Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                     "Siz bəysiniz, biz isə rəiyyət..." .....                     Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar .....                     Meşə ərazisini zibilxanaya döndəriblər... .....                     Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi .....                     Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... .....                     Hizbullahın yeni baş katibi də .....                     Xaçmazda kilosu 30 qəpiyə olan pomidor .....                     "Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." .....                     Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? .....                     Özəl pensiya fondları yaradılsa... .....                     “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib .....                     Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var .....                     Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür .....                     “Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” .....                     Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… .....                     Həbsdə poqonu alınmayan yeganə general .....                     Balaca bir kənddə... XUDMANİ XANƏDAN... .....                     Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib .....                     Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? .....                     Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... .....                     Paşinyan Fransada həm də bunu danışacaq .....                     Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                 

“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını” - TƏHLİL
Tarix: 2-01-2021, 11:06 | Çap et
“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanatın ən önəmli maddələrindən biri də Naxçıvan dəhlizinin açılması idi. Faktiki olaraq, Azərbaycan hakimiyyətinin gündəliyində olmayan bu məsələnin birdən-birə üçtərəfli bəyanata salınması təsadüfi ola bilməzdi. Belə aydın olurdu ki, zahirən nə qədər üçtərəfli bəyanat kimi görünsə belə, bu sənədin ərsəyə gətirilməsində rəsmi Ankaranın da mühüm rolu vardı. Zira Naxçıvan dəhlizi ilk növbədə Türkiyənin Orta Asiyaya açılan ən qısa və regional əməkdaşlıq baxımından strateji önəm daşıyan qapısıdır.

Daha çox Türkiyənin perspektiv strateji maraqlarını nəzərə alan bu maddənin bəyanata salınması, təbii ki, qarşılıqsız ola bilməzdi. Ən azı ona görə ki, bəyanat Moskvanın diktəsi altında qəbul edilmişdi və dəhlizin rus təhlükəsizlik orqanlarının nəzarəti altında fəaliyyət göstərməsi perspektivinin qanuniləşdirilməsi də bundan xəbər verirdi.

Bəs Türkiyə bunun qarşılığında Rusiyaya nə verirdi?

Zənnimizcə, bu sualın cavabı dünən aydınlığa qovuşdu. Ovqat.com-un məlumatına görə, “Türk axını” çərçivəsində dünən Rusiyanın Şərqi Avropadakı əsas müttəfiqi Serbiyaya qaz nəqlinə başlanılıb. Rus qazı Qara dənizi keçərək Türkiyəyə, ordan isə Bolqarıstan üzərindən Serbiyaya daşınacaq.

Məsələ burasındadır ki, planlaşdırıldığı gündən bəri “Türk axını” çərçivəsində Cənub-Şərqi Avropa ölkələrinin, o cümlədən Serbiyanın qazla təmini nəzərdə tutulsa da, Dağlıq Qarabağdakı son döyüşlər başlamamışdan əvvəl layihənin perspektivi şübhə altında düşmüşdü. ABŞ Dövlət Departamenti dəfələrlə açıq şəkildə layihə iştirakçılarını “Türk axını”ndan imtina etməyə çağırmış, əks halda “sözəbaxmayan” müttəfiqlərə ağır sanksiyalarla hədə-qorxu gəlmişdi.

Ən əsası isə “Türk axını”nın ən böyük müştərisi Türkiyə ötən ilin ilk günlərindən aldığı rus qazını ciddi şəkildə azaltmış və bu ildən isə alışları tamamilə dayandıracağını bildirmişdi. Ankaranın rus qazı yerinə Azərbaycan qazını tərcih etməsi Moskvanı qəzəbləndirməyə bilməzdi. Məhz bu səbəbdən bir çox ekspertlər iyul ayında ermənilərin TANAP qaz kəmərinin keçdiyi Tovuza hücumunun arxasında Moskvanın dayandığını, məqsədin isə “Türk axını”na alternativin sıradan çıxarılması olduğunu düşünürlər.

İstər Tovuz hücumları, istərsə də son Qarabağ müharibəsi zamanı Türkiyənin açıq şəkildə Azərbaycanı dəstəkləməsi də onu göstərir ki, rəsmi Ankara bütün bu hərbi həmlələri özünə qarşı edilmiş təcavüz aktı kimi qiymətləndirmiş və proseslərə laqeyd qalmamışdır. Qardaş dövlətin mənəvi dəstəyi və silahları ilə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan həm də Rusiyaya “sənin silahların döyüş meydanı üçün deyil, tarix muzeyi üçün məna kəsb edir” mesajı vermişdi. Məhz bu mesajdan sonra Rusiya öz “sülhməramlı”larını Dağlıq Qarabağa göndərmiş və dövlətlərarası çəkişməni hərb meydanından diplomatik masaya daşımışdı. Naxçıvan dəhlizi də bu danışıqlar nəticəsində ortaya çıxmışdı.

Türkiyənin öz hərbi qüvvələrini müşahidə üçün Dağlıq Qarabağa göndərdiyi ərəfədə “Türk axını” xəttilə Serbiyaya qaz verilməsi də Dağlıq Qarabağ ətrafında aprılan diplomatik danışıqlarda iki əsas prinsipdə qarşılıqlı razılığa gəlindiyini göstərir: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”.

Zənnimizcə, sözügedən qarşılıqlı razılaşmada Türkiyə rus qazını almaq öhdəliyini yenidən öz üzərinə götürmədən sadəcə onun Balkanlara ötürülməsinə yaşıl işıq yandırıb. Qardaş ölkənin rus qazından imtinasının isə çox haqlı səbəbi var. 1997-ci ildə Rusiya - Türkiyə arasında bağlanan “Mavi axın” müqaviləsinə görə, qardaş ölkə şimal qonşumuzdan 25 il ərzində alacağı təbii qazın hər min kub metrinə 250-280 dollar ödəməlidir. Artıq neçə ildir qlobal enerji bazarında təbii qazın qiymətləri durmadan ucuzlaşır. 2019-cu ildə 110-120 dollara enən təbii qaz üçün Türkiyə ikiqat, 2020-ci ildə isə (85 dollar) 3 qat artıq pul ödəyirdi. Müqaviləyə görə, Ankara bu ədalətsiz alış-verişdən imtina da edə bilməzdi. Əks halda, almadığı qazın pulunu verməli idi.

Sözsüz ki, bu ədalətsiz alış-veriş sonsuzadək davam edə bilməzdi. Türkiyə müqavilənin bitməsi dövrünü gözləyirdi və son müddət bu il yanvarın 1-dən sona çatdı. Ankara da bundan sonra Rusiya kimi dünya bazarındakı qiymətləri nəzərə almayan etibarsız tərəfdaşla bir daha hər hansı uzunmüddətli müqavilə bağlamaz. Üstəlik, qardaş ölkənin Qara dənizdə kəşf etdiyi qaz sahəsi sayəsində bir neçə ildən sonra ixracatçı ölkəyə çevrilmə ehtimalı böyükdür. Hələlik isə Azərbaycan qazı ilə kritik dövrü keçirə bilər.

Bununla belə, Türkiyənin “Türk axını” layihəsindən tranzit ölkə kimi imtina etməsini gözləməyə dəyməz. Ankara həmin layihəyə regional münasibətlərin formalaşmasına təsir edən şans amili kimi baxır. Bu şans təkcə Türkiyəyə ciddi tranzit pulu qazandırmır. Həm də regionun ən güclü dövlətlərdən birinin – Rusiyanın boğazını və tez-tez təzyiqlərinə məruz qaldığı Avropa İttifaqının enerji təhlükəsizliyini öz ovcunda tutmasına şərait yaradır. Rusiya da görünür, daha etibarlı tərəfdaşlıq üçün Türkiyənin Orta Asiyaya açılacağı nəzərdə tutulan Naxçıvan boğazına hakimi olmaq istəyir, bununla da Türk kozırına qarşı rus kozırını irəli sürür.

Onu da vurğulamaq yerinə düşər ki, bu strateji poker oyununda Türkiyənin əli daha güclüdür. Qardaş ölkənin kozırları arasında rus hərbi donanmasını məhv edəcək gücə sahib olan Bosfor boğazı da var. Qara dənizi Aralıq dənizinə bağlayan bu boğazın bağlanması Rusiyanı isti dənizlərə açılan yeganə qapıdan məhrum etməklə yanaşı, həm də onun ən güclü hərbi donanmasını işləksiz hala gətirə bilər.

Bəs “Türk axını” layihəsində Serbiyaya çıxış Rusiyanın enerji strategiyasında niyə bu qədər böyük əhəmiyyətə malikdir?

Fikrimizcə, Serbiyanın əhəmiyyəti Qara dəniz sahilində yerləşən və rus qazının Avropaya əsas keçid məntəqələrindən sayılan Bolqarıstanın Moskvanın maraqlarına cavab verməyən mövqeyi ilə bağlıdır. 2014-cü ildə Avropaya inteqarsiya xətti tutan Ukraynanı cəzalandırmaq istəyən Rusiya bu ölkədən yan keçən qaz kəməri çəkmək qərarına gəldi. Yeni marşrutunun başlanğıc nöqtəsi isə Bolqarıstan olacaqdı. Bu layihə baş tutsaydı, hər il 65 milyard kub metr qaz ixrac etdiyi Ukrayna asılılığından qurtulan Moskva tranzit pulunu digər slavyan ölkəsi Bolqarıstana qazandıra bilərdi.

Di gəl ki, Bolqarıstanın daha böyük hədəfləri vardı: Qərbə inteqrasiya və öz təhlükəsizliyini qorumaq üçün ABŞ-la tərəfdaşlıq. Sofiya heç bir zaman bu iki hədəfi Rusiyanın enerji strategiyasından qazanacağı kapitala qurban verə bilməzdi. Üstəlik, Qərbə inteqrasiya xətti tutduğu üçün Kremlin qəzəbinə gələn Ukraynanın cəzalandırılması müqabilində. Odur ki, Vaşinqtonun və Brusselin təzyiqləri ilə müxtəlif bəhanələr taparaq bu layihəni xeyli gecikdirdi. Baxmayaraq ki, Avropa İttifaqının Almaniya və Fransa kimi nəhəng dövlətləri 2016-cı ildə hakimiyyətə gələn Tramp administrasiyasının müttəfiqlərinə xor baxan xarici siyasətinə qarşı çıxmaq üçün açıq və ya gizli şəkildə Rusiyanın enerji layihələrinə qoşulmağa qərar verəcəkdilər. Amma hələ 2014-cü ildi və böyük fədakarlıqlar edərək Rusiya ilə yollarını ayıran Ukraynaya arxa çevirmək Qərb alyansına xəyanət kimi qiymətləndirilirdi.

Moskva isə Bolqarıstanın nazı ilə oynayacaq halda deyildi və Sofiyanın bəhanələrinin xeyli uzanacağını görüb “Türk axımı” layihəsinə yönəldi. Amma bu layihədə də ən kritik ölkə olaraq Bolqarıstan yer alırdı. Layihəyə əsasən, təbii qaz Qara dəniz üzərindən Türkiyəyə nəql olunacaq, Türkiyədən Bolqarıstana, ordan Serbiyaya, Macarıstana, Avstriyaya göndəriləcəkdi. Bolqarıstan yenə layihəyə qarşı çıxardısa, kəmər onun yanından keçərək Yunanıstan üzərindən marşrutuna davam edə bilərdi ki, bu da yolu uzadır və təbii qazın maya dəyərini artırırdı.

Bu gün Serbiyaya rus qazının çatdırılması xəbəri “Türk axını” projesində kritik mərhələnin – Bolqarıstan üzərindən nəqlinə davam edilməsi probleminin aşıldığını göstərir.

Qeyd edək ki, Serbiya rus qazını daha əvvəl Ukrayna və Macarıstan üzərindən alırdı. İndisə onun “Türk axını” layihəsindən faydalanmağa başlaması Ukraynanın dövriyyədən çıxarılmasının ilk mərhələsi anlamına gəlir. Daha sonra bu qazın Macarıstana, Slovakiyaya və Avstriyaya göndərilməsi mərhələsi başlaya bilər ki, bu da Ukraynanın beynəlxalq bir layihədəki payını tamamilə itirməsi deməkdir. “Qazprom”-un 2019-cu ildə yaydığı məlumatına görə, Ukrayna 5 il ərzində rus qazının nəqlindən 15 milyard dollar qazanacaqdı. İllərə böləndə Ukraynanın hardasa hər il 3 milyard dollar tranzit haqqını əldə etmək imkanından məhrum olduğunu anlaya bilərik.

Türkiyənin faktiki olaraq rus təbii qazının Avropaya nəqli yolunda ən böyük əngəlin ortadan qaldırılmasında oynadığı bu ciddi rol, əlbəttə, qarşılıqsız ola bilməzdi. Üstəlik, nəzərə alsaq ki, Rusiyaya yandırılmış yaşı işıq onun üçün həm də köhnə müttəfiqləri ilə arasının açılması, xüsusilə ABŞ-dan gələn sanksiyalara sinə gərməsi ilə nəticələnir. Bütün bu cəsarətli addımlar Türkiyənin 500 ildən bəri daim müharibələr apardığı ən güclü düşməni uğrunda göstərdiyi qarşılıqsız fədakarlıq örnəyi deyil və ola da bilməz. Son vaxtlar dünya siyasətinin müəyyənləşdirilməsində layiq olduğu yeri almaq istəyən Ankaranın regional əməkdaşlıqda öz geopolitik maraqları var və Orta Asiyaya qədər uzanan bu strateji xətt Naxçıvan dəhlizindən keçir. Rusiya da Türk iradəsi qarşısında öz imperialist siyasətindən tədricən geri çəkilməli və regional tələblərlə ayaqlaşmalıdır. Unutmamalıdır ki, yeri gələndə Türkiyənin Orta Asiyaya və Çinə uzanan “Bir Kəmər, Bir Yol” layihəsində başqa alternativləri də var. Rusiyanın Qərbə açılan bir çox yollarda boğazı isə Türkiyənin əlindədir. Məhz bu səbəbdən dalana sıxışdırılmış Kremlin regionun önəmli güc mərkəzlərindən sayılan Türkiyə ilə müttəfiqliyə daha çox ehtiyacı var. Ən azı indiki mərhələdə.

Heydər Oğuz,
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür - Pezeşkian mesajını verdi
Bu gün, 09:20
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” - Misir Mərdanov
Bu gün, 09:19
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… - Ermənistan KİV
Bu gün, 08:59
Həbsdə poqonu alınmayan yeganə general - alınması müzakirə olunurdu, amma...
Bu gün, 08:54
Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Bu gün, 08:49
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Bu gün, 08:42
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:39
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... - FOTOFAKT
Bu gün, 08:23
Paşinyan Fransada həm də bunu danışacaq - GƏLİŞMƏ
Bu gün, 08:14
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru