Tramp general Kelliyə Ağ Evdə vəzifə verdi
Tarix: 29-07-2017, 09:56 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib. Bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb. O, qeyd edib ki, General Con Kellini Ağ Evdə vəzifəyə təyin etməkdən məmnundur.
“O, Daxili Təhlükəsizlik Nazirliyində böyük işlər görüb və mənim administrasiyamda əsl ulduzdur. Kelli dahi amerikalı və gözəl liderdir", - deyə Ağ Ev rəhbəri yazıb.