“Taliban”la savaşdan kim qalib çıxacaq? - Sonun başlanğıcı, yoxsa?
Tarix: 8-07-2021, 10:44 | Çap et
“Rusiya Əfqanıstandan Tacikistana gələn təhlükənin qarşısını almaq üçün hər şeydən, o cümlədən bu ölkədəki hərbi bazadan istifadəyə hazırdır”.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiya müttəfiqlərinə qarşı təcavüzkar davranışların qarşısını almaq üçün bütün vasitələrdən istifadəyə hazırdır.
Nazirin sözlərinə görə, Rusiya hökuməti Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir. Vəziyyət pisləşməyə doğru gedir. Bunu isə nazir ABŞ Ordusunun Əfqanıstandan tələsik çıxarılması ilə əlaqələndirib.
Qeyd edək ki, amerikalı hərbçilərin 90 faizi artıq Əfqanıstandan çıxıb. Özlərindən geriyə isə yüzlərlə texnika, silah-sursat qoyublar. Bölgələrdən gələn xəbərlərə görə, Əfqanıstanın Tacikistanla sərhədi boyunca getdikcə daha çox bölgə “Taliban” terrorçularının nəzarətinə keçir.
Rəsmi Düşənbə sərhədlərini qorumaq üçün tədbirləri gücləndirir. Mövcud vəziyyətlə əlaqədar qonşu ölkələrlə və Moskva ilə müzakirələr aparılır.
Artıq ölkənin Əfqanıstanla sərhədində yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata əsasən, Tacikistanın təşkilat yanında daimi nümayəndəsi Həsən Sultonov respublikanın Əfqanıstandan gələn təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib. O, KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb.
Ekspertlər Rusiyanın və KTMT-nin Tacikistanın sərhədlərini qorumaq üçün fəal hərəkətə keçəcəyini istisna etmir. Lakin Əfqanıstandan birbaşa təhdid ehtimalı birmənalı qiymətləndirilmir. Müstəqillik illərində Əfqanıstanın şimalındakı vəziyyətin və Tacikistana birbaşa təsirinin belə ağırlaşması ilk dəfə müşahidə olunur. Çihadçı təhlükəsi ilə baş-başa qalmaqdan qorxan həm Tacikistan əhalisi, həm də hakimiyyət arasında narahatlıq var.
Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nəssar rəsmi Düşənbənin narahatlığını haqlı hesab edir. “Məsələ burasındadır ki, “Taliban” özü Mərkəzi Asiya ölkələri üçün birbaşa təhlükə yaratmır. Lakin “Taliban” Əfqanıstanda nəzarətində olan bütün ərazilərindəki radikal qruplarla müttəfiqlik münasibətləri saxlayır.
Ona görə də gələcəkdə bu qrupların Mərkəzi Asiya bölgəsinə müdaxilə etmək üçün həmin mahallardan istifadə edəcəyi istisna edilmir”-deyə Nəssar belə deyib.
Qeyd edək ki, Tacikistan Dövlət Təhlükəsizlik Şurasının iclasını çağıran Prezident İmoməli Rəhmon ehtiyatda olan 20 minlik hərbçinin Əfqanıstanla sərhəddə səfərbər edilməsi barədə göstəriş edib. Bundan əvvəl Tacikistanın dövlət başçısı Özbəkistan və Qazaxıstan prezidentləri, həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putin ilə telefon danışıqları aparıb. Rəsmi açıqlamaya görə, tərəflər təhlükəsizlik qurumları arasında təhlükəsizlik sahəsindəki ortaq addımlar və koordinasiya məsələlərini müzakirə etdi. Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də KTMT çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, “Taliban”ın Mərkəzi Asiyaya müdaxilə təhlükəsi realdır:
“Bunun baş verməsi üçün siyasi amillərlə yanaşı, ideoloji əsasları da var. İŞİD-in passiv fəaliyyətə keçməsindən sonra başqa radikal cərəyanların aktivləşməsinin şahidi olduq. Diqqət əsasən Suriyada fəaliyyət göstərən “Ən Nusrə”, “Ceyşullah” kimi terror təşkilkatlarına yönəlmişdi. Amma “Taliban”ın da fəallaşması mümkün idi. “Taliblər”in də əsas hədəfi həmişə Mərkəzi Asiya ölkələri olub. Bu mənada “Taliban” yaraqlılarının Mərkəzi Asiyaya keçmək ehtimalı hər zaman var. Bu ehtimalı heç zaman inkar etmək olmaz. Pakistanın Baş naziri İmran Xanın verdiyi açıqlamalar bu baxımdan diqqəti cəlb edir. İmran xan “taliblər”in Mərkəzi Asiyaya hansı şəkildə təhdid yaratdığına dair həyəcan siqnalı kimi qiymətləndirilə bilər. ABŞ-ın Əfqanıstandan çıxması iki ildir müzakirə olunur. Lakin ABŞ-ın Əfqanıstanı tamamilə tərk edəcəyi inandırıcı görünmür. Artıq daha bir hərbi bazanın yaradılması məsələsi gündəmə gəlir. Burada diqqəti digər vacib məqam Türkiyə amilidir.
Digəri isə 1980-ci illərin əvvəllərindən Əfqanıstanda möhkəmlənmək üçün Mərkəzi Asiyadan platsdarm kimi istifadə edən Rusiyadır. Bu bölgədə Rusiya və Türkiyənin öz maraqlarını nə dərəcədə və hansı şərtlər daxilində uzlaşdıracağını isə gələcək göstərəcək”.
Ekspert bildirib ki, Mərkəzi Asiya kifayət qədər ciddi bölgədir və Rusiyanın strateji maraq dairəsinə daxildir:
“Mən burada digər amil kimi İranı da qeyd etmək istərdim. Çünki İranın da Mərkəzi Asiyada ənənəvi maraqları mövcuddur. Biz yaxın perspektivdə Mərkəzi Asiyada ciddi proseslərin şahidi olacağıq”.
Qeyd edək ki, “Taliban”ın Mərkəzi Asiya üçün yaratdığı ən böyük təhlükələrdən biri adıçəkilən terror təşkilatının bu regionda “Vilayəti-Xorasan” adlı islam dövləti yaratmaq ideyasıdır. Bu ideologiya Mərkəzi Asiya dövlətlərinin ərazi bütövlüyü və suverenliyi üçün böyük təhlükə yaradır.
Vüqar Zifəroğlunun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində “Vilayəti-Xorasan” ideyasına dəstək verən kifayət qədər qüvvələr var. Yerlərdə “Taliban”a bağlı qüvvələrin mövcudluğu bölgə üçün problemə səbəb olub.
“Pakistan da məhz bu məsələni qabardır. Uzun illərdir Pakistan bu təhdiddən əziyyət çəkir. Ancaq Rusiya bunun qarşısını almağa qadir deyil. Rusiyanın bu problemi təkbaşına həll etməsi mümkün deyil. çünki Rusiya həmin regiona 1980-ci illərdə bir dəfə təkbaşına daxil olmuşdu. Amma ABŞ-ın dəstəyi və “Taliban”ın əli ilə məğlub olaraq Əfqanıstandan çıxdı. Üstəlik, Rusiyanın təsir vasitələrinin nə qədər güclü olması mübahisəlidir.
Bu regionu tanımaq və ora müdaxilə etmək baxımından ən şanslı iki ölkə var ki, onların biri Türkiyə, digəri isə Pakistandır. İmran xan da öz açıqlamasında da bölgədəki problemlərin həllində Türkiyənin böyük rolu ola biləcəyini vurğulamışdı. Lakin ABŞ Çin amilinə görə, Pakistanın Türkiyə ilə birlikdə Əfqanıstanda manevr imkanlarının artması və təsir imkanları əldə etməsinə razılıq vermir. Çünki Çinin Mərkəzi Asiyada dəstəklədiyi ən vacib ölkələrdən biri Pakistandır. Bu zaman Hindistanla münasibətlər məsələsi də gündəmə gəlir və Mərkəzi Asiyada maraqlar kəsişir. Baydenin Türkiyə Prezidenti Ərdoğanın Kabil hava limanını Pakistanla birgə mühafizə etmək təklifinə “yox” cavabı verməsi də Çin amili ilə bağlıdır. Rusiyanın həmin bölgədə Mərkəzi Asiya ölkələrini təsir imkanlarını saxlayır. Amma Çin faktoru çox önəmlidir. “Taliban”ın son dövrlər aktivləşməsi də Çinin təsirini arxa plana keçirmək məqsədi daşıyır. Lakin Əfqanıstanda Türkiyə-Pakistanın cütlüyünün önə çıxması ABŞ-la Çinin Mərkəzi Asiyada müəyyən razılaşmaya gəlməsinə səbəb ola bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|