Donbass münaqişəsinin həllinə ABŞ qərar verəcək – Moskva separatçıları necə satdı?
Tarix: 6-07-2021, 09:02 | Çap et
“Ukrayna prezidenti Vladimir Zelenskinin gözlənilən Vaşinqton səfəri zamanı həmkarı Co Baydenlə ABŞ-ın ya "Norman formatı"na (Ukrayna, Rusiya, Almaniya, Fransa), ya da Donbasdakı vəziyyətin paralel nizamlanması trekinə cəlbi ehtimalını müzakirə edəcək”. Ovqat.com xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba dünən jurnalistlərə açıqlamasında bildirib. "Ukrayna 30" Forumuna qatılan Kubela Ukraynanın ərazi bütövlüyü məsələsinin həllində ABŞ-ın müsbət rol oynaya biləcəyinə inandığını qeyd edib. "Sözsüz ki, biz (bu görüşdə) Rusiyanın təcavüzünə son qoyulması və Ukrayna ərazilərinin işğaldan azad edilməsi prosesində ABŞ-ın hansı optimal rol oynaya biləcəyi barədə danışacağıq. Bu rol "Normand formatında"mı, yoxsa "Normand formatı" ilə kəsişəcək hansısa paralel trekdə birbaşa iştirak yolu iləmi baş tutacaq, danışıqların əsas mövzusu bu olacaq", - deyə o bildirib. Nazirin sözlərinə görə, səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib. Kuleba Fransa ilə Almaniyanın "Norman formatı" nın xarici işlər nazirlərinin görüşünün təşkilini keçirməyə çalışdıqlarını, amma Rusiyanın bəhanələri səbəbindən bunun baş tutmadığını da xatırladıb. "Mən bütün məsələlərin müzakirəsinə hazır olduğumu ifadə etmişəm. Bundan başqa, mən təsdiqləmişəm ki, Kiyev təkcə bizim üçün prioritet olan təhlükəsizlik problemlərini yox, həm də Rusiyanın daim diqqət mərkəzində saxladığı siyasi məsələləri müzakirə etməyə hazırıq. Amma nədənsə, bu görüş hələ də baş tutmur", - deyə o bildirib. Nazir əlavə edib ki, Rusiya "nazirlərin görüşünə heç cür imkan tapmır”, buna baxmayaraq, görüşün təşkili üçün səylər davam etdirilir. Qeyd edək ki, ABŞ-ın yeni hakimiyyəti Ukraynanın ərazi bütövlüyünün təminatını xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu hələ bir neçə ay bundan əvvəl bəyan edib. Bu ilin Mayın 6-da ABŞ-ın dövlət katibi Antoni Blinken mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi Bayden Ukraynaya səfərinə çıxacaq və bu səfər çərçivəsində Donbass və Krım məsələsi müzakirə olunacaq. Co Baydenin iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə əsas müzakirə mövzularından birinin də Ukraynanın işğal edilmiş ərazilərinin aqibəti ilə bağlı olduğu xəbər verilir. İddialara görə, prezidentlər Krım məsələsində ümumi razılığa gələ bilməsələr də, Donbass probleminin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə qərar veriblər. Əldə olunan razılaşmaya əsasən, problemin həllində ABŞ da yaxından iştirak edəcək. Təsadüfi deyil ki, Bayden-Putin görüşündən sonra Ukrayna rəsmiləri də problemin həlli ilə bağlı danışıqlara ABŞ-ın da cəlb olunması məsələsini gündəmə gətirirlər. Rusiya və onun dəstəklədiyi Donbass separatçıları isə nəinki buna etiraz etmir, hətta ABŞ-ın iştirakını Kiyevdən daha çox “arzulayırlar”. Bir növ Papadan artıq katolik rolunda çıxış edirlər. Bunun nəticəsi olaraq, ötən gün tanınmamış Donbass “respublika”larının birdən-birə “Normand formatı”na ABŞ-ı dəvət etməsi də təsadüfə bənzəmir. Dünən “Luqansk və Donetsk xalq respublikaları” ilk dəfə olaraq "Normand dördlüyü"nü ABŞ nümayəndələri ilə görüş keçirməyə çağırıblar. Bu barədə Luqanskın əlaqə qrupunun siyasi yarımqrupunda nümayəndəsi, LXR rəhbərinin diplomatik müşaviri Rodion Miroşnik özünün Telegram səhifəsində bildirib. Onun sözlərinə görə, təklif artıq Rusiya Prezidenti Administrasiyasının rəhbəri Dmitri Kozaka və Rusiya XİN başçısı Sergey Lavrova da çatdırılıb. Rodion Miroşnik onu da etiraf edib ki, Donetsk və Luqanskın belə bir təşəbbüsə qoşulmasına Cenevrədə keçirilmiş Bayden-Putin görüşünün nəticələri təkan verib. Tanınmamış respublikalarda hesab edirlər ki, Vaşinqton Kiyevi Minsk sazişlərini həyata keçirməyə və “Donbass respublikaları” ilə dialoqa başlamağa məcbur edə bilər.
"Bu gün həm Normand, həm də Minsk formatında konstruktiv və təsirli dialoq həqiqətən də yoxdur. Bütün iclas prosesləri Ukraynanın prosessual məsələlərdə bilərəkdən blokadaya alması, danışıqlar prosesinin imitasiyası üçün heç bir əhəmiyyət kəsb etməyən addımlara həsr olunur. Tamdəyərli dialoqun yenidən işə salınması Normand formatlı məsləhətçilərin, ABŞ nümayəndələrinin və LDNR nümayəndələrinin birgə iştirakı ilə mümkün ola bilər", –Miroşnik Teleqram paylaşımında belə yazıb. Onun sözlərinə görə, ABŞ-ın iştirakı ilə keçiriləcək bu cür topalntılar "yeddi il davam edən münaqişənin həllinə yetərli adekvat investisiya olardı". Qəribədir ki, Bayden və Putinin Cenevrə görüşündə əldə etdikləri razılaşma Donbass rəsmilərinə də bəlli deyil. Buna baxmayaraq, onların ABŞ-ın “konstruktiv” mövqe tutacaqlarına əminlikləri təəccüb doğurur. Belə görünür ki, onların ABŞ-a inamları da Moskva tərəfindən sifariş olunub. Yəni əslində ABŞ-ı müzakirələrə çağırmaq təklifi Donbass tərəfindən Kremlə çatdırılmayıb. Əksinə, Kremlin bu tələbinə Donbass rəsmiləri “ləbbeykə, ya Moskva” deyib. "Cenevrədə razılaşmalar haqqında bizə yalnız rəsmi məlumatlar məlumdur. Lakin biz bu məlumatları Kiyev, Luqansk və Donetsk arasında dialoqu fəallaşdırmağa çalışmaq üçün kifayət hesab edirik", – yazan Miroşnikin bu sözləri də bizim iddialarımızı təsdiqləyir. Onun fikrincə, münaqişənin həlli məhz bu müstəvidə – Kiyev – Donetsk – Luqansk üçbucağında baş tuta, qalan hər kəs isə yalnız köməkçi vasitəçi kimi prosesdə iştirak edə bilər. "ABŞ de-fakto Donbasdakı münaqişə ilə bağlı proseslərə hər zaman ciddi təsir edib və edir. İndi demokratların Birləşmiş Ştatlarda hakimiyyətə gəlişi ilə Ukrayna hakimiyyətinə təsir imkanları daha da güclənib. Ona görə də biz ABŞ nümayəndəsinə liderlərin məsləhətçiləri səviyyəsində Normand formatında rəsmi iştirak etməyi və nizamlama proseslərinə öz nöqteyi-nəzərini bildirməyi təklif edirik. Üstəlik, ABŞ da Minsk razılaşmasına rəsmən tərəfdar olduğunu bəyan edir. Biz münaqişənin hər iki tərəfinin – Kiyevin və Donbasın nümayəndələrinin və Normand formatına daxil olan maraqlı tərəflərin iştirakı ilə görüş keçirməyi təklif edirik. Biz bu format təşəbbüsü ilə qan tökülməsinin dayandırılmasına və münaqişənin sülh yolu ilə həllinə hazırıq", – deyə Miroşnik vurğulayıb.
Görünən budur ki, Donbass separatçılarının 7 illik “müstəqillik” macəraların sonucu qanlarının tökülməməsi qarantiyasını almaq müqabilində yenidən Ukraynanın suverenliyi altına qayıtmaq olacaq və Miroşnik də əslində bunu arzulayır. Qeyd edək ki, Rusiyanın Donbassı “dəyər-dəyməzinə satması barədə fikirlər hələ aprel ayının ikinci yarısında səsləndirilirdi. Bu o zaman idi ki, ABŞ prezidenti Co Bayden anidən rusiyalı həmkarı Putinə zəng etmiş və müxtəlif məsələlərlə bağlı danışıqlar apardıqdan sonra onu iyunun 16-da Cenevrədə keçiriləcək görüşə çağırmışdı. Bu telefon söhbətindən dərhal sonra Rusiya Qara dəniz və Ukrayna ətrafına topladığı 100 mindən artıq əsgərini geri çəkmişdi. Separatçı Donbass “respublikası”nın rəsmiləri Rusiyanın birdən-birə Ukrayna sərhədlərindən geri çəkilməsindən bərk qorxuya düşmüşdülər. Separatçı liderlər Rusiyanın bu addımını Donbassın açıq-aşkar Ukraynaya təhvil verilməsi kimi qiymətləndirmişdilər. “Rus hərbçiləri Ukrayna ilə həmsərhəd bölgələri tərk etməyə başladıqdan sonra Ukrayna Silahlı Qüvvələri Donbass ərazilərinə hücumlarını artırdı”, - qondarma “respublika”nın adı açıqlanmayan nümayəndəsi həmin vaxt Avia.pro nəşrinə belə demişdi. Onun fikrincə, bu, “DXR” (“Donetsk Xalq Respublikası”) və “LXR”-nin (“Luqansk Xalq Respublikası”) Ukrayna ordusuna açıq-aşkar təslim edilməsidir. Separatçı lider bu gedişatın çox mənfi, hətta Ukraynaya qarşı üsyan bayrağı qaldıran qüvvələr üçün fəlakət sayıla biləcək nəticələrinin olacağını da istisna etməmişdilər: “Öz müstəqilliyini elan edən “respublikalar” bu il ərzində mövcud olmaya bilər, çünki Rusiya hərbi yardım göstərməyəcək və müdafiəmizi təmin etməyəcək”.
DXP-nin keçmiş Müdafiə naziri İqor Strelkov da həmin vaxt Rusiyanın hərəkətlərini başa düşməkdə çətinlik çəkdiyini gizlətmirdi. Sabiq “nazir”in fikrincə, Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığında cəmləşməsi Kiyevə bir siqnal idi. “Lakin ordunun birdən-birə geri çəkilməsi Moskvanın planlarını dəyişdirmək qərarına gəldiyini və tərəfdaşlarını hər təhlükəyə açıq vəziyyətə saldığını göstərir. Bu, “DXR” və “LXR” ərazilərini Ukrayna Silahlı Qüvvələrinə təslim etmək deməkdir”, - Strelkov bu qənaətdə idi . “Mən bu qədər sayda sərhədlərə qoşun çəkməyin və sonra heç nə etməməyin necə mümkün olduğunu başa düşmürəm. Bir-biri ilə ziddiyyət təşkil edən bu addımlar qəribə və axmaq görünür. Çünki Putinin “hörmətli ukraynalı tərəfdaşları” təxribatlarını və müharibə hazırlıqlarını dayandırmayacaq. Ukrayna Donbassdan öz qoşunlarını çəkməmişdən əvvəl geri addım atmaq ən azından axmaqlıqdır. Bu Donbassın təslim edilməsinə hazırlıq ola bilər”, - İqor Strelkov belə demişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|