Bayden Ərdoğana 3 ay vaxt verib? - İDDİA
Tarix: 28-06-2021, 10:26 |
Çap et
İyunun 14-də Cenevrədə ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Əərdoğan arasında keçirilən görüşlə bağlı bəzi məlumatlar ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, Ağ Evdəki mənbələr həmin görüşün heç də rahat keçmədiyini iddia edir.
Məlumatlara görə, Bayden Ərdoğandan bəzi öhdəlikləri yerinə yetirməyi istəyib. Həmin öhdəliklərin konkret olaraq hansı məsələləri əhatə etdiyi məlum deyil. Ehtimal edilir ki, bu məsələlər sırasında Rusiya ilə yaxınlaşma, S-400 raket-zenit komplekslərinin alınmasının dayandırılması, Aralıq dənizi hövzəsində gərginliyin azaldılması, Liviya və digərləri daxildir. Hətta Ağ Evdəki mənbələr bunun üçün ABŞ-ın Türkiyəyə 3 ay vaxt verdiyini də deyirlər.
Qeyd edilir ki, Bayden sentyabr ayına qədər öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə, Ərdoğanla BMT-nin iclası çərçivəsində görüşdən imtina edəcək. Bunun ardından isə bəzi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.