Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

“Rusiya ilə İsrail Suriyada döyüşə hazırlaşır” – İsrail nəşrindən şok iddia
Tarix: 7-08-2021, 09:06 | Çap et
“Rusiya ilə İsrail Suriyada döyüşə hazırlaşır”
Suriyadakı Rusiya qoşunları ilə İsrail ordusu arasında tezliklə toqquşmalar baş verə bilər.

Ovqat.com xəbər verir ki, məlumatı İsrailin "NZİV" nəşri yayıb.

Məlumata görə, İsrail hərbçiləri də bunu istisna etmir, Suriya ərazisində Rusiya ilə hərbi toqquşmaların baş verə bilməsini “real ehtimal” olaraq dəyərləndirirlər. Nəşrin iddia edir ki, Rusiya hərbi mənbələrinin bu yaxınlarda verdiyi bəyanatlar da Moskvanın Suriyadakı "Hizbullah" və İranın hədəflərinə qarşı İsrail avia zərvələrinə yanaşmasını dəyişdirə biləcəyinə dair spekulyasiyalara yol açır. İsrail ilə Rusiya arasındakı vəziyyətin dostanə olsa da, kövrək və mürəkkəb xarakter daşıdığını xatırladan nəşr yazır:

“İyulun 19-da İsrail Suriyadakı "Hizbullah"a və İrana bağlı obyektlərə hücum etməyə başlayıb. Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması Mərkəzinin sədr müavini kontr-admiral Vadim Kulit bildirib ki, Rusiya raketdən müdafiə sistemləri Hələb şəhəri yaxınlığında yerləşən obyektlərı hədəfə alan 8 İsrail raketindən 7-ni vurub. Kulitin sözlərinə görə, bir neçə gün sonra İsrail Xüms yaxınlığındaki Suriya hədəflərinə daha dörd raket atıb və onların da hamısı zərərsizləşdirilib. İsrailin yüksək rütbəli hərbçiləri rus zabitinin fikirlərini şərh etməyib, lakin Suriya saytlarında və sosial şəbəkələrdə bu məlumatların geniş yayılması narahatlıq yaradır”.

Nəşr iddia edir ki, bir çox israilli müşahidəçilər rus kontr-admiralının iddialarına şübhə ilə yanaşır və məlumatın səhihliyinə inanmırlar. Londonda yerləşən ərəb xəbər saytı “Şərqül-Əsvat” isə bəyan edib ki, adı çəkilməyən bir rusiyalı məmur ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Moskva Vaşinqtona İsrailin Suriyadakı fəallığının artmasından narazı olduğunu bildirib.

“Lakin İsrailin Suriyadakı hərbi əməliyyatlarından, eləcə də Rusiyanın İsrail raketlərinə qarşı mübarizədə möhtəşəm uğur əldə edilməsindən ABŞ-ın narahat olduğuna dair heç bir əlamət yoxdur. Halbuki, bu məlumatların hər hansı biri vəziyyəti tamamilə dəyişə bilər və ikisi də doğrudursa, Amerika Birləşmiş Ştatlarının və İsrailin bu vəziyyətlə barışacağına inanmaq çətindir. Amma əgər iddialar şişirdilibsə, onda Rusiyanın bu cür bəyanatlarının məqsədi nədir?”, - deyə sual verən nəşr xatırladıb ki, Vadim Kulit məlumatları mötəbər mənbə kimi səsləndirib və açıqlamasına görə heç bir töhmət də almayıb: “Rusiya liderləri Kulitin bəyanatını nə açıq şəkildə təkzib, nə də təsdiq etdilər, bu da iddiaların strateji məqsədlər üçün verildiyi ideyasını gücləndirir”.

Nəşrin fikrincə, Rusiyanın bu cəsarətli addımı həm ABŞ-da, həm də İsraildə hakimiyyət dəyişikliyi ilə əlaqədardır. “Putin, ehtimal ki, İsrailin təcrübəsiz liderlərinin qətiyyətini yoxlamaq istəyir və Baydenin Moskvaya qarşı daha az barışdırıcı yanaşması ilə Suriyada müəyyənləşdirilmiş kövrək balansın öhdəsindən gəlməyə çalışacaq. Bu balans Tramp administrasiyasının 2017-ci ildə Rusiya ilə əldə etdiyi razılaşmaya əsaslanır”, - “NZİV” qeyd edib.

Müəllifin fikrincə, ABŞ-la Rusiya arasında əldə edilmiş bu balans siyasəti İranın dəstəklədiyi "Hizbullah" da daxil olmaqla İsrailə düşmən olan silahlı qüvvələrə Suriyanın cənubunda yeni yaradılmış təhlükəsiz zonada fəaliyyət göstərməyə imkan verir. Bununla yanaşı, əldə edilən atəşkəs razılaşması həm də ABŞ və Rusiyanın İŞİD-lə mübarizədəki səylərini zəiflədir.

Nəşr Rusiya ilə İsrailin Suriya məsələsində qarşı-qarşıya gəlməsinin əsl səbəbinə də aydınlıq gətirib. Məqalədə bildirilir ki, indiyədək İsrail Suriyadakı Bəşər Əsəd və İrana bağlı hədəflərə hücum edərkən Rusiyanın bölgədəki hərbi kontingentini məlumatlandırırdı. Lakin məlumatlandırmadan cəmi bir neçə dəqiqə sonra hücum başlayırdı. Bu da hücum anında İran və Suriya qüvvələri ilə bir yerdə olan rus hərbi mütəxəssislərini də təhlükə altında qoyurdu. Başqa sözlə, İsrail avia hücumlar zamanı rus hərbçilərinin hədəf nöqtəsində olmasını nəzərə almır, onlara məhəl qoymurdu. Üstəlik, İsrail konkret hansı hədəfi vuracağını da tam bəyan etmirdi. Bu da Suriyada İran, Suriya və “Hizbullah”la birgə fəaliyyət göstərən rus hərbçilərinin həyati təhlükəsini artırırdı. Görünür, Rusiya da məhz öz hərbi qulluqçularının təhlükəsizliyi naminə İsraildən gələn aviahücumlara qarşı müdafiə sistemlərini aktivləşdirib.

Belə bir vəziyyətdə, sözsüz ki, İsrailin Rusiyanı hücumlarla bağlı məlumatlandırmasının da mənası qalmır. Nəşrin iddiasına görə, məhz bu səbəbdən Tel-əviv Suriyada Rusiya ilə hərbi-diplomatik əlaqələrini kəsib.

Məqalədə bildirilir ki, İsrailin rus hava hücumundan müdafiə tədbirlərinə laqeyd qalması mümkün deyil və bu, davam edərdə, Tel-əvivin birbaşa rus birliklərini hədəfə alma ehtimalı doğur. Rusiya-İsrail arasındakı insidentin böyüməsi isə ABŞ üçün böyük problem yarada və onun da insidentə müdaxilə etməsini şərtləndirə bilər. Çünki Vaşinqton belə vəziyyətlərdə öz starteji müttəfiqini yalnız qoymur.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru