Putin və Si Cinpin dostluq barədə sazişin 20-ci ildönümü ilə əlaqədar danışıqlar aparacaqlar
Tarix: 28-06-2021, 08:31 |
Çap et
Rusiya Federasiyasının Preziudenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün Qonşuluq, Dostluq və Əməkdaşlıq Sazişinin imzalanmasının iyirminci ildönümü ilə əlaqədar danışıqlar aparacaqlar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, danışıqlar videokonfrans formatında keçiriləcək: "28 iyun 2021-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında Çin Xalq Respublikasının sədri Si Cinpin ilə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Rusiya-Çin Sazişinin imzalanmasının 20-ci ildönümü ilə əlaqədar danışıqlar aparacaq".
Bildirilir ki, dövlət başçıları Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini qiymətləndirəcəklər. Həmçinin ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmək də planlaşdırılır.