Rusiya və Türkiyə XİN rəhbərləri Cənubi Qaffqazdakı vəziyyəti müzakirə edəcəklər
Tarix: 30-06-2021, 07:59 |
Çap et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər həm ikitərəfli, həm də beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.
Bildirilir ki, XİN rəhbərlərinin danışıqlarının digər bir vacib mövzusu da Cənubi Qaffqazdakı vəziyyət olacaq.