Çin Suriyanı ələ keçirir – Milyardlar
Tarix: 24-07-2017, 08:37 |
Çap et
Çinli investorlar Suriyanın dağılmış iqtisadiyyatına ümumi 2 milyard dollarlıq sərmayə qoymaq istəyir.
Axar.az xəbər verir ki, bu pulların Suriyada su və elektrik infrastrukturunun yenilənməsi, yol və yaşayış binalarının tikintisi üçün nəzərdə tutulduğu bildirilib.
Qeyd edək ki, Çin yeni İpək yolu layihəsindəki dəhlizin birinin Suriyadan keçməsini planlaşdırırdı. Bu məqsədlə 2011-ci ilədək Suriyanın iqtisadiyyatına fəal investisiyalar qoymuşdu.