Putinin Ukrayna hökumətindəki casusu ələ keçirildi
Tarix: 21-12-2017, 09:16 |
Çap et
Ukrayna əks-kəşfiyyatının əməkdaşları Rusiya casusunu ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilib. Ələ keçirilən casusun Ukrayna Baş nazirinin protokol rəhbəri Stanislav Yejov olduğu vurğulanıb.
Əks-kəşfiyyat Yejovun xaricdə ezamiyyətdə olan zaman Rusiya kəşfiyyatı tərəfindən təsir dairəsinə salındığını bildirib. Onun Ukrayna hökuməti barədə ələ keçirdiyi məlumatları elektron əlaqə kanalları vasitəsilə Moskvaya ötürdüyü müəyyən olunub.