OPEC+ ölkələri razılaşmanın vaxtını uzadacaq
Tarix: 28-11-2020, 08:46 |
Çap et
OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə qüvvədə olan razılaşmanın vaxtının uzadılmasına meyllidirlər.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” bldirib.
Nəşrin məlumatına görə, saziş daha iki-üç ay uzadıla bilər. Yekun razılaşmaya hələ nail olunmayıb, çünki bəzi ölkələrin əvvəlki öhdəliklərin icrası ilə bağlı və qarşıdakı görüşdə razılaşmanın əldə olunmasına mane ola bilən məsələlər var.
Qeyd edilir ki, neftin qiymətlərinin bu yaxınlardakı artımı bazarın dinamikasına təsir edib, bu, bəzi ölkələrə mübahisə üçün daha çox imkan yaradır.
Martda OPEC+ sazişinin iştirakçıları neft hasilatının səviyyəsini razılaşdırmayıb. Bundan sonra məlum olub ki, Səudiyyə Ərəbistanı neftin hasilatını gündəlik 10-12 milyon barelə qədər artırmağı və öz neftinin qiymətlərini azaltmağı planlaşdırır.