Respublikaçılar Trampın impiçmentinə fevralda başlamağı təklif edirlər
Tarix: 22-01-2021, 08:11 |
Çap et
ABŞ Konqresinin Senatında respublikaçı azlığının lideri Mitç Makkonnel senator, demokratların lideri Çak Şumerə keçmiş prezident Donald Tramp üzərində impiçment prosesinin birinci mərhələsinin qrafiki üzrə təklif göndərib.
“Report” xəbər verir ki, bu barədə Makkonnelin saytında bildirilir.
Respublikaçıların təklifinə uyğun olaraq, Konqresin Nümayəndələr Palatası yanvarın 28-də Senata ittihamnaməni verməlidir. Bundan sonra Trampa impiçment maddələrinə cavab hazırlamaq üçün bir həftə, məhkəməyə qədərki qeydləri təqdim etmək üçün daha bir həftə vaxt verilməsi təklif olunur.
Beləliklə, respublikaçılar Trampa proses zamanı müdafiəyə hazırlıq üçün 11 fevrala qədər vaxt vermək istəyirlər.
"Sonra Nümayəndələr Palatasında onun öz təkzibini (müdafiə bəyanatları) təqdim etmək üçün iki gün vaxtı olacaq", - xəbərdə qeyd edilir.
Təklif edilmiş qrafikə əsasən, Senatda impiçment üzrə proses 13 fevral 2021-ci ildən tez olmayaraq başlanacaq.