Türkiyə Avropa dövlətləri ilə hərbi saziş imzaladı
Tarix: 9-11-2017, 09:44 |
Çap et
Türkiyə, Fransa və İtaliyanın müdafiə nazirlikləri arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, əməkdaşlıq istiqamətində ilkin olaraq EUROSAM konsorsiumu ilə Türkiyə şirkətləri arasında SAMP-T hava hücumundan müdafiə sisteminin analizi aparılacaq.
Memoranduma görə, hər üç ölkə birgə hava hücumu və raket əleyhinə sistemləri birgə istehsal edəcək.
Qeyd edək ki, hərbi əməkdaşlıq NATO çərçivəsində aparılır.