Türkiyədə general və admiralların sayı 40 faiz azalıb
Tarix: 24-07-2017, 11:29 |
Çap et
Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.
Trend-in məlumatına görə, hərbi çevrilişə cəhddən öncə Türkiyə Hərbi Qüvvələrində 236 general və admiral olduğu halda, indi onların sayı 196-dır.
Həmin hadisədən sonra Türkiyə Hərbi Qüvvələrinə 13 min yeni hərbçi cəlb edilib ki, onların da əksəriyyəti istefada olan hərbçilərdir.