Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq
Tarix: 23-11-2020, 10:28 |
Çap et
Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, - “Hurriyet” qəzeti nazirdən sitat gətirib.