Türkiyə Prezidenti Qətərə tətbiq edilən embarqonun ləğvinə münasibət bildirib
Tarix: 8-01-2021, 15:42 |
Çap et
“Qətərə tətbiq edilən embarqonun ləğv edilməsinin xüsusilə Körfəz ölkələri üçün çox böyük əhəmiyyəti var”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Türkiyənin Körfəz Əməkdaşlıq Şurası ilə strateji əməkdaşlığının olduğunu da vurğulayıb.