“Taliban” Moskvada peyda oldu - "MÜQƏDDƏS YER" YENƏ BOŞ QALMAYACAQ?
Tarix: 9-07-2021, 09:15 | Çap et
Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar. Virtualaz.org xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə ötən gün iyulun 8-də məlum olub. Talibançılar Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir.
Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.
Məlumatlarda deyilir ki, danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq talibançılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.
Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. Cavad Zərif görüşü açaraq deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir. Nazir əfqan siyasətçilərini ölkələrində sabitlik yaratmaq üçün dialoqa çağırıb.
“Taliban” nümayəndələrinin Tehrana və Moskvaya səfərləri belə deməyə əsas verir ki, ABŞ-ın çəkildiyi Əfqanıstanda indi bu və ya digər şəkildə Rusiyanın və İranın öz mövqelərini gücləndirməsinə hazırlaşmaq lazımdır. Doğrudur, Rusiya vaxtilə SSRİ-nin buraxdığı səhvi təkrarlayıb Əfqanıstana qoşun yeritməyə hazırlaşmır. Lakin siyasi baxımdan Əfqanıstanda öz mövqelərini möhkəmləndirə bilər, üstəlik “Taliban”la anlaşaraq. Belə ki, Rusiyanın “Taliban”ın silahlı qanadı ilə gizli əlaqələri haqda iddialar hələ Donald Trampın administrasiyası dövründə yayılmışdı, hərçənd Moskva bunu inkar edir.
İndi “Taliban”ın Əfqanıstanda ABŞ-ın qurduğu mərkəzi hökuməti devirməsi əlbətdə ki, Moskvanın maraqlarına uyğun olardı. Hansı ki, Əfqanıstanda baş verənlər Birləşmiş Ştatların dəstəklədiyi Kabil hökumətinin “Taliban” qarşısında çox da davam gətirməyəcəyini təxmin etməyə əsas verir. Belə olan halda Rusiya Əfqanıstanda məhz “Taliban”la işləməklə öz mövqelərini yenidən gücləndirə bilərdi. “Taliban” isə öz növbəsində 2000-ci illərin əvvəllərindən fərqli olaraq tam beynəlxalq siyasi təcrid vəziyyətində olmaq istəmir və bir sıra regional oyunçularla, o cümlədən Rusiya və İranla işləməkdə maraqlı görünür.
Başqa sözlə, gözləmək olar ki, “müqəddəs yer” yenə boş qalmayacaq və ABŞ-ın sürətlə çəkilməsindən sonra Əfqanıstanda bu dəfə Rusiya öz mövqelərini gücləndirməyə çalışacaq. Lap hərbi yolla olmasa da belə.
Əlbəttə, ABŞ və onun başçılıq etdiyi NATO koalisiyası Əfqanıstandan tam silinib getmir. Birləşmiş Ştatlar Əfqanıstanda bir neçə yüz nəfərlik məhdud kontingent saxlayacaq və Kabil hökumətinə təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyinə söz verir. Bununla belə, ABŞ-ın yetişdirdiyi Əfqanıstan ordusunun “Taliban” qarşısında nə qədər dayanacağı sual altındadır.
Bu arada prezident Cozef Bayden ötən gün Ağ evdə bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. O əlavə edib ki, qoşunların çıxarılmasının mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.
“Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq”, -ABŞ prezidenti deyib.
Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: “Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.
ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək. Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi “Taliban” təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.
Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram”."Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.
Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb. ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar. Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir. Razılaşmaya əsasən “Taliban” Əfqanıstan ərazisində radikal terror təşkilatlarının (İŞİD, “Əl-Qaidə”) fəaliyyətinə imkan verməməli və Kabil hökuməti ilə barışıq əldə etməlidir.
Lakin ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları ötən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar heç bir uğurlu nəticə əldə olunmayıb. “Taliban” isə son bir ayda Əfqanıstanın 400-ə yaxın inzibati rayonundan 150-dən çoxuna nəzarəti ələ keçirib... Virtualaz.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|