Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”? - TƏHLİL
Tarix: 19-01-2021, 08:32 | Çap et
Dünən Almaniyadan Moskvaya gələn Rusiya müxalifətinin əsas liderlərindən sayılan Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb. O, Şeremetyevo Hava Limanında, Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə nəzarətə götürülüb. Siyasətçinin 2020-ci ilin 29 dekabrından axtarışda olduğu bildirilib.
Navalnının saxlanılmasından sonra Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel, xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel və Avropa Parlamentinin sədri David Sassoli müvafiq bəyanatlar yayıb və müxalif liderin həbsinin Aİ Şurası tərəfindən xarici işlər nazirləri səviyyəsində 25 yanvarda və Avropa Parlamentinin 18 yanvarda baş tutacaq iclasında müzakirə ediləcəyini bildiriblər.
Şarl Mişel bildirib ki, Navalnının Moskvaya gəldikdən sonra tutulması qəbuledilməzdir və müxalifət lideri dərhal azad edilməlidir. İttifaqın xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel isə, Rusiya hökumətinin Aleksey Navalnının hüquqlarına hörmət etməli və onu dərhal sərbəst buraxmalı olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Navalnının saxlanılmasına qarşı edilən etirazlara münasibət bildirib. Belə ki, Nazirliyin sözçüsü Mariya Zaxarova sözügedən açıqlamaları əvvəlcədən hazırlanmış şərhlər olaraq dəyərləndirib: “Beynəlxalq hüquqa hörmət edin. Suveren dövlətlərin milli qanunlarını pozmayın, öz ölkənizdəki problemlərlə məşğul olun”.
Maraqlıdır, Navalnının həbsi ətrafında nələr baş verir? Qərb Rusiyaya qarşı təzyiqləri artırmaq üçün bu məsələdən istifadə etməyə çalışacaqmı? Həmçinin, Rusiya müxalifətinin liderinə Qərbin birmənalı dəstəyi Rusiya daxilində hansı proseslərə səbəb olacaq?
Prosesləri AYNA-ya şərh edən “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, hələ bir müddət əvvəl Aleksey Navalnının zəhərlənməsi və Almaniyada müalicə edilməsi Rusiya Prezidenti Vladimir Putinin imicinə mənfi təsir göstərmişdi: “Məhz buna görə də Qərb dairələri Putinin müxalif düşərgəyə qarşı cinayətə yol verdiyini və buna görə də Rusiyaya sanksiyalar tətbiq edəcəklərini bildirirdilər. Bu mənada, son baş verənləri Qərblə Rusiya arasında uçuruma gətirib çıxaran prosesin davamı kimi qiymətləndirmək olar. Aleksey Navalnının Rusiyaya qayıtması və hava limanında həbs edilməsi, Qərb dairələrinin, xüsusən də Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının narahatlığına ona görə səbəb olur ki, onlar Rusiyada demokratik mühitin yaradılmasını məhz Navalnının timsalında görürlər”.
“Çünki, son 20 ildə demək olar ki, Rusiyada yeni müxalifət lideri yetişməyib və Rusiya cəmiyyəti konkret olaraq demokratik proseslərdən uzaq düşüb. Yalnız Mixail Xodorkovski və bu kimi bəzi şəxslər müəyyən siyasi olimplərdə Putinə qarşı müxalif mövqedə dayansalar da, onların da zərərsizləşdirilməsi çətin olmayıb. Ki, bu da xalq arasında geniş etirazların yaranmasına gətirib çıxarıb. Lakin Boris Nemtsovdan sonra Navalnının son 3-4 illik fəaliyyətinə fikir versək, bir çox şəhərlərdə böyük arealda onu dəstəkləyən əhali və xüsusən də gənclərin olduğunu görərik. Həmçinin, onu uzaq Sibirdə belə, Putin hakimiyyətinə qarşı etiraz kütləsi formalaşdırmağı bacaran lider kimi xarakterizə etmək olar”, - politoloq bildirib.
“Xüsusən də korrupsiyaya qarşı mübarizə üsulları və bu istiqamətdə yeni sənədlərin ortaya çıxması, həmçinin siyasi etirazları idarə etmək bacarağı Navalnının müasir Rusiyanın lideri olacağı labdüdlüyünü ortaya çıxarıb. Təbii ki, bu da anti-demokratik Rusiya hakimiyyətini ciddi narahat edir. Düşünürəm ki, Navalnı ətrafında baş verənlər və onun aradan götürülməsi cəhdi də buna görə idi. Çünki Rusiya hərbi-siyasi elitası onun bu siyasəti ilə barışa bilmir. Lakin Rusiya Putindən ibarət deyil və 200 ildir ki, Rusiyanı hərbi-siyasi, xüsusən də hərbi elita idarə edir. Navalnı isə bu sistemdən kənar və demokratik düşərgəni təmsil edən şəxs kimi Qərbin ciddi dəstəyini əldə edib. Rusiya əhalisi, xüsusən də gənclərin böyük bir hissəsi Navalnı ətarfında birləşməyə hazırdır. Təbii ki, Qərb də bunu görür və dəyərləndirməyə çalışır”, - Əsədullazadə vurğulayıb.
Analtik hesab edir ki, Qərb Navalnını Rusiyanın potensial demokratik və liberal lideri kimi dəstəkləyir və etimad edir deyə, bu da Putini ciddi narahat edir: “Buna baxmayaraq, Putin onu həbs etdirməklə, Qərbdən gələn sanksiyalara da hazırdır. Çünki Navalnının ətrafına kütlə toplaması Putini daha çox qorxudur, nəinki Qərbdən gələn sanksiyalar. Çünki Rusiya hakimiyyəti sanksiyalara çoxdan öyrəşib. Amma buna baxmayaraq, ölkədə sosial-iqtsadi vəziyyət də ağırlaşmaqda davam edir. Bununla yanaşı, Co Bayden hakimiyyətində insan hüquqları daha qabarıq şəkildə özünü biruzə verəcək, Rusiya siyasi eltitasına bu kimi qanunlar tətbiq olunacaq və Avropa İttifaqı də bu proseslərə töhfə verəcək. Xüsusi ilə də, ABŞ-ı narahat edən “Şimal axını-2” layihəsinin dondurulması həyata keçirilə bilər”.
“Bir sözlə, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və Navalnı ətrafında baş verənlər bu sanksiyaları daha da genişləndirəcək. Bu da Rusiya siyasi elitasının hakimiyyət olimpində ciddi böhrana gətirib çıxara bilər. Bununla da Rusiyada siyasi proseslər daha aktiv mərhələyə daxil olacaq və problemlərin artmasına gətirib çıxaracaq. Həmçinin, bu sanksiyaların fonunda oliqarxların da Putinə qarşı birləşməsi istisna deyil. Ona görə də bu il Rusiya siyasi atmosferində mübarizənin daha da kəskinləşəcəyini ehtimal etmək olar”, - müsahibimiz qeyd edib.
Bununla yanaşı, Əsədullazadə hesab edir ki, Navalnının aradan götürülməsi baş verməyəcək: “Amma bunun ətrafında təqiblər və həbslərin baş verməsi Rusiyada siyasi canlanmaya və demokratik proseslərin başlanmasına səbə olacaq. Ki, bu da Putini narahat edir. Çünki Putin də yaxşı başa düşür ki, Navalnı post-Putin dövrünə hazırlaşır və hakimiyyətə gəlməklə, Rusiyada demokratikləşmə prosesinin başında dayanmaq istəyir. Lakin Rusiya siyasi və hərbi elitası Navalnının hakimiyyətə gəlməsinə imkan verməyəcək”.
Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində deyib ki, Qərb bu məsələdən istifadə edərək, onsuz da sanksiyalar altında boğulan Rusiyaya təzyiqləri bir az da artırmağa çalışacaq: “Məlumdur ki, bir çox dövlətlərdə bu cür daxili proseslərə rast gəlinir. Məsələn, bir neçə gün bundan əvvəl ABŞ-da da belə bir hadisə baş verdi və nədənsə Avorpa və digər ölkələr bu hadisəyə yüngül formada reaksiya verdi. Halbuki, ABŞ demokratiyanın carçısı sayılır. Hətta, Konqersin sədri bu hadisədə bilavasitə Rusiyanı ittiham etdi və bir neçə dəfə Putinin adını çəkərək, bu məsələdə onun əli olduğunu bildirdi. Təbii ki, bu ittihamların nə qədər əsaslı və əsassız olduğu məlum deyil, amma məsələ bundan ibarətdir ki, axı, Amerika Birləşmiş Ştatları özü başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Çünki dünya siyasətində riyakarlıq normaları o qədər irəli gedib ki, lazım gələndə də bu kimi ölkələr bundan istfadə edir ki, qarşı tərəfə də istədiklərini təlqin etsinlər”.
“Bu məsələdə isə Qərb institutlarının Rusiyaya qarşı açıq-aşkar qərəzli yanaşmasını görürük. Ümumiyyətlə, Navalnı məsələsinin özündə də sual və şübhə doğuran qaranlıq məqamlar var. Məsələn, əgər Rusiya hakimiyyəti Navalnını aradan götürmək istəsəydi, edə bilməzdimi? Yaxud, istəsəydi, ölkədən çıxışına qadağa qoymazdımı? Amma icazə verdi ki, gedib xaricdə müalicə alsın və ekspert rəyindən keçsin. Lakin Navalnı elə bir fiqura çevrilib ki, sanki özü də bir çox qütblərə oynayır və bu, açıq-aşkar hiss edilir. Bir sözlə, Navalnı məsələsini zor gücü ilə beynəxalq vəziyyətə sırıyıblar”, - siyasi şərhçi bildirib.
Abbasovun fikrincə, Navalnının heç bir qeyri-adi göstəricisi və xüsusiyyəti yoxdur ki, belə bir mühüm persona olsun və ona artmaqda olan qlobal diqqət göstərilsin: “Çünki Navalnı özünü daha çox şübhəli məqamlarla tanıtdırıb. Hətta, Rusiyadakı real müxalifətçilər deyirdilər ki, Navalnı elə Kremlin özünə bağlıdır və Putinin adamıdır. Belə adamlar isə həmişə şəxsi piarlarını gücləndirməyə və birdən-birə məhşurlaşmağa çalışırlar. Rusiyadakı real müxaliflətin ona etinasız yanaşması da buna görədir”.
Politoloq düşünür ki, Qərbin Navalınya dəstək göstərməsi və məsələni şişirtməsi Rusiya daxilində müəyyən proseslərlə yadda qala bilər: “Çünki Qərb Rusiyanı sıxışdırmaq üçün hər vəziyyətdən istifadə edir. Təbii ki, Rusiya da demokratik dəyərlərə sadiq mükəmməl bir dövlət deyil, amma Qərbin də qərəzi açıq-aydın sezilir. Elə “Şimal axını-2” layihəsində Rusiyanın başına açılmayan oyun qalmadı. Çünki, məhz Amerika öz qazını Avropaya göndərmək istəyir. Bu da o deməkdir ki, sanksiyalar təkcə siyasi amillərə görə yox, həm də iqtisadi amillərə görədir. Hətta, buna görə Avorpada belə, ABŞ-a qarşı etirazlar var. Çünki məhz ABŞ-ın sanksiyaları İranla, Venesuella ilə, Kuba və digər ölkələrlə alış-veriş etməyə imkan vermir. Yəni, Amerika öz problemlərini həll edir, amma avropalı müttəfiqləri üçün problemlər yaradır. Onlar da itkilərə məruz qalırlar. Ona görə də sanksiya siyasətinin görünməyən tərəfi həm də iqtisadi maraqlardır ki, bazarda bəzi ölkələr daha əlverişli şərait əldə etsinlər və əsas rəqiblərini oyundan kənar vəziyyətə salsınlar. Bunun üçün də bu cür siyasi amillərdən də istifadə etməyə çalışırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|