Ermənistanda ərzaq mallarının qiyməti artıb
Tarix: 15-01-2021, 08:27 |
Çap et
Ermənistanda hələ Yeni ildən əvvəl günəbaxan yağı, un (hər ikisi 30-40%), həmçinin çörək və şəkərin qiyməti artıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "İstehlakçıların Məsləhətləşmələri Mərkəzi" qeyri-hökumət təşkilatının sədri Karen Çilinqaryan bildirib.
Onun sözlərinə görə, bu, həmin məhsulların idxal olunduğu Rusiyada qiymətlərin artması ilə bağlıdır.
"Qiymət artımı həmçinin sitrus məhsullarında da qeydə alınıb. Qiymətlərin artmasının səbəblərindən biri də dramın devalvasiyasıdır. Unun qiymətinin artması fonunda iqtisadi subyektlər çörəyin qiymətinin eyni qalması üçün onun çəkisini azaltdılar", - o qeyd edib.