Ermənistanın elm, təhsil, mədəniyyət, incəsənət xadimləri Paşinyana qarşı çıxdılar
Tarix: 11-12-2020, 08:21 |
Çap et
Ermənistanın elm xadimləri, təhsil, mədəniyyət və incəsənət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə birgə bəyanat yayıblar.
Bu barədə “Report” “Aysor.am”a istinadən xəbər verir.
Bəyanata 60-dan çox elm, təhsil, mədəniyyət və incəsənət nümayəndəsi imza atıb. Onlar Ermənistanda yaranmış gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Ayrı-ayrı sahələrdə çalışan şəxslər ölkədəki gərgin vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin üzərinə düşdüyünü bildiriblər. Onlar qeyd ediblər ki, Paşinyan rejimi daha ölkənin və Ermənistan Respublikası Konstitusiyasının zamini olmağa qadir deyil.
Bəyanata imza atanlar arasında elmlər namizədi, elmlər doktoru, professor, dosent, müəllim, musiqiçi, aktyor, yazıçı, rejissor, müğənni, dirijor, jurnalist, əməkdar mədəniyyət xadimi, incəsənət xadimləri də var.