Türkiyəyə qarşı yeni taktika: Ekoloji terror PKK-nın öz başının məhsulu deyil - GƏLİŞMƏ
Tarix: 10-08-2021, 10:47 | Çap et
Türkiyənin Qara dəniz və Egey dənizi sahillərindəki populyar turizm zonasında iyulun 28-dən başlayan meşə yanğınları davam edir. Rəsmi məlumata görə, 32 əyalətdə başlayan 125 yanğının demək olar ki, bir çoxu söndürülüb və ya nəzarət altına alınıb. Qarşıdakı günlərdə qalan yanğın ocaqlarının da nəzarət altına alınacağı, söndürüləcəyi bildirilir. Yanğınlar artıq on nəfərə qədər insanın həyatına son qoyub, saysız canlı tələfatına, onlarla binanın məhvinə səbəb olub. Bodrum və Antalyadan turistlər evakuasiya edilib.
Türkiyənin hakimiyyət orqanları meşə yanğınlarının sabotaj və terror versiyaları üzərində dayanır. Müxalifət isə bu ehtimalları əsassız sayır və fəlakətin əsas səbəbini hökumətin səriştəsizliyində görür.
Yanğınları PKK-ya bağlı olan sosial media hesablarında yanğınları “Alovun övladları təşəbbüsü”nün ("Ateşin Çocukları İnisiyatifi") törətdiyi bildirilib. Türkiyə mediası “Alovun övladları” terror qruplaşmasının meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyünü yazır. Terror quplaşmasının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.
"Türk rejimi başqa bir dil anlamadığına görə, onları yanğınla diz çökdürməyin zamanı gəlib", - terror qruplaşması sosial media hesabında yazıb.
Yeri gəlmişkən, dəhşətli yanğınların söndürülməsində ən çox Azərbaycan yanğınsöndürənləri köməklik göstəriblər və bu, davam etməkdədir. Qardaş Türkiyəyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müxtəlif tip yanğınsöndürmə texnikası, yüzlərlə canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Türkiyəyə yardım əlini Ukrayna və Rusiya da uzadıb. Lakin Avropa ölkələrindən Türkiyəyə yardım ya olmadı, olan cuzi yardım isə gecikdi.
Türkiyədəki meşə yanğınlarını, bunun arxasında PKK-nın dayanmasını, Türkiyənin terrorçulara qarşı siyasətində hansı dəyişiklik edəcəyi ilə bağlı AYNA-nın suallarını politoloq İlyas Hüseynov cavablandırıb.
Analitik deyib ki, müasir beynəlxalq münasibətlərdə daha çox hidromüharibələrin, ekoloji terrorların sayının artacağı barədə ekspertlər müxtəlif proqnozlar verirdilər: “Hazırda biz həmin dövrü yaşayırıq. Türkiyə ərazisində baş verən yanğın hadisələrinin qəsdlə törədilməsi, bunun terror olduğu tutarlı faktlarla sübut olunur. Bu yanğınlarda PKK-nın birbaşa iştirakı aydındır. Təşkilatın qolu olan “Alovun övladları” terror qruplaşmasının bəyanatları da bunu deməyə əsas verir. Görünür, PKK terror qruplaşması indi də bu yolla Türkiyəyə ziyan vurmaq xəttini seçiblər. Təbii ki, türkiyə iqtisadiyyatı meşə yanğınlarından çox əziyyət çəkəcək. Yanğının fəsadlarının bərpası, infrastrukturun yenidən qurulması külli miqdarda dövlət vəsaiti tələb edir. Digər tərəfdən, meşə fondunun bərpası üçün uzun illət tələb olunur”.
“Məsələ burasındadır ki, PKK-nın başbilənləri Türkiyə coğrafiyası, meşələri ilə bağlı böyük tədqiqat aparıblar. Zərərin miqdarını hesablayıblar. Bu, bir gündə verilmiş qərar deyil. Eyni zamanda, terrorçuları dəstəkləyən qüvvələr ekoloji terror ideyasını irəli sürüblər. Yəni ki, ekoloji terror törətmək PKK üçün xarakterik deyil. Onlar adətən dövlət strukturlarının yerləşdiyi binalarda, hüquq-mühafizə orqanlarının binalarında, əhalinin sıx olduğu yerlərdə partlayışlar törədirdilər. Ekoloji terror onların başının məhsulu deyil”, - Hüseynov əlavə edib.
Ekspert qeyd edib ki, Türkiyə dövləti qısa zaman ərzində yanğınları söndürməyi bacaracaq: “Bundan sonra təbii ki, baş verən hadisə ilə bağlı tədbirlər görüləcək. Artıq istintaq başladılıb, proses gedir. Yəqin ki, genişmiqyaslı istintaq aparılacaq və bu terrorda əli olan şəxslərin hamısı məsuliyyətə cəlb ediləcəklər. Bundan sonra belə terror hadisələrinin yaşanmaması üçün Türkiyə dövləti ayıq-sayıqlıq tədbirlərini daha da artıracaq. Çünki ekoloji terror hər il baş verə bilər. Presedent yaranmaması üçün addımlar atılacaq”.
“PKK ilə, ümumiyyətlə terrorla Türkiyə dövləti hər zaman mübarizə aparıb. Terrorçulara qarşı bundan sonra da amansız mübarizə davam edəcək. Türkiyə dövləti terrorçulara hər zaman yerini göstərir, bundan sonra da göstərəcək. Bəzi iddialar var ki, terrorçulara qarşı mübarizə daha amansız olacaq. Bundan əvvəl də mübarizə qəti şəkildə aparılıb və davam edəcək”, - politoloq vurğulayıb.
Meşə yanğınlarının söndürülməsində Türkiyədə dəstək məsələsinə gəldikdə isə analitik qeyd edib ki, Azərbaycan qardaş ölkənin yanında oldu, hər cür dəstək göstərdi və göstərməkdə də davam edir: “Belə də olmalıdır. Bu, bizim dostluğumuzun, qardaşlığımızın ruhundan xəbər verir. Digər dövlətlərin yardım əlini uzadıb-uzatmamasına gəldikdə isə onu demək lazımdır ki, dünyada türkiyənin güclənməsinə qısqanc yanaşan, bunu həzm edə bilməyən qüvvələr, dövlətlər var. Onların yardım etməməsi, əksinə, Türkiyədə baş verən faciələrə sevinməsinə təəccüblənməməliyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|