İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                     "Siz bəysiniz, biz isə rəiyyət..." .....                 

Qərb Ərdoğanı niyə cəzalandırır? - TƏHLİL
Tarix: 17-12-2020, 09:22 | Çap et
Qərb Ərdoğanı niyə cəzalandırır?
Türkiyənin Qərb tərəfdaşları ilə münasibətlərində kəskin böhran dövrü yaşanır. Avropa Şurası (AŞ) Şərqi Aralıq dənizində qazma işləri apardığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi, amerikalılar isə Rusiyadan zenit-raket kompleksləri aldığına görə Türkiyəyə təzyiqləri artırdı. "RİA Novosti" bunun NATO daxilində vəziyyətə necə təsir göstərəcəyini araşdırıb.

Ankaranı cilovlamaq

"Türkiyə birtərəfli şəkildə təxribatlara yol verir və AŞ-yə qarşı ritorikanı gücləndirir. Şərqi Aralıq dənizində, Kipr müstəsna iqtisadi zonasında qazma işlərini davam etdirir", - bu fikirlər yaxın günlərdə baş tutmuş Avropa Şurası zirvə görüşündə səsləndirildi. Avropalılar Ankaranın fəaliyyətini məhdudlaşdırmaq üçün türk məmurlarına və iş adamlarına qarşı sanksiyaları genişləndirdilər: onların AŞ ölkələrinə girişi qadağan olundu, Avropa banklarındakı hesablarının isə dondurulacağı bildirildi.

Belə getsə, AŞ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell əlavə məhdudiyyətlər üzərində işləməli olacaq. Angela Merkel isə Ankaranın Avropa məsələlərindəki rolunu yenidən nəzərdən keçirməklə kifayətlənməməyə, eyni zamanda, Türkiyənin Liviya, Suriya və Dağlıq Qarabağa təsirini də təhlil etməyə çağırır. Analizlərin nəticəsi mart ayında təqdim oluncaq hesabatda öz əksini tapacaq.

Türkiyə əleyhinə ilk sanksiyalar hələ keçən payızda elan olunmuşdu. Səbəb isə eyni idi: Şərqi Aralıq dənizindəki təbii qaz yataqlarında qeyri-qanuni kəşfiyyat işlərinin aparılması. Ancaq bu sanksiyalar Rəcəb Tayyib Ərdoğanı dayandırmadı, Türkiyə prezidenti qazma işlərinin davam etdiriləcəyini bəyan elədi.

"Sanksiyalar məqsəd deyil, vasitədir"

Brüssel təzyiqləri artırsa da, hələ də manevr üçün yer saxlayır. Məsələn, AŞ sammitinin yekunları ilə bağlı sənəddə "Türkiyə-Avropa gündəmində müsbət irəliləyişlərin" vacibliyi vurğulanır.

"Sanksiyalar (Türkiyəyə qarşı –red.) Avropanın bu məsələ üzərində möhkəm dayandığını göstərir. Ancaq bizim məqsədimiz bu deyil, sanksiyalar Ankaranın davranışlarını dəyişdirməsi üçün bir vasitədir. Biz hər zaman dialoqa və konstruktiv birgə fəaliyyətə hazırıq", - deyə Emmanuel Makron bəyan etmişdi.

Fransa prezidentinin bu sözləri Paris və Ankara arasında payızda daha da şiddətlənən mübahisənin davamı kimi qiymətləndirildi. Məktəblilərə Məhəmməd peyğəmbərin karrikaturalarını nümayiş etdirən coğrafiya müəllimi Samuel Patinin öldürülməsindən sonra Makron İslamda böhran yaşandığını və dövlətlərin dünyəvi dəyərlərini qorumağın vacibliyini bəyan etdi. Ərdoğan isə buna cavab olaraq Fransa prezidentinə "psixi sağlamlığını yoxlamağı" tövsiyə etdi.

Avropa ölkələrinin liderləri Makronu dəstəklədilər. Fransız-türk mübahisəsi növbəti sanksiya müharibəsinə çevrilməmiş Amerika işə qarışdı: ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper avropalılara Türkiyənin Şimali Atlantika alyansının mühüm hərbi-strateji tərəfdaşı olduğunu xatırlatdı.

"NATO ölkələri Türkiyəni qərb orbitində saxlamağa məcburdur. Əlbəttə ki, Şərqi Aralıq dənizi və Qara dənizdə baş verənlərə reaksiya verməmək olmaz. Ancaq etiraf etmək lazımdır: Avropanın şərq cinahındakı təhlükəsizliyi hələ də Ankaradan asılıdır. Amerika türklərin alyansdakı məsuliyyətli davranışının qarantı olmaq istəyir. Əks təqdirdə, Rusiya qazanacaq", - Kuper Vaşinqtonun bu məsələdəki mövqeyini belə vurğuladı.

Amerika təhdidləri

Avropalılar okeanın o tayından gələn barışıq bəyanatlarına bir qədər ehtiyatla yanaşdılar. Axı keçən ildən bəri Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə başlayan türk-amerikan mübahisəsi hələ davam edirdi. Vaşinqton, Ərdoğanı F-35 qırıcı bombardmançı təyyarələrinin satışını qadağan etməklə hədələyərək israrla Moskva ilə müqavilədən imtina etməyə çağırdı. Ancaq Türkiyə hakimiyyəti buna Amerikanın İncirlik və Kürecikdəki hərbi bazalarını bağlayacağını bəyan etməklə cavab verdi. Suriyada və İraqda "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün Pentaqonun həmin hərbi bazalara ehtiyacı var. Eyni zamanda, bu bazalar NATO-nun Avropadakı raketdən müdafiə sisteminin bir hissəsi hesab olunur. Odur ki amerikalılar danışıq tonunu mülayimləşdirməli oldular, Ərdoğan isə öz növbəsində, NATO-nun Türkiyə üçün əhəmiyyətini etiraf etdi. Bu məsələdə Co Baydenin prezident seçkisindəki qələbəsi də öz rolunu oynadı. Bayden hələ vitse-prezident vəzifəsində olarkən Ərdoğan rejimini tez-tez tənqid etsə də, Türkiyə ABŞ-da hakimiyyət dəyişikliyinin iki ölkə arasındaki münasibətlərin yenidən qurulmasına səbəb olacağına ümid bəsləyir.

ABŞ-ın yeni seçilmiş prezidenti hələ bu barədə açıqlama verməyib. Ancaq Amerikanın NATO-dan uzaqlaşmasına son qoyacağını açıq şəkildə bildirib. Eyni zamanda, Ağ Evin hazırkı başçısı Donald Tramp bəyan edib ki, hakimiyyəti Baydenə təhvil verməzdən əvvəl Amerikanın Yaxın Şərq və Əfqanıstandakı NATO əməliyyatlarındakı iştirakını azaltmaq niyyətindədir. Digər tərəfdən, ABŞ "Amerikanın düşmənlərinə qarşı müqavimət" qanunu çərçivəsində Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Ərdoğan isə bunu "NATO tərəfdaşına hörmətsizlik" kimi qiymətləndirərək "ABŞ və AŞ ilə güclü siyasi və iqtisadi əlaqələrimiz var, bunu inkar etmək olmaz. Sanksiyalar bu əlaqələrə zərər verəcək. Tərəfdaşlarımızın obyektivlik nümayiş etdirmələrini gözləyirik", - dedi.

NATO müstəqil davranmaq üçün maneə deyil

"Ərdoğan ilə NATO arasında münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq, türk cəmiyyətində fikir birliyi mövcuddur – alyansa üzv olmaq faydalıdır, bu, Türkiyəyə bir çox imkanlar qazandırır. NATO olmadan Ərdoğanın Liviya və ya Suriya münaqişəsinə müdaxiləsinə haqq qazandırması daha çətin olardı", - deyə Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Politoloq daha bir üstünlüyü alyansın Türkiyənin AŞ ölkələri ilə fikir ayrılıqlarını aradan qaldırmasına imkan verməsində görür: "Məsələn, Ankaranın Yunanıstan, Kipr və ya Fransa ilə olan qarşıdurmalarını götürək. Bu ölkələr də Türkiyə kimi NATO üzvü olduqlarından mübahisələr daha geniş miqyas almadı. Alyans bir növ moderator rolunu oynayır. NATO-ya üzvlük Yunanıstan, Kipr və ya digər ölkələrin Türkiyə əleyhinə hərəkətlərini əngəlləyir".

Bununla belə, ekspert Ərdoğanın NATO üzvlüyünü müstəqil siyasət yürütmək üçün bir maneə olaraq görmədiyinə əmindir.

Türk-fransız populizmi

"Makronla Ərdoğan arasındakı qarşıdurma NATO-nun parçalanmasına səbəb olmayacaq. Ona qalsa, Türkiyə ilə Yunanıstan arasında hər zaman gərginlik olub, ancaq bu, heç vaxt açıq müharibəyə gətirib çıxarmayıb. Məhz ona görə ki, hər iki ölkə NATO-nun üzvüdür", - "Observo" fransız-rus analitik mərkəzinin direktor müavini İqor Delanoe belə deyir.

O, "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, 2016-cı ilin yayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ərdoğan alyansdan bir qədər uzaqlaşsa da, hələlik bu ölkənin NATO-dan çıxmasından söhbət gedə bilməz. "ABŞ Ankaranın alyansdan çıxmasına imkan verməz. Çünki Amerika məhz Türkiyə vasitəsilə Qara dəniz bölgəsi və Qafqaza təsirlərini gücləndirmək niyyətindədir", - deyə Delanoe bildirir.

Mütəxəssisin fikrincə, iki ölkə arasında dərin fikir ayrılığının olmadığı nəzərə alınarsa, türk-fransız münasibətləri də əvvəl-axır normallaşacaq.

"Ərdoğan və Makron dəfələrlə xarici siyasətdə çeviklik nümayiş etdiriblər. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrında, 2016-cı ilin iyulunda yaranmış münaqişəli vəziyyətləri yada salın. Əlverişli şərait yaranan kimi vəziyyət düzəldi. Makron da fikirlərini tez-tez dəyişir və populizmə meyl göstərir. Paris ilə Ankara arasındakı münaqişə bu və ya digər şəkildə həll ediləcək", - deyə Delanoe əminliklə vurğulayır.

Ancaq hələlik kompromisə qarşılıqlı meyil hiss olunmur və belə görünür ki, Türkiyə ilə Fransa və ümumiyyətlə NATO arasındakı ixtilaf bir müddət davam edəcək.

https://ria.ru/20201216/turtsiya-1589327879.html?fbclid=IwAR1A8omGDWs5mITphGWGc1t21NIu334AFvdn4uZXlHmzZUuxPx9bY-TcmsY











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru