İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır – Tehran da bunu istisna etmir
Tarix: 4-08-2021, 09:56 | Çap et
Ötən həftə Oman körfəzində bir tanker gəmisinin hücuma məruz qalmasından sonra bəzi Qərb ölkələri və İsrailin İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar hazırladıqları iddia olunur. Dünən eyni su hövzəsində baş verən bir hadisə də bu planın tərkib hissəsi ola bilər. Ovqat.com-un məlumatına görə, dünən yenə Oman körfəzində bir və ya bir neçə tankerin saxlanıldığı iddia olunur. Axşam saatlarında bəzi xəbər agentlikləri tərəindən yayılan bu məlumat az sonra İsrail tərəfindən də təsdiqlənib. İsrail kəşfiyyat orqanlarının bildirdiyinə görə, körfəzdə 4 tanker İran tərəfindən ələ keçirilib. İran isə körfəzdə ən azı 1 tankerin saxlanıldığını bəyan etsə də, bu məsələdə onun barmağının olması iddiasını yaxına buraxmır. SEPAH-a yaxın qaynaqların bildirdiyinə görə, ən azı 1 tanker Birləşmiş Ərəf Əmirliklərinin dəniz sahəsində saxlanılıb və bunun İranla heç bir əlaqəsi yoxdur. Qurum bununla bağlı yaydığı bəyanatda bildirib ki, İranın adının sözügedən hadisədə hallanması düşmənlərinin ona qarşı hazırladıqları təxribat planı ilə əlaqədar ola bilər. Məqsəd, guya İranı beynəlxalq dəniz hüququnu pozan tərəf kimi göstərmək və qəsdən yaradılan saxta təxribat hadisələrinə əsaslanıb ona qarşı təzyiq vasitələrini işə salmaqdır. Bəyanatda həmçinin ABŞ, Böyük Britaniya və İsrail dövlətlərinə müraciətlə “bu əsassız ittihamların davam edəcəyi” təqdirdə, İranın dərhal Hörmüz boğazını bağlamaq imkanlarının olduğu xatırladılır və dolayısıyla özünün strateji neft silahının işə salınacağına eyham vurulur. Qeyd edək ki, Hörmüz boğazı dünyanın dənizlə daşınan neft nəqliyyatının 35%-ə qədərinin keçdiyi su hövzəsidir və boğazın bağlanması Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün neft zəngini ərəb ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazara çıxışını əngələyə və nəticədə “qara qızıl”ın qiymətlərinin 200 dollara qədər qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə dünyada növbəti iqtisadi və enerji böhranına dəvətnamə göndərmək deməkdir. Məlumat üçün bildirək ki, BƏƏ, Qətər, Küveyt, İraq, İran kimi neft zəngini ölkələrinin neft ixracatının tamamı bu boğazdan keçir. Səudiyyə Ərəbistanının isə neft hasilatının, dolayısı ilə həm də ixracatınım 80%-i eyni coğrafiya ilə bağlıdır. Məhz bu keyfiyyəti ilə Hörmüz boğazı dünya neft marşrutunun “şah damarı” sayılır. İranla Qərb ölkələrini enerji və hətta isti müharibənin asatanasına gətirən hadisələr zənciri ötən həftənin sonlarında başlayıb. İsrailli iş adamı Eyal Oferin Böyük Britaniyada yaratdığı “Zodiac” gəmiçilik firmasına məxsus “MV Mercer Street” adlı neft tankeri həmin vaxt silahlı dron hücumuna məruz qalmış və ekipajin 2 üzvü öldürülmüşdü. Onlardan biri İngiltərə, digəri isə Rumıniya vətəndaşı idi. Beləcə, bir hücumla ən azı 3 dövlət terror hücumunun hədəfinə çevrilmişdi. Ardınca İsrail kəşfiyyat orqanları “MV Mercer Street”ə hücumun İran tərəfindən törədildiyini bildirmiş, London da bu fərziyyəni dəstəkləmişdi. İran isə hadisədə heç bir rolunun olmadığını vurğulayır. Bazar ertəsi günü Böyük Britaniyanın Baş naziri Boris Conson tankerə hücumla bağlı açıqlama verərək, İranı günahlandırmış və “bunun nəticələrinə qatlanmasının" lazım olduğunu söyləmişdi. Conson onu da vurğulamışdı ki, bu "qəbulolunmaz və şokedici hücum təkcə İngiltərəyə yox, həm də “qlobal gəmiçiliyə qarşı törədilmiş cinayətdir”. İngilis Baş nazirin bu bəyanatı Londonun İrana qarşı basqı siyasətinə daha çox beynəlxalq qüvvələri cəlb etmək niyyətini göstərir. Consonun təşəbbüsünə ilk dəstək, gözlənildiyi kimi, ABŞ-dan gəlib. “Daily Mail” nəşrinin yazdığına görə, İngiltərə, ABŞ və İsrail hərbi-kəşfiyyat dairələri “MV Mercer Street” neft tankerinə hücuma cavab olaraq İrana qarşı kiberhücum və ya xüsusitəyinatlı hərbi əməliyyat barədə düşünürlər. Xüsusitəyinatlı hərbi müdaxilənin İrana bağlı “könüllü silahlı qüvvələrə” qarşı keçirilməsi planlaşdırılır. İngiltərənin adı çəkilməyən keçmiş hərbi kəşfiyyat məmuru “The Mirror”-a verdiyi müsahibədə də tanker hücumunu “İranın hərəkətlərinin dözülməyəcək qırılma nöqtəsinə çatdığının göstəricisi” adlandırmış və ona ağır cavab verilməsini tələb etmişdi. Nəşr xatırlatmışdı ki, İran tərəfindən həyata keçirilən neft tankerinə hücum ilk belə insident deyil, ümumiyyətlə, bu ilin fevral ayından bəri 3 bənzər xarakterli hücum baş verib. Dünənki hadisəni də buna əlavə etsək, London üçün artıq vəziyyətin əndazədən çıxdığını düşünmək olar. Bilindiyi kimi, İran-İsrail arasında tanker hücumları 2018-ci ildən bəri davam edir. ABŞ-ın sanksiyalarını dəlmək istəyən İran tankerləri vaxtaşırı İsrail hücumlarına məruz qalır və hər iki tərəf bu hadisələrin ictimailəşməməsinə çalışırdı. Mütəxəssislərin fikrincə, bu qarşılıqlı razılaşmanın səbəbi İranın beynəlxalq təzyiqlərə məruz qalmaması, İsrailin isə öz planlarını səssiz həyata keçirmək niyyətindən qaynaqlanırdı. Demək olar ki, hər həftə yaşanan bu hücumlarda canlı itkilərə yol açmamağa üstünlük verilirdi. İranın (əgər iddialar doğrusa) ötən həftə İsrailə cavab əməliyyatında isə ilk dəfə qan tökülmüş, dolayısıyla şifahi anlaşmanın şərti pozulmuşdur. Son hadisənin zamanlaması da maraqlıdır. Bəlli olduğu kimi, dünən İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi idi. Mərasimdən bir neçə gün əvvəl İngiltərənin media qurumları açıq şəkildə bildirirdilər ki, London və müttəfiqləri “MV Mercer Street” neft tankerinə hücumun qisasını məhz həmin gün alacaqlar. Dünən isə təxmin edildiyi kimi, İrana qarşı hər hansı kiberhücum və ya xüsusitəyinatlı hərbi müdaxilə baş vermədi. Əvəzində Oman körfəzində növbəti tanker insidenti yaşandı. Bu dəfə hədəf seçilən tankerlərdən ən azı birinin Sipqapur bayrağı daşıdığı bildirilir. Görünən budur ki, İrana qarşı hazırlanan cavab kampaniyasına daha çox ölkə cəlb olunması prosesi gedir. Bu isə cavab əməliyyatlarının da düşünüldüyündən daha ağır ola bilməsi ehtimalını ağla gətirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|