun sözlərinə görə, Əfqanıstandakı ordusu “müstəqil şəkildə” öz ölkələrinin təhlükəsizlikləri uğrunda döyüşmək əzmindədir və onun həm hərbi texniki bazası, həm döyüş əzmi, həm də say üstünlüyü buna imkan verir. “Onlar döyüşmək istəyirlər. Say etibarilə də taliblərdən üstündürlər", - deyən Bayden əlavə edib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarından qətiyyən peşman deyil. "Birləşmiş Ştatlar öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini, əfqan ordusuna havadan birbaşa dəstək verəcəyini vurğulayır", – deyə Bayden əlavə edib.
Amerika administrasiyasının rəhbəri həmçinin bildirib ki, Vaşinqton bundan sonra da Əfqanıstan qüvvələrinə maliyyə dəstəyi, bütün zəruri avadanlıq və ərzaq məhsulları verəcək. Başqa sözlə, “ölmək sizdən, silah bizdən”. Əfqanıstandan gələn xəbərlər isə Co Baydenin əfqan ordusunun döyüş ruhuna “hədsiz güvən”inin əsaslı olmadığını göstərir. Məlumata görə, son 2 ay ərzində “Taliban” qüvvələri 200-dən çox rayon, 7 vilayət mərkəzini ələ keçirib. Üstəlik, əksər hücumlarda heç müqavimətlə də üzləşməyiblər. Yerli hökumət qüvvələri ya bütün silahlarını hərbi hissələrdə qoyub qaçıb, ya da danışıqlar apararaq öz postlarını könüllü şəkildə “Taliban”a veriblər. Dolayısıyla, Baydenin haqqında öyünə-öyünə danışdığı ən müasir silahlar da “Taliban”ın əlinə keçib. Müşahidəçilərin fikrincə, bu günə qədər baş verənlər filmin hələ “jurnal” hissəsidir, Əfqanıstanın tamamilə “talibanlaşması” isə gələn aydan sonra vüsət alacaq. Çünki ABŞ-la əldə olunan razılaşmaya əsasən, sentyabr ayına qədər “Taliban” vilayət mərkəzlərinə və böyük şəhərlərə hücum etməyəcəkdi. Buna baxmayaraq, indiyədək o, indiyədək 7 vilayəti ələ keçirib və bununla da ABŞ-la imzaladığı sazişə sadiq qalmadığını ortaya qoyub.
Zənnimizcə, “Taliban”ın bu “sədaqətsizliyi” də təsadüfi deyil və onun siyasi-fəlsəfi idealogiyasından irəli gəlir. Sirr deyil ki, “Taliban” radikal islamçı görüşə sahibdir. Quranın bir çox ayələrində və peyğəmbərin hədislərində isə kafirlərlə hər hansı razılaşmaya gedilməməsi, taktiki məqsədlərlə bu cür anlaşmalar imzalansa belə, ona itaət edilməsi xoş görülmür. Məsələn, Bəqərə surəsinin 120-ci ayəsində deyilir: “Yəhudilər və xristianlar, onların millətinə (dininə) tabe olmayana qədər səndən razı qalmayacaqlar. (Ey elçim!) Onlara de: "Allahın doğru yolu onun özünə itaətdir!" Sənə gələn bu qədər elmlərdən (Quran) sonra, onların arzu və istəklərinə tabe olsan, Allah yanında nə bir dostun, nə də köməkçin mövcud olacaq”. “Taliban”ın razılaşmalara əməl etməməsi və ələ keçirdiyi ərazilərdəki müasir silahları mənimsəməsi Pentaqonu əks tədbirlər almaq məcburiyyətində qoyur. “Amerikanın səsi” radiosunun təhlükəsizlik məsələləri üzrə müxbiri Ceff Seldinin Twitter paylaşımına görə, ABŞ rəsmiləri onunla söhbətlərində Pentaqonun Əfqanıstanda “Taliban”a qarşı əməliyyat keçirmək üçün hərbi təyyarələrini bölgəyə göndərdiyini bildiriblər. “ABŞ rəsmiləri Talibana zərbə endirmək və Əfqanıstan təhlükəsizlik qüvvələrini gücləndirmək üçün AC130 və F18 təyyarələrinı, MQ9 Reaper dronlarını və B52 bombardmançılarını bölgəyə göndərdiklərini qəbul ediblər. Avia-zərbələrin böyük hissəsini AC-130 və MQ-9 təyyarələri həyata keçirir”, - Twitter paylaşımında bildirilir. Qeyd edək ki, ABŞ-ın “AC-130 Gunship” təyyarələri “C-130 Hercules” nəqliyyat təyyarəsinin isti qarşıdurma bölgələrindəki xüsusi təyinatlılara yaxın hava dəstəyi vermək üçün dəyişdirilmiş versiyasıdır. Standart “C-130 Hercules” nəqliyyat təyyarəsindən daha çox mühərrik gücünə, qalxma sürətinə və uçuş məsafəsinə malikdir. Aşağı uçuşlarda çox uğurlu, yaşayış və kənd yerlərində hədəfləri dəqiq təyin etmə və vurma kimi yüksək qabiliyyətə malik hücum təyyarəsidir. Dəqiqədə 610 metrə qalxan təyyarə istənilən pistdə istifadə oluna bilər. Təyyarə hər biri 4910 at gücünə malik 4 Allison T56-A15 turboprop mühərriki ilə təchiz olunub, xilasetmə işlərində də istifadəyə yararlıdır. “MQ-9 Reaper”-lər isə 1.5 ton ballistik raket daşıma özəlliklərinə malik ən güclü silahlı dronlardan sayılır. ABŞ-ın istehsal etdiyi ilk dron aparatı olan bu hərbi texnika indiyədək Əfqanıstan döyüşlərində dəfələrlə sınaqdan çıxarılıb. Baydenin son açıqlamasından belə anlaşılır ki, ABŞ Əfqanıstanda “Taliban”a qarşı mübarizədə yerli qüvvələrdən istifadə edəcək və onlara hava dəstəyi verməklə işini tamamlayacaq. Zənnimizcə, bu strategiya Əfqanıstanı müxtəlif regionlara parçalamağa qədər vara bilər. Anlaşılan budur ki, ABŞ baxımından regionçuluq və məzhəbçi yanaşmalarla daxilən parçalanmış vəziyyətə düşən Əfqanıstanın hər hansı hissəsini “Taliban”ın əlindən qoparmaq da artıq faydalı görünür. Son zamanlar özbək marşal Rəşid Dostumun keçmiş “Şimal alyansı”nı bərpa etmək çalışmalarına başlaması da yeni strategiyanın təzahürlərindən biri ola bilər. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|