"Moskvayla Pekini günahlandırması cəhdlərini əsassız sayırıq"
Tarix: 1-08-2017, 08:58 |
Çap et
İyulun 31-də Rusiyayla Çin ABŞ liderlərinin Şimali Koreyaya görə onları tənqid etməsinə cavab veriblər.
Şimali Koreya ötən həftəsonu Birləşmiş Ştatları vura biləcək raket sınaqdan keçirib. Bundan sonra ABŞ prezidenti Donald Trump Twitter-də yazıb ki, o, Çinin Birləşmiş Ştatlara Pxenyanı cəzalandırmaqdan ötrü heç bir kömək göstərməməsindən «çox məyusdur».
«Çin bu problemi asanlıqla həll edə bilərdi», – Trump yazıb.
Dövlət katibi Rex Tillerson isə deyib ki, Çinlə Rusiya Şimali Koreyayla ticarət əlaqələri saxladıqlarından ona «iqtisadi baxımdan əsas qol-qanad verənlərdir».
«ABŞ və bir sıra digər ölkələrin Rusiya və Çini məsul tutması, hətta Pxenyanın raket və nüvə ambisiyalarına görə Moskvayla Pekini günahlandırması cəhdlərini əsassız sayırıq», – Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 31-də yaydığı bəyanatda deyib.