Trampa qarşı Kapitoli iğtişaşlarına görə ittiham irəli sürüləcəyi istisna olunmur
Tarix: 8-01-2021, 07:55 |
Çap et
ABŞ-ın hazırkı prezidenti Donald Trampın Vaşinqton Kapitolidəki iğtişaşlara görə mühakimə olunacağı istisna edilmir.
APA xəbər verir ki, bunu Vaşinqtonun federal prokuroru vəzifəsini icra edən Mayk Şervin “CNBC” telekanalına müsahibəsində deyib.
“Bütün subyektlərin əməllərini araşdırırıq. Bu işdə iştirak etdiyi sübuta yetiriləcək hər kəs qanun məsuliyyətə cəlb olunacaq”, - deyə prokuror, siyasi rəqibləri tərəfindən iğtişaşlara təhrik etmədə ittiham olunan Trampın baş verənlərdə rolu ilə bağlı jurnalistin sualının cavabında bildirib.
Qeyd edək ki, D.Trampın ABŞ prezidenti kimi səlahiyyət müddəti 20 yanvar tarixində başa çatır, bundan sonra onun ittihamlara qarşı toxunulmazlığı götürüləcək.