Rusiya ilə İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb
Tarix: 1-12-2017, 10:10 |
Çap et
Rusiya və İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb.
SalamNews xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İran ilə əldə edilən “məhsul əvəzinə neft” razılaşması çərçivəsində ilk çatdırılma noyabr ayında reallaşıb.
A.Novak İrandan 1 milyon barrel neftin digər ölkələrə göndərildiyini söyləyib: “Neft Rusiyaya yox başqa ölkələrə çatdırılır. Rusiya burada bir operator kimidir. Həmin neftin satışından əldə olunan gəlirlərin yarısı İranın Rusiyadan alacağı məhsullar üçün ödənilir”.
“Razılaşmaya əsasən İrandan ildə 5 milyon barrel neft alınması planlaşdırılır. Bu il başqa çatdırılma olmayacaq. Növbəti il isə ümumi həcmin 5 milyon barrel olması nəzərdə tutulur”, - deyə o əlavə edib.
Qeyd edək ki, neftin əvəzinə İran Rusiyadan kompressor avadanlığı, qaz turbinləri, metal, boru, buğda, taxta və ağac məhsulları, dəri və toxuculuq sənayesi üçün maşın və avadanlıqlar alır.